Məhkəmə qərarları › İş №e-2(004)-1098/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1098/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1098/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması, sahiblik və istifadəyə maneələrin aradan qaldırılması və əmlakın saxlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Maraqlı şəxs MMC-yə qarşı əmlakın naturada bölgüsü, əmlakın qanunsuz sahiblikdən qaytarılması, sahiblik və istifadəyə maneələrin aradan qaldırılması, əmlakın saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Maraqlı şəxs MMC-yə qarşı əmlakın naturada bölgüsü, əmlakın qanunsuz sahiblikdən qaytarılması, sahiblik və istifadəyə maneələrin aradan qaldırılması, əmlakın saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin ona dair əmlak hüquqlarındakı (sahiblik və əmlakdan istifadə etmək hüququndakı) paylara uyğun olaraq naturada bölgüsü, cavabdehlərin üzərinə həmin qeyriyaşayış sahəsinin İddiaçı aid 4/6 hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən qaytarılması öhdəliyinin qoyulması, cavabdehlərin üzərinə həmin qeyri-yaşayış sahəsinin İddiaçı aid 4/6 hissəsi üzərində onun sahiblik və istifadəsinə maneənin dayandırılması və gələcəkdə maneə yaradılmaması, iddiaçıya həmin sahəyə giriş imkanının yaradılması, o cümlədən, çöl qapısının açarının bir nüsxəsinin verilməsi öhdəliyinin qoyulması, əmlakın saxlanması üçün xərclərin əmlakdakı paylara mütənasib çəkilməsi qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin 4/6 hissəsinə aid əmlak hüquqları (sahiblik və əmlakdan istifadə etmək hüququ) qüvvəyə minmiş məhkəmə aktına əsasən iddiaçıya, qalan hissədə isə (hər birinə 1/6 olmaqla) cavabdehlərə məxsusdur. Buna baxmayaraq cavabdehlər iddiaçını öz payından sahiblik və istifadə hüquqlarını həyata keçirmək imkanından məhrum etmişlər. İddiaçı əmlaka yaxın düşə bilmir, əmlakın qapıları qıfıllanmış və açarlar cavabdehlərdədir. Eyni zamanda əmlakdan birgə sahiblik və istifadə ehtimalı qalmamışdır. Cavabdehlərə edilmiş çoxsaylı müraciətlər nəticə verməmişdir. Bunun üçün əmlakda paylar naturada müəyyən edilməli və əmlakın saxlanması xərclərinin çəkilməsi qaydası müəyyən edilməlidir. Qeyri-yaşayış sahəsinə əmlak hüquqları iddiaçıya və cavabdehlərə vərəsəlik qaydasında keçmişdir. Belə ki, iddiaçının cavabdehlərin oğlu X5 ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşdur. Birgə nikah dövrü ərzində iddiaçı ilə əri bir sıra əmlaklar, o cümlədən, 2019-cu ildə Maraqlı şəxs MMCdən Bakış., Yasamal rayonu, 589məh.,H.Zərdabipr-ti, 74 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının H blokunun 2-ci mərtəbəsində ümumisahəsi 900 m2, C blokunda ümumi sahəsi 100 m, cəmi ümumi sahəsi 1000 m olan qeyri-yaşayış sahələrini almışdırlar. Sonuncu əmlaka dair müqavilə Pərviz Əliyevin adına rəsmiləşdirilmişdir. Pərviz Əliyev 2020-ci ilin noyabrın 13-də vəfat etmişdir. Pərviz Əliyevin vəfatından sonra qanunla nəzərdə tutulmuş müddət ərzində Pərvizin atası Cavabdeh1, anası Cavabdeh2 və arvadı İddiaçı mirasın qəbulu haqqında ərizə ilə Bakı şəhərinin 52 nömrəli notariat ofisinə müraciət etmişlər və həmin ofisdə V-6/2021 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı eyni zamanda ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakda payına dair şəhadətnamə verilməsi haqqında da notariusa ərizə vermişdir. Pərviz Əliyevin vəfatından sonra birgə nikah dövründə əldə edilmiş əmlaklardan əksəriyyətinin sənədləri cavabdehdə olduğundan, onları miras kütləsinə daxil etmək mümkün olmamışdır. Yalnız məhkəmə qaydasında iki daşınmaz əmlakı miras əmlakına daxil etmək mümkün oldu ki, onlardan da biri yuxarıda təsvir edilmiş qeyri-yaşayış sahəsidir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-819/2023 nömrəli qətnaməsi ilə mərhum X3 Maraqlı şəxs MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakışəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan,“H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-cimərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinə əldə etdiyi əmlak hüquqlarına (sahiblik və əmlakdan istifadə etmək hüququna) İddiaçı ½ hissədə payı, miras qoyana aid qalan ½ hissənin 1/6 hissəsinə isə qanun üzrə vərəsəlik hüququ üzrə vərəsəlik payı, ümumilikdə 4/6 hissədə payı, Cavabdeh1 və Cavabdeh2 isə qanun üzrə vərəsəlik hüququ üzrə hər birinin 1/6 hissədə vərəsəlik payı müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 52 saylı Notariat Ofisinə həvalə edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan "H" Blokunun 2-cimərtəbəsində 900 kv.m, "C" Blokunun 2-ci mərtəbəsində 100 kv.m olmaqla ümumisahəsi 1000 kv.m olan QEYRİ-YAŞAYİŞ SAHƏLƏRİNƏ olan - 1/2 hissədən ibarət olan pay hüququna dair MÜLKİYYƏT HÜQUQU HAQQİNDA ŞƏHADƏTNAMƏ (verilmə tarixi xx.xx.2023-cü il, reyestr nömrəsi 2V-104, surəti iddia ərizəsinə əlavə edilir), - yerdə qalan 1/2 hissədən ibarət olan pay hüququna dair isə 1/3 hissəsinə aid QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQİNDA ŞƏHADƏTNAMƏ verilmişdir. Yekunda İddiaçı sözügedən əmlakda payı 4/6, cavabdehlərin isə hərəsinin payı 1/3 təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, İddiaçı dəfələrlə cavabdehlərə müraciət edib, əmlaka giriş imkanı yaratmağı xahiş etsə də, bu xahişlərə məhəl qoyulmamışdır. İddiaçının adından edilmiş yazılı müraciət də cavabsız qoyulmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, cavabdehlərin üzərinə Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı aid 4/6 hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən qaytarılması öhdəliyinin qoyulması, - cavabdehlərin üzərinə həmin qeyri-yaşayış sahəsinin İddiaçı aid 4/6 hissəsi üzərində onun sahiblik və istifadəsinə maneənin dayandırılması və gələcəkdə maneə yaradılmaması, iddiaçıya həmin sahəyə giriş imkanının yaradılması, o cümlədən, çöl qapısının açarının bir nüsxəsinin verilməsi öhdəliyinin qoyulması, - əmlakın saxlanması üçün xərclərin əmlakdakı paylara mütənasib çəkilməsi qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə oxşar məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahş etmişdir. Əlavə olaraq izahatında bildirir ki, obyektə ekpertiza baxışı keçirilən zaman ilk dəfə cavabdeh tərəfindən şərait yaradılmadığından, yəni obyektin qapısı açılmadığından ikinci dəfə cavabdehlər tərəfindən obyektin qapısının açarı təqdim edilmiş və ekspert baxışı mümkün olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin qeyri-yaşayış sahəsini özü almışdır. Avesta Konserni MMC-nin sahibi ilə onun tanışlıq münasibətləri olmuşdur. Oğluna etibar etdiyindən həmin əmlakı onun adına rəsmiləşdirmişdir. Oğlu vəfat etdikdən sonra da, paylar müəyyən olunan zaman notariusda da onları aldatmışlar. Onun 67 yaşı var və həmin vaxt oğlunu itirdiyindən stress altında olmuşdur. Hazırda da həmin əmlaka giriş-çıxışa iddiaçıya hər hansı məhdudiyyət qoyulmur. O, istədiyi halda rahat şəkildə obyektə daxil ola bilər. İddiada ondan açarın təhvil verilməsini istəyirlər. Halbuki, həmin qapının açarı onun özündə də yoxdur. Qapını açar olmadan da rahatlıqla açmaq olur. Ekspert baxışı keçirilən zaman da obyektə giriş qapını açarla açmaqla yox, məhz digər girişdən istifadə etməklə təmin edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək Cavabdeh1 ilə oxşar məzmunlu izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-819/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-191/2022 saylı 07 yanvar 2022-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni İddiaçı iddiasının təmin edilməyən, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının isə təmin edilən hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X3 Maraqlı şəxs MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və C blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinə əldə etdiyi əmlak hüquqlarına (sahiblik və əmlakdan istifadə etmək hüququna) İddiaçı ½ hissədə payı, miras qoyana aid qalan ½ hissənin 1/6 hissəsinə isə qanun üzrə vərəsəlik hüququ üzrə vərəsəlik payı, ümumilikdə 4/6 hissədə payı, Cavabdeh1nə və Cavabdeh2 isə qanun üzrə vərəsəlik hüququ üzrə hər birinin 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 52 saylı Notariat ofisinə həvalə edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 müqavilənin etibarsız hesab edilməsinə dair iddiasının isə təmin edilmməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2419/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-819/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən verilmiş 2V-105 ilə qeyd edilmiş 19 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – arvadı İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Maraqlı şəxs MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan “H” Blokunun 2-ci mərtəbəsində 900 kv.m, “C” Blokunun 2-ci mərtəbəsində 100 kv.m olmaqla ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahələrinə olan pay hüququndan ibarətdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1098/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, mülki iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə qeyd olunan mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4440 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini, yaşayış binasının ikinci mərtəbədə yerləşməsini, giriş-çıxışın yalnız bir tərəfdən pilləkən qəfəsi vasitəsilə olduğunu, digər tərəflərdən giriş-çıxış açılmasının və pilləkən inşa olunmasının mümkünsüz olduğunu, tikilinin faktiki olaraq boş sahə olduğunu, faktiki olaraq istifadə olunmadığını, eləcə də planlı yerləşməsinin və texniki parametrlərinin 3 ayrı-ayrı təcrid formada sahələrinin yaradılması, yəni hər birinə ayrı-ayrılıqda giriş-çıxış yaradılmasının texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq, tədqiq olunan qeyriyaşayış sahəsinin tərəflərinin 1/6, 1/6 və 4/6 paylarına uyğun 3 ayrı – ayrı təcrid formada naturada ayrılması İnşaat Norma və Qaydaları, eləcə də metodik tövsiyyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında Bakı şəhəri Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi pr-ti 74 ünvanında yerləşən çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan “H” Blokunun 2-ci mərtəbəsində 900 kv.m, “C” Blokunun 2-ci mərtəbəsində 100 kv.m olmaqla ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının 4/6, cavabdehlərin isə hər birinin 1/6 hissədə payları müəyyən edilmişdir. Ekspertiza ilə də müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinə giriş-çıxış yalnız bir tərəfdən pilləkən qəfəsi vasitəsilədir. Buna baxmayaraq cavabdehlər iddiaçının qeyri-yaşayış sahəsinə sahiblik və ondan istifadəyə maneə törədirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı sahiblik və istifadəsinə yaradılan maneələr aradan qaldırılmalı, İddiaçı həmin qeyri-yaşayış sahəsinə giriş imkanı yaradılmalı və giriş qapısının açarının bir nüsxəsinin verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. Məhkəmə, iddianın “Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı aid 4/6 hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən qaytarılması öhdəliyinin qoyulması”, “əmlakın saxlanması üçün xərclərin əmlakdakı paylara mütənasib çəkilməsi qaydasının müəyyən edilməsi” hissələri ilə əlaqədar qeyd edir ki, ekpert rəyində də qeyd edildiyi kimi sözügedən əmlakın naturada ayrılması hazırki vəziyyətdə mümkün olmadığından, iddia tələbləri həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə bildirir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən yaşayış kompleksinə aid olan, “H” blokunun 2-ci mərtəbəsində yerləşən 900 kv.m və “C” blokunun 2-ci mərtəbəsində yerləşən 100 kv.m olmaqla, ümumi sahəsi 1000 kv.m olan qeyri-yaşayış sahəsindən İddiaçı sahiblik və istifadəsinə yaradılan maneələr aradan qaldırılsın, İddiaçı həmin qeyri-yaşayış sahəsinə giriş imkanı yaradılsın və giriş qapısının açarının bir nüsxəsinin verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar