Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1118/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyət hüququndan istifadəyə yaradılmış maneələrin qadağan olunması və s.” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyət hüququndan istifadəyə yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin tavanı və "xxxx" MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması; Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin yerləşədiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında 153.50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi, ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına maneənin və digər istənilən qanunsuz məhdudiyyətin cavabdehlərə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Onun qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qediyyata alınaraq, çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir, binanın ikinci mərtəbəsində isə Cavabdeh1 təsis etdiyi "xxxx" MMC fəaliyyət göstərir. Yuxarı mərtəbədə kimsə normal şəkildə gəzib hərəkət edəndə onun obyektə toz-torpaq tökülür, obyektin tavanı silkələnərək təhlükəli vəziyyət yaranır. Mərtəbələr arası taxta şalbanların yalnız təbii aşınma nəticəsində deyil, həmçinin də əlavə yüklənmə və s. kənar təsirlərdən baş verməsi nəzərə alınsa, onda mərtəbələr arasında olan tavan və döşəmə həm onun, həm də cavabdehlərin maddi vəsaiti hesabına təmir edilməlidir. Ona məxsus tavan və cavabdehlərə məxsus döşəmə eyni vaxtda orada olan tələbələrin və əşyaların ağırlığı nəticəsində mərtəbələr arası taxta şalbanlar nəzərə tutulduğundan artıq yüklənir. Həmçinin Universitetin sanitar qovşağı ona məxsus obyektin mətbəx hissəsinin üzərində yerləşir. Sanitar qovşaqdan axan çirkab suları birbaşa onun mətbəxinə tökülür. Bundan başqa, cavabdeh beş qonşunun istifadəsində olan binanın ümumi giriş qapılarının qıfıllarını dəyişdirmiş, binanın həyətyanı sahəsinə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş vermiş, həmçinin onun obyektinin divarına bitişik qanunsuz tikililər ( 2 ədəd sanitar qovşaq) inşa etdirmiş, o cümlədən obyektə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən quraşdırmışdır. Həmçinin, də onun obyektinə bitişik 1 ədəd otaq tikmişdir. Həmin otaqda isə kombilər quraşdırılmışdır. Həmin otaqda bağlı yerdə kombi işləməsi onun obyekti üçün real təhlükə yaradır. Beləliklə də, istər obyektə normal şəkildə giriş-çıxış, istər obyektdən təhlükəsiz şəkildə istifadə etmək, istərsə də sanitar qovşaqlarından və pilləkənin ona məxsus qeyri-yaşayış sahəsinin divarına birləşmiş sahəsindən binaya sızan nəmişlik və pis iy-qoxu obyektdən istifadəni mümkünsüz edir. Bundan başqa, cavabdehlərin qanusuz hərəkəti ümumi həyətdən istifadə edən digər qonşuların da hüquqlarını pozur. Bununla bağlı 2021-ci ilin dekabr ayının sonlarında Bakı Qızlar Universitetinin rektoru və həmin obyektin mülkiyyətçisi kimi özünü təqdim edən Cavabdeh1 onun nümayəndəsi birlikdə tavanı və kanalizasiya xətlərini təmir etməyi təklif etmiş və bunun həm orada təhsil alan tələbələrin, həm də aşağıda fəaliyyət göstərən digər şəxslərin həyatına təhlükə yaratdığını, həmçinin də qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini bildirmişdir. Cavabdeh1 nümayəndənin bu təklifini olduqca kobud şəkildə rədd edərək söyləmişdir ki, “siz kimsiz, buranı sizin əlinizdən alacağam, heç bir təmir aparmayacağam və sizin də təmir işləri görmənizə icazə verməyəcəm”. 2022-ci ilin yanvar ayının 3-də iddiaçının nümayəndəsi 3 kosmetik təmir işləri görməyə başlamaq istəsə də cavabdeh buna imkan verməyərək ətrafında olan Universitetin işçiləri ilə birlikdə nümayəndəsinə hücum çəkmək istəmişdir. Nümayəndəsi isə münaqişənin dərinləşəcəyindən qorxub DİN 102 qaynar xəttinə müraciət etmiş və işləri yarımçıq saxlamışdır. Cavabdehlər onun təkliflərini qəbul etməyib, öz qanunsuz hərəkətlərinə davam edərək, onun qeyri-yaşayış sahəsindən istifadə etməsini mümükünsüz edir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozmaqla yanaşı, həmçinin mülki qanunvericiliyin tələblərini də kobud şəkildə pozur. Daha sonra, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın qiymətləndirilərək ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin öz hesabına sökülərək binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi ziyanın qiymətləndirilərək cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi tam qanunsuz və əsasız olaraq şər və böhtan xarakterlidir. Həmçinin, həmin iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun olmayan məlumatlar olmaqla yanaşı, onun hüquqlarını kobud şəkildə pozur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəf olaraq hesab edir qaşılıqlı iddia tələbi üzrə cavabdeh X6 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən evin zirzəmisində aparılmış qanunsuz təmir-tikinti işləri binanın layihəsindən kənar çıxdığından, habelə binanın təhlükəsizliyinə cidd xələl gətirdiyindən cavabdehin öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılmalı, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində bizə dəymiş ziyan ondan məcburi qayda tutulara bizə ödənilməlidr. Eyni zamanda iddiaçı tərəf olaraq hesab edir qarşılıqlı iddia tələbi üzrə cavabdeh X7 qanunsuz yollarla binanın zirzəmisini alaraq orada qanunsuz olaraq binanın ana və köməkçi divarlarını özbaşına sökmüş, onlarda ciddi dəyişilik etdiyindən həmin binanın ikinci mərtəbəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin divarlarında yalnız əsaslı təmir əsasında aradan qaldırıla biləcək çatlar əmələ gəlmiş və nəticə etibarı ilə ümumi binanın çökməsi, habelə həmin binada yaşayan və təhsil alan insanların həyatı üçün ciddi təhlükə yaratmışdır. Mübahisəli sahənin üzərindəki 898,8 kv.metr ümumi sahəsi olan qeyri yaşayış sahəsi MH seryalı, 00066112 nömrəli, xx.xx.2006- cı il tarixli çıxarışa əsasən tam mülkiyyət hüquq ilə ona məxsusdur və həmin sahə “Bakı Qızlar Unversiteti”nin tədris korpus olmaqla orada qız tələbələr təhsil alırar. Qeyd olunan qeyri yaşayış sahəsini Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında 009167 nömrəli, xx.xx.1998- ci il tarixli Şəhadətnamə əsasında əldə etmişdir. Ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsinin altındakı zirzəmi qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən əldə onanadək binanın zirzəmisi olmuşdur və həmin sahə zirzəmi olaraq təyinantı üzrə istifadə edildiyindən ona məxsus qeyri-yaşayış sahəsinin divarlarında çatlar olmamışdır. Yalnız qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən həmin sahə əldə olunduqdan, habelə həmin sahədə əsas daşıyıcı divarlar sökülərək onlarda qanunsuz (özbaşına) dəyişikliklər edildikdən sonra ona məxsus qeyri yaşayış sahəsinin divarlarında çatlar əmələ gəlmiş və nəticə etibarı ilə unversitetdə tahsil alan tələbələr, pedoqoji fəaliyyətlə məşğul olan müəlimllər və texniki personalların həyat və sağlamlığı üçün cicidi təhlikə yaranmış, habelə ona mülkiyyətçi olaraq ümumilikdə 20000 manat məbləğində maddi ziyan vurmuşdur. Dəfələrlə bu qanunsuz hərəkətlərin dayandırılması barədə cavabdehə şifahi xəbərdarlıq olunsa da, cavabdeh qeyri qanuni hərəkətlərini qərəzli formada davam etdirmiş və nəticə etibarı ilə həm binanın ümumi təhlükəsizliyi, həm də binada yaşayan şəxslər və təhsil alan insanlar üçün həyati təhlükə yaratmaqla yanaşı ona 20000 manat məbləğində maddi ziyan vurmuşdur. O, cavabdeh tərəfindən həmin mübahisəli sahənin hamam xidmətləri göstərən icitimai iaşə obyekti kimi istifadə olunacağı barədə məlumat almışdır. Həmin zirzəminin qızların təhsil aldığı ali təhsil ocağının altında fəaliyyət göstərməsi milli menatalitetimizə və əxalaq normalarına ziddir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən tikintinin planlaşdırılmasına rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən islərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydaları pozulmuş və nəticə etibarı ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmışdır. Hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən qeyd etdiyim hüquqazidd hərəkətlər ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci və 222-1.1-ci maddələrində nəzrdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, onun tərəfindən bu qanunsuzluqların aradan qaldırılması və təqsirkar şəxs olaraq cavabdehin barəsində qanuni ölçü görülməsinə dair müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalama və Arxitektura Komitəsinə və hüquq mühafizə orqanlarına şikayətlər olunmuşdur. Lakin, müraciət etdiyi qurumların bir qismi tərəfindən onun şikayəti üzrə mübahisəli sahəyə zirzəmiyə gəlib baxış keçirilsə də, həmin müraciətlərə hazıradək cavab verilməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, yerli baxış zamanı, həmçinin ekspert və mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin döşəmə tavan hissəsində gələcəkdə qəzalı vəziyyətdə ola bilməsi müyyən edilir. Məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının həyətyanı sahədən girişinə və təmir işlərinin aparılmasına maneələr yaradılmışdır. İddiaçı iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçıya yaradılmış maneələr aradan qaldırılmışdır. Bina tarixi bina olduğu üçün orada hər hansı təmir işləri aparılarkən müvafiq səlahiyyətli orqandan icazə alınmalıdır. Bu o demək deyildir ki, həmin təmir işləri binanı qəzalı vəziyyətə salır. İddiaçı tərəfindən belə icazə alınmadığı üçün inzibati qaydada cərimə edilmişdir. Lakın hazırda iddiaçı tərəfindən müvafiq orqandan icazə alınmışdır. Sonradan məlum olmuşdur ki, bina tarixi abidə hesab olunmuşdur. Hazırki vəziyyətdə hər iki qapıdan qeyriyaşayış sahəsinə daxil ola bilir, lakin məhkəmənin qərardadına əsasən təmir-tikinti işlərinin aparılması müvəqqəti dayandırılmışdır. Göstərilənlərə əsasən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatında bildirmişdir ki, 22 ildir ki universitet oradan köçmüşdür. Bina da prezidentin göstərişinə əsasən onlara verilmişdir. Onlar orada litsey açmaq qərarına gəlmişlər. Ona görə də oranı abadlaşdırmışlar. Orada hələ tələbə yoxdur ki, su sızması olsun. Bu mümkün deyildir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gecə ilə digər qapıdan daxil olaraq orada təmir-tikinti işləri aparılmışdır. İddiaçı tərəf bütün orqanlara müraciət etmiş,onun barəsində şər-böhtan xarakterli məlumatlar vermişdir. Televiziya kanallarından və sosial şəbəkələrdən çəkiliş qrupları, həminin digər orqanlardan gəlmişlər. O, bildirmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini əvvəlki vəziyyətinə qaytarsın. Bu halda heç bir problem yoxdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olduğu üçün həmin binada təmir tikinti işləri aparılması Nazirlə Kabineti ilə razılaşdırılmalıdır. Yerli baxış zamanı da qeyri-yaşayış sahəsinin hər iki tərəfdən olan qapısının açarlarının iddiaçda olması və qeyri-yaşayış sahəsinin onun istifadəsində olması təsdiq edilmişdir. Mütəxəssis rəyindən də görünür ki, iddiaçı tərəfindən qanunsuz olaraq təmir-tikinti işləri aparılmış və binaya maddi ziyan dəymişdir. Qarşılıqlı iddiaçının tələbi tarixi binanın zirzəmisində cavabdeh tərəfindən konstruktiv dəyişikliklər aparılmışdır ki, onunun əvvəlki vəziyyətinə qaytarılması iləbağlıdır. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********60-083005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 153,50 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir ƏMDK-nin yanında DƏDRX verilmiş xx.xx.2006-ci il tarixli MH seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 898,8 kv.m olan qeyriyaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/1347 saylı rəyindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürdüyü müəyyən olunmuşdur. Lakin qəzalı vəziyyətdə olub-olmaması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uuyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətindədə olan qeyriyaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pillləkanın lap əvvələr mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışa maneə yaradır. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən X2 mülkiyyətində olan sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtul su sızma ləkələrin olması, suvar qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən olunur. Eyni zamanda baxış zamanı həmin qeyri-yaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyriyaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılmışdır. Lakin aparılmış söküntü və tikinti-təmir işlərinin orada olan insanların həyatı üçün təhlükə yaradıb-yaratmaması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsinin X2 mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi yerləşən sahəsi 153.50 kv.m olan olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verib-verməməsini FHN TTNDA-nin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Həmçinin Cavabdeh1 mülkiyyətində olan 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsində yaranmış çatların xüsusiyətləri müəyyən olunduqdan sonra görüləcək təmir-bərpa işlərinin ümumi dəyəri müəyyən oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmirtikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, X13 üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin 13 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Murtuza Muxtarov, 50/78 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. İş materiallarında olan "xxxx" MMC-nin dəymiş maddiz ziyanın müəyyən edilməsi barədə 01 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, 50 ünvanında yerləşən qeyri - aşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği 01 fevral 2022-ci il tarixinə 35 136,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətiinin Bakı Regional İdarəsinin 27 aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, idarənin əməkdaşları tərəfindən aprel ayının 14 və 19 tarixlərində Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsi olan binanın 1-ci mərtəbəsinə baxış keçirilmiş və müraciətdə qeyd edilən faktların əsasən həqiqətə uyğun olduğu aşkarlanmışdır. Baxışın nəticəsi olaraq akt tərtib olunmuşdur (surəti əlavə olunur). Aktda qeyd edildiyi kimi, haqqında söhbət gedən qeyri-yaşayış sahəsində (mülkiyyətçisi X4) aparılmış təmirrekonstruksiya işləri nəticəsində abidəyə aşağıdakı qanuna zidd (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan) müdaxilələr aşkar edilmişdir: tağlarında (yükdaşıyıcı əyri xətli örtük konsrtuksiyalarında) bütövlükdə binanın dayanıqlılığına təsir edə biləcək konstruktiv dəyişikliklər aparılmışdır; pəncərə boşluqlarında konstruktiv dəyişikliklər edilmişdir; içərisində mövcud planda olmayan əlavə arakəsmə hörülmüşdür; -tavanın bəzi hissələrində yuxarı mərtəbənin çökməsinə təhlükə yarada biləcək söküntü işləri aparılmışdır; -əsas yükdaşıyan kolonlara müdaxilə olunması ehtimal olunur (ekspert rəyinə ehtiyac var). Qeyd olunan faktlar üzrə tərtib olunmuş MN ******* nömrəli, 22 aprel 2022-ci arixli inzibati protokol baxılması üçün Dövlət Xidmətinə təqdim olunub. Eyni zamanda görülmüş işlər nəticəsində sözügedən binanın dayanıqlılığına zərər vurulması əticəsində onun qəzalı vəziyyətdə olub olmaması məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikası FHN-nin Tikintidə X5 agentliyinə müraciət edilmişdir. Bununla yanaşı yuxarıda qeyd olunan işlərin sifarişçilərinin və (və ya) icraçılarının ərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 246-cı maddəsində nəzərdə tulmuş əməllərin (Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən ləhv etmə və ya korlama) əlamətləri müşahidə olunduğundan, məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayonu Polis idarəsinə də müraciət ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2.6-cı maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini təqdim edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi “ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyriyaşayış sahəsinin tavanı və "xxxx" MMC-yə məxsus sahənin döşəmə hissəsinin təmiri üçün tələb olunan vəsaitin 1/2 hissəsinin cavabdehlərdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlərin və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Göründüyü kimi, ekspertin və mütəxəssisin rəyinə əsasən, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin taxta döşəməsinin bəzi yerlərində taxtanın çürüdüyü müəyyən edisə də, texniki cəhətdən qəzali vəziyyətdə olmadığı müəyyən edilmişdir. Bununla belə müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin tavanında olan taxta tirlər çürümüş və qeyri-yaşayış sahəsinin tavanı uzun müddət təmirsiz istismar nəticəsində texniki cəhətdən qəzalı deyil, yolverilməz vəziyyətdədir. Başqa sözlə, ilk iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin döşəməsi yox, məhz iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tavanı texniki cəhətdən yolverilməz vəziyyətdədir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin mülkiyyətində olan sahəni təmir edib-etməməsi onun hüququdur və qeyri-yaşayış sahəsinin tavan və döşəməsinin təmiri üçün tələb edilən vəsaitin yarısı ondan tutula bilməz. Məhkəmə ilkin iddia tələbinin “Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin yerləşədiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsalıdır. Belə ki, məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həyətində yardımçı (sanitar qovşağı və kombi otağı) tikililər inşa edilmişdir. Lakin həmin tikililər texniki pasportda öz əksini tapmadığından, eləcə də, aparılmış tikinti işlərinə dair müvafiq qurumlardan icazə sənədləri olmadığından, həmin tikililər inşaat norma və qaydalarına uyğun inşa edilməmişdir. Eyni zamanda qeyd edilən əraziyə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sanitar qovşağın və kombi otağının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş hissəsinə yaxın məsafədə və qeyri yaşayış sahəsinin divarına bitişik inşa edilməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə də məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin mövcudluğu İddiaçı maraqlarına toxunur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi “Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin yerləşədiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik quraşdırılmış pilləkən qəfəsi Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə verilmiş texniki pasportda öz əksini tapdığı üçün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən olunur. Lakin Cavabdeh1 mülkiyyətindədə olan qeyri-yaşayış sahəsinə dair ilkin texniki pasport təqdim olunmadığı üçün, həmin pillləkanın lap əvvələr mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkən X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığını nəzərə alaraq, həmin pilləkən qeyri-yaşayış sahəsinin giriş-çıxışa maneə yaradır. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkənın X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş qapısının qarşısında quraşdırıldığı və həmin pilləkənın qeyri-yaşayış sahəsinin giriş-çıxışa maneə yaratdığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qalxan dəmir pilləkanın əvvəlki texniki pasport təqdim olunmadığı üçün, həmin pillləkanın lap əvvələr mövcud olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadığından, dəmir pilləkan ümumi istifadədə olan həyətdə və iddiaçının giriş qapısının qarşısında quraşdırıldığından, ən əsası da iddiaçıya öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışına maneə yaratdığından, bununla da mülkiyyətçi kimi hüquqları ciddi şəkildə pozulduğundan İddiaçı həmin pillləkanın cavabdehlərin vəsaiti hesabına sökülməsini tələb etməkdə haqlıdır. İlkin iddia tələbinin “Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında 153.50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağın cavabdehlərin vəsaiti hesabına təmir edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təyin edilmiş tikintitexniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən X2 mülkiyyətində olan sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında olan sarımtul su sızma ləkələrin olması, suvar qatının tökülməsini və həmin tikilinin üzərində cavabdehə məxsus sanitar qovşağının yerləşdiyini nəzərə alaraq, X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı həmin qeyriyaşayış sahəsinin tavanında nəmlənmə izlərin olduğu müşahidə olunmuşdur. Həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanlarında və divarlarında nəmişliyin olması müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında cavabdehlərə məxsus sanitar qovşaqdan çirkab suyunun sızması (axıdılması) halları baş verdiyi, bunun nəticəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin tavanında sarımtul su sızma ləkələrin olması, suvar qatının tökülməsini müəyyən edildiyindən, bundan sonra həmin halların baş verməsinin qarşısının alınması üçün cavabdehlərə məxsus sanitar qovşaq öz vəsaitləri hesabına təmir edilməlidir. Məhkəmə ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına maneənin və digər istənilən qanunsuz məhdudiyyətin cavabdehlərə və digər şəxslərə qadağan olunması hissəsində qismən əsaslıdır. ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətçi kimi iddiaçının öz əmlakından sərbəst istifadə etmək və təmir tikinti işləri aparmaq hüququ vardır. Bununla belə, müəyyən edilmişdir ki, Bakı şəhəri, Murtuza Muxtarov, 50/78 ünvanında yerləşən Bakı Qızlar Universitetinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına və mühafizəsinə götürülmüş 3720 inventar nömrəli tarix və mədəniyyət abidəsidir. Ona görə də, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırılmaqla və həmin orqanın təmir-tikinti işlərinin aparılmasının mümkünlüyü barədə rəyi əsasında həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, 50 ünvanında yerləşən qeyri - aşayış binasının zirzəmi və yarımzirzəmisində aparılan təmir və söküntü işlərinin nəticəsində binanın bir hissəsinin çökməsi səbəbindən sahəyə dəymiş maddi ziyanın məbləği 01 fevral 2022-ci il tarixinə 35 136,20 manat təşkil etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi 898,8 kv.metr kv.m olan qeyri-yaşayış sahəsinin X2 mülkiyyətində olan qeyri-yaşayış hissəsinin üst hissəsində yerləşən hissəsində divarlarda və tavanda suvaq altı çatların olduğu müəyyən olunmuşdur. Lakin həmin çatların X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında sahəsi yerləşən sahəsi 153.50 kv.m olan olan qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş veribverməməsini FHN TTNDA-nin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatlar sahəsi 153.50 kv.m olan qeyriyaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işlərinin nəticəsində və sanitar qovşağından su axması nəticəsində aşınmanın təsirindən yarana bilər. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yaranmış xırda ölçülü çatların qarşılıqlı iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsində tikinti-təmir işlərinin aparılması nəticəsində baş verməsi təsdiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehin üzərinə dəymiş ziyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir-tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması” tələbi isə ona görə əsassızdır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daxilində təmir tikinti işləri aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinə əsasən, X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılaraq söküntü və təmir-tikinti aparılması müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən sahəsi 153.50 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri binanın təhlükəsiz istismarına maneə yaratdığından müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməlidir. Bununla bağlı qeyd edilməldir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin daxilində konstruktiv dəyişikliklər aparılsa da, binanın təhlükəsiz istismarı binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması ilə deyil, qeyri-yaşayış sahəsində aparılmış söküntü və təmir-tikinti işləri müvafiq orqanlar ilə razılaşdırılmaqla layihə əsasında gücləndirilməsi əsasında təmin edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin yerləşədiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsinin, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağın və 1 ədəd kombi otağının cavabdehlərin vəsaiti hesabına sökülməli, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında 153.50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşağ cavabdehlərin vəsaiti hesabına təmir edilməli, ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılması cavabdehlərə və digər şəxslərə qadağan olunmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edildiyindən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının xərci olan 100 (bir yüz) manat pul ilk iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməli, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci olan 300 (üç yüz) manat pul ilk iddia üzrə İddiaçı tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (X1 kod: 501305, VÖEN **********, müxbir hesabı: AZ28NABZ********************, SFİFT BİK: AZFİAZ22, VÖEN: **********, hesab: AZ08AZFİ38060AZ**********006) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsinin yerləşədiyi binanın ümumi istifadədə olan həyətinin çıxış qapısının üzərinə qanunsuz olaraq inşa edilmiş pilləkən qəfəsi, həyətin divarına bitişik şəkildə qanunsuz olaraq inşa edilmiş 2 ədəd sanitar qovşağı və 1 ədəd kombi otağı cavabdehlərin vəsaiti hesabına sökülsün. Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov 50 ünvanında 153.50 kv.m qeyri-yaşayış sahəsinin mətbəx hissəsinin üzərində yerləşən cavabdehə məxsus sanitar qovşaq cavabdehlərin vəsaiti hesabına təmir edilsin. ünvan 1 ünvanında yerləşən 153.50 kv.m qeyri-yaşayış sahəsindən istifadəyə, həmin sahədə əsaslı təmir-tikinti işlərinin aparılmasına (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaq şərtilə) maneənin yaradılması cavabdehlərə və digər şəxslərə qadağan olunsun. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun tərəfindən aparılmış özbaşına təmir tikinti işlərinin cavabdehin hesabına sökülməsi, binanın zirzəmisinin əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının xərci olan 100 (bir yüz) manat pul ilk iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə verilmiş mütəxəssis rəyinin xərci olan 300 (üç yüz) manat pul ilk iddia üzrə İddiaçı tutularaq “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına (X1 kod: 501305, VÖEN **********, müxbir hesabı: AZ28NABZ********************, SFİFT BİK: AZFİAZ22, VÖEN: **********, hesab: AZ08AZFİ38060AZ**********006) ödənilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1118/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1118/2022
25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver