Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1082/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X25 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın cavabdeh "xxxx" MMMC-yə qarşı “qərarın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MTK-nın cavabdeh "xxxx" MMMC-yə qarşı “qərarın etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı 14 sentyabr 2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Bakı şəhəri, D.Bünyadzadə küçəsi 3 saylı binanı inşa etmişdir. Bir neçə ay bundan qabaq kooperativə "xxxx" MMC-nin rəhbəri Rəfayel Həsənov müraciət edərək binaya aid sənədlərin MMC-yə təqdim edilməsini xahiş etmişdir. Vəkil sorğusu əsasında rəhbərlik etdiyiniz idarə tərəfindən "xxxx"MMC-nin qeydiyyata alınması üçün əsas olunmuş təsis sənədlərini-təsis yığıncağının qərarı, arayış, ərizə və ad dəyişməsi ilə əlaqədar ümumi yığıncağının digər qərarıarının surətləri təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunub ki, həmin müştərək cəmiyyəti iddiaçının rəhbərlik etdiyi kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır, qalan 13 nəfərin mənzillərə aid olan hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda həmin məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi, sözügedən mükkiyyət hüququ sərəncam vermək hüququnu ehtiva edir. Bundan başqa qərarda adları qeyd olunan şəxslərlə əlaqə saxlanılan zaman məlum olub ki, bəzi şəxslər həmin qərara ümumiyyətlə imza çəkməyiblər. Belə ki, X5 və X12 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirirlər ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli təsis yığıncağında iştirak etməyiblər, həmin qərarı imzalamayıblar, həmin yığıncağın qərarı ilə tanış olaraq qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyil. Həmçinin qərarda olan X9, X19, X20 və X6 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq var. Bundan başqa adı qeyd olunmuş X9 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və bu qərarı ölkəmizdə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilə bilər. Bütün bunlar ona dəlalət edir ki, sənədləri cavabdehə təqdim edən X17 və X2 yol verərək dövlət qurumuna yanlış məlumatlar təqdim etmişdirlər. MTK tərəfindən təsdiq olunmuş arayış əslində Ədliyyə Nazirliyinə təqdim etməmk üçün yox, ərazinin polis sahə müvəkkilinin xahişi ilə rayon icra hakimiyyətinə bina barədə ətraflı məlumatı olması üçün verilmişdir. Sonradan təsis sənədlərin arasında bizim arayışı görəndə iddiaçı polis sahə müvəkkili barəsində şikayət ərizəsi vermişdir. Bundan sonra iddiaçı Ədliyyə Nazirliyinə müraciət edərək İddiaçı MTKnın bazasında təsis edilmiş "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyatını ləğv etməyi xahiş etmişik. Ədliyyə Nazirliyi 12 avqust 2021-ci il tarixli 05/4680/2-13 saylı məktubda qeyd etmişdirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. Belə olan halda, iddiaçı inzibati qaydada məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsi işin mülki qaydada baxılması barədə qərardad qəbul etmişdir. Bundan sonra, iddiaçı mediatora müraciət etdi və həmin qurumdan imtina arayışı alandan sonra artıq Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. Bundan sonra 22 dekabr 2021-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə sənədlər geri qaytarılmışdır və qərardadda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq qeyri-kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) tələblərə ümumi məhkəmələrdə baxılması qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia izahatında bildirmişdir ki, İddiaçı MTK Bakı şəhəri, D.Bünyadzadə küçəsi 3 saylı binanı inşa etmişdir. Bir neçə ay bundan əvvəl kooperativə "xxxx" MMMC-nin rəhbəri Rəfayel Həsənov müraciət edərək binaya aid sənədləri MMMC-yə təqdim edilməsini xahiş etmişdir. "xxxx" MMMC-nin qeydiyyata alınması üçün əsas olunmuş təsis sənədlərini-təsis yığıncağının qərarı, arayış, ərizə və ad dəyişməsi ilə əlaqədar ümumi yığıncağının digər qərarlarının surətləri təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli təsis yığıncağının qərarı ilə müəyyən olunub ki, həmin müştərək cəmiyyəti İddiaçı Mənzil Tikinti Kooperativin bazasında təsis edilmişdir və 40 nəfər tərəfindən imzalanmışdır. Həmin qərardan görünür ki, 40 nəfər arasından yalnız 27 nəfərin mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır, qalan 13 nəfərin mənzillərə aid olan hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmadığı üçün mülkiyyətçi hesab olunmurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 1 ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda həmin məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi sözügedən mülkiyyət hüququ sərəncam vermək hüququnu ehtiva edir. Bundan başqa qərarda adları qeyd olunan şəxslərlə əlaqə saxlanılan zaman məlum olub ki, bəzi şəxslər həmin qərara ümumiyyətlə imza çəkməyiblər. Belə ki, X5 və X12 notarial qaydada təsdiq olunmuş ərizələrlə bildirirlər ki, "xxxx" MMMC –nin xx.xx.2020-ci il tarixli təsis yığıncağında iştirak etməyiblər, həmin qərarı imzalamayıblar, həmin yığıncağın qərarı ilə tanış olaraq qərarda onların adı, soyadı və ata adları qarşısında əks olunan imza onların deyil. Həmçinin qərarda olan X9, X19, X20 və X7 imzaları şəxsiyyət vəsiqələrində və MTK ilə olan müqavilələrdə əks olunan imzalar arasında kəskin şəkildə fərq var. Bundan başqa adı qeyd olunmuş X9 son 2 il ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır və bu qərarı ölkəmizdə fiziki cəhətdən olmadığından imzalaya bilməzdi. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə müvafiq sorğu göndərilə bilər. Bütün bunlar ona dəlalət edir ki, sənədləri cavabdehə təqdim edən X17 və X2 yol verərək dövlət qurumuna yanlış məlumatlar təqdim etmişdilər. Ona görə də xahiş edirlər ki, xx.xx.2020-ci il tarixli təsis yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 izahatında bildirmişdir ki, qarşı tərəfin dediklərinin heç bir əsası yoxdur və iddianı da qəbul etmirlər. Qarşı tərəf X8 adını çəkmişdir. Həmin şəxsin sənədləri onda niyə olmalıdır. Sadəcə qarşı tərəfin dedikləri cəfəng sözlərdi. Digər şəxs X4 adını çəkdi. Onu da qeyd edir ki, Babayev Cavid onların hüquqşünası olub. O, da X9 ilə Moskvada görüşüb və X9 orada öz imzasını atıb. Yəni xaricdə olmasını təsdiq edir. Hal-hazırda binalar istismara gedib. X15 var ki, 1 ay müddətinə qədər MTK təhvil verməlidir MMMC-yə. Onlar da bir neçə dəfə iclaslar keçirmişlər və onun əsasında da qərar verilib. Onu da qeyd edir ki, 1 ay müddətinə MTK sənədlər təqdim etməli idi. Lakin MTK onlara heç bir sənəd təqdim etməyib. Belə ki, möhürü Kooperativlər idarəsinə təhvil verməli idilər, lakin təhvil verməyiblər. Bir də binaya aid sənədləri təhvil verməli idi. Onu da təhvil verməkdən boyun qaçırırlar. Belə ki, X1 onlarda olmayıb. O, özü imza atıb. X5 öz bacısı oğluna etibarnamə verib və o, da öz imzasını atıb. Hətta bununla bağlı Kommersiya məhkəməsində də çox mübahisələr olmuşdur. MTK sənədləri ona görə onlara təhvil vermir ki, hələdə oradan mənfəət güdür. O, sakinlər tərəfindən seçilmişdir və özü də həmin binada yaşayır. O, heç bir mənfəət əldə etmir. Hətta heç maaş belə götürmür. O. bina üçün, orada yaşayan vətəndaşlar üçün çalışır. Həmin bina Milli qəhrəmanların adınadır və o, da istəyir ki, binaları gözəl olsun. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin olunmadan saxlanılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 05/6438-14 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Reyestrindən Çıxarışa əsasən "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 1 ünvanlanmış xx.xx.2021-ci il tarixli Müraciətdə qeyd edilmişdir ki, müraciəti imza edənlər təsdiq edirlər ki, Bakı şəhəri, D.Bünyadzadə küçəsi, ev 3 saylı binanın idarə edilməsi "xxxx" MMC-yə aiddir və kommunal xidmətlərin ödənişi yalnız "xxxx" MMC həyata keçirir və keçirməlidir. ünvan 1 imza edilməklə təsdiqlənmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin X13 ünvanlanmış 02 aprel 2021-ci il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin müraciəti əsasında "xxxx" MMMC X3 reyestrində qeydə alınmışdır. Fəaliyyətin məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə sərəncam verilməsini həyata keçirməkdir. Belə ki, "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə 05/6438-14 nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Əlavə olarq ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismarı ilə bağlı məktubda nəzərdə tutulan sənədlərin təhvil-təslikm aktına əsasən "xxxx" MMMC-yə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMMC-nin X13 ünvanlanmış 09 aprel 2021-ci il tarixli, 04 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC-nin və Ə.Y.” MTK-nın ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında hər-hansı fəaliyyəti tam qanunsuzdur. Əlavə olaraq qısa müddət ərzində binadakı qanunsuz fəaliyyətini dayandırmaqla bina ilə əlaqədar olan bütün sənədləri təhvil-təslim aktına əsasən "xxxx" MMMC-yə təhvil verilməsi xahiş olunmuşdur. Əks təqdirdə aidiyyati hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 23 sentyabr 2014-cü il tarixli, 2(004)-328/2014 saylı xüsusi qərardada əsasən "xxxx" MTK-nın sədri X11 hərəkətlərində dələduzluq və mənimsəmə cinayətlərinin əlamətlərinin olması barədə Bakı şəhər Yasamal Rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X13 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. İş materiallarında olan "xxxx" MTK-nın bazasında "xxxx" MMMC-nin təsis yığıncağının 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən "xxxx" MTK-nın bazasında "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmış və qərar "xxxx" MMMC-nin sahə mənzil mülkiyyətçiləri tərəfindən imza edilməklə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Bundan əlavə həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmçinin Məcəllənin 121.1-ci maddəsinə əsasən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Qeyd edilən Məcəllənin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmçinin Məcəllənin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Yuxarıda sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən Qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən Qərarın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçının müqavilənin etibarsız hesab olunmasına dair isitnad etdiyi sübutlar əsassızdır və qeyd edilən Qərarın etibarsız hesab olunmasına səbəb deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1082/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1082/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver