Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1136/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı "dövlət hesabına hüquqi yardımla, vəkillə təmin edilməsinə dair" iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "dövlət hesabına hüquqi yardımla, vəkillə təmin edilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə göstərilən hallarla əlaqədar dövlət hesabına hüquqi yardım göstərilməsi və hüquqi addımların atılması üçün dövlət hesabına ixtisaslı vəkillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 26.11.2021-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı halda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması, vərəsəlik, mirasın qəbulu və s. bu kimi məsələlərlə bağlı məhkəməyə müraciət etməkdən ötrü ixtisaslı hüquqi yardım almaq məqsədi ilə vəkillə təmin olunmasını istəyir. Vəkilin mülki prosesdə məcburi iştirakı MPM-nin 67-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin tələbinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər (maddə 67.1.). Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə iş də iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir (maddə 67.2.). Belə olan halda məlum olur ki, iddiaçının hazırkı ərizəsi məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, hesab edirəm ki, iddiaçının birinci instansiya məhkəməsində vəkilin iştirakı məcburi olmadığından, həmçinin, vəkilin prosesdə məcburi iştirakı nəzərdə tutulduğu hallarda, şəxsin ərizəsi əsasında onun vəkillə təmin olunması həll olunduğuna görə, belə olan halda hazırkı məsələ üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğuna görə, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı "dövlət hesabına hüquqi yardımla, vəkillə təmin edilməsinə dair" iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1136/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1136/2022
17.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver