Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1158/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxslər "xxxx" ASC-nə və TBC Kredit Bank Olayan Kredit Təşkilatı MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxslər "xxxx" ASC-nə və TBC Kredit Bank Olayan Kredit Təşkilatı MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 29119.34 (iyirmi doqquz min yüz on doqquz manat, otuz dörd qəpik) manat, mənəvi ziyana görə 10.000 (on min) manat, məhkəməyə verilən iddia ərizəsinə görə dövlət rüsumu-207.36 (iki yüz yeddi manat, otuz altı qəpik) manat olmaqla, cəmi 39326.7 (otuz doqquz min üç yüz iyirmi altı manat, yetmiş qəpik) manat pulun cavabdehdə Cavabdeh İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" ASC ilə borclu-Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 11.08.2015-cı il tarixli Zaminlik Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank və Cavabdeh arasında imzalanmış 11.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 5.000.00 manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəlik Borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Kreditorun tələbi ilə həmin öhdəlik Zamin tərəfindən 3 (üç) gün müddətində icra edilməlidir. Həmin Müqavilənin 5.2.1-ci bəndinə əsasən Borclu Kreditor ilə bağladığı 11.08.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini, dəbdə pulu, ödənişləringecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin Borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanların Kreditora ödənilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.2.2-ci bəndinə əsasən Kreditor, zaminliklə təmin edilmiş öhdəliyi ifadə edən pul məbləğini Borclunun və və ya Zaminin “Azərbaycan Beynəlxalq Bankı" ASC-də mövcud olan hesablarından, pensiya kartlarından akseptsiz qaydada silmək hüququna malikdir Həmin Müqavilənin 4.1,4-cu bəndinə əsasən Zaminin Borcluya göstərdiyi xidmətləri üçün muzd almaq hüququ var. Həmin Müqavilənin 4.1.5-ci bəndinə əsasən öhdəliyi icra etmiş zaminə Kreditorun həmin öhdəlik üzre hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bəğlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Müqavilənin 4.1.6-cı bəndinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bununla da “Azərbaycan Beynəlxalq Bankı" ASC Müştəri xidməti departamentinin 13.12.2021-ci il tarixli, MXK-1187 saylı Arayışına əsasən İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı arasında bağlanmış 11.08.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Bank və Cavabdeh arasında imzalanmış 11.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 5.000.00 (beş min) manat məbləğində verilmiş kredit üzrə Bank qarşısında olan öhdəliklərinin lazımınca icra edilməsinə zamin durmuşdur. Lakin, kredit müqaviləsi üzrə borcalan, Cavabdeh öhdəliklərini icra etmədiyindən Zamin, İddiaçı əmək haqqı kart hesabından və əlavə olaraq nağd şəkildə 01.08.2016-cı il və 02.07.2018-ci il aralığında cəmi 4.849 (dörd min səkkiz yüz qirx doqquz) manat məbləğində vəsaitlər borclu Cavabdeh kreditinə ödənilmişdir. Həmçinin, Kreditor "xxxx" BOKT MMC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış 15.05.2015-ci il tarixli Zaminlik Müqaviləsinin 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası Kreditor ilə Borclu arasında AR Mülki Məcəlləsinin 740-cı maddəsinəə sasən sadə yazılı formada bağlanmış və Borcluya hər bir kredit hissəsinin illik faiz dərəcəsi və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməklə 15.000 00 USD (ABŞ Dolları) məbləğində kreditin verilməsini nəzərdə tutan 15.05.2015-ci il tarixli bağlanmış BAKU2-12683-12215 saylı kredit müqaviləsi olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-5259/2017 saylı 14.08.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış BAKU2-12683- 12215 nömrəli 15 may 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qavdada “TBC Kredit" BOKT MMC-nin xeyrinə BAKU2- 12683-12215 nömrəli 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12944 (on iki min doqquz yüz qırx dörd) ABS dolları 25 (iyirmi bes) sent əsas, 4224 (dörd min iki yüz iyirmi dörd) ABŞ dolları 82 (səksən iki) sent faiz, 500 (beş yüz) ABS dolları cərimə borcu olmaqla, cəmi 17669 (on veddi min altı yüz altmış doqquz) ABŞ dolları 07 (yeddi) sent məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 70.55%-i, yəni 21 (iyirmi bir) manat 15 (on beş) qəpiyi iddiaçıya aid edilmiş, qalan 29.45%i, yəni 8 (səkkiz) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və İddiaçı müştərək qavdada tutularaq iddiaçı “TBC Kredit" BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, kredit müqaviləsi üzrə borcalan, Cavabdeh öhdəliklərini yenə də icra etmədiyindən, Yasamal Rayon Məhkəməsinin 2(004)-5259/2017 saylı, 14.08.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı aylıq qazancından 2018-ci ilin sentyabr ayından etibarən 2021-ci ilin dekabr ayı daxil olmaqla, ümumi məbləğ 24.270.34 AZN pul vəsaiti tutulmuş və "xxxx" BOKT MMC-nin İBAN- AZ03BRES******************** hesab nömrəsinə ödənilmişdir. BP Eksploreyşn (Kaspian Si) Ltd.şirkətinin AR Nümayəndəliyinin 22.12.2021-ci il tarixli Arayışı bu faktı təsdiqləyir və İddiaçı həmin şirkətdə işlədiyindən 24.270,34 AZN pul vəsaiti onun əmək haqqından tutulmuşdur. Qeyd olunan kredit müqavilələri üzrə Borcalan, Cavabdeh öz öhdəliklərinin heç birini icra etməməklə Zamin, İddiaçı etibarından sui-istifadə edərək onu aldatmış, Kreditorlar qarşısında çətin vəziyyətə qoymuş, bununla da Zamin, İddiaçı onun kredit borclarını "xxxx" ASC-yə və “TBC Kredit" BOKT MMC-yə ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunsuz əməli nəticəsində ona dəymiş maddi zərər - 29119.34 (iyirmi doqquz min yüz on doqquz manat, otuz dörd qəpik) manat təşkil etməklə, həmin pul vəsaitini ona tam həcmdə ödəməlidir. Bundan başqa, bu halın aradan qaldırılması ilə bağlı dəfələrlə borclu Cavabdeh öz iradını bildirsə də, heç bir müsbət nəticə əldə etməmiş, əksinə olaraq o ondan qaçıb gizlənmiş, əlaqə yaratmamağa çalışmışdır. Ona borc ödənişi ilə bağlı heç bir hərəkətin edilməyəcəyini kobud şəkildə - öz hərəkətsizliyi və davranışı ilə habelə "ödəniş etməyə imkanım yoxdur, imkan olanda ödəyərəm, kimə və hara istəyirsən şikayət et" deyə bildirmişdir. Bununla da hər dəfə onun əmək haqqı üzrə kart hesablarından kredit məbləği silinərkən habelə nağd şəkildə ödədiyi vəsaitləri görəndə mənəvi və psixi sarsıntı keçirmiş, əsəb sistemi pozulmuşdur. Ailə başçısı olaraq uşaqlarının boğazından kəsərək borclu Cavabdeh banka olan kredit borclarını ödəmiş, işlədiyi yerdən başqa, heç bir yerdən əlavə qazancı, maddi təminatı yoxdur. Borclu Cavabdeh bu qanunsuz hərəkətləri nəticəsində ona dəymiş həm maddi həm də mənəvi ziyandan əziyyət çəkir. Buna görə də mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaitinin borclu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddia ərizəsinin məzmununa uygun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02.03.2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, iddiaçı ilə iş yoldaşı olmuşdur. "xxxx" ASC-dən və "xxxx" MMC-dən kredit götürən zaman iddiaçı ona zamin durmuşdur. İşdən çıxması səbəbindən ödənişləri edə bilməmiş, iddiaçının əmək haqqından tutmalar aparılmışdır. Cavabdeh tərəfindən ona məxsus borcdan 29119,34 manat məbləğində pulun üçüncü şəxslərə ödənildiyini qəbul edir. Yəni iddia tələbinin maddi ziyan hissəsində yəni, 29119.34 hissəsini qəbul edir, ancaq mənəvi zərər hissəsini qəbul etmədiyini bildirərək yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmədən iddia tələbinin qismən təmin edilməsini və ödənişləri etmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.08.2015-ci il tarixli 762-11.08.2015-SM105 saylı ZAMİNLİK müqaviləsindən görünür ki, zamin İddiaçı 11 avqust 2015-ci il tarixli, 762-11.08.2015-SM105 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin təqdim etdiyi 13.12.2021-ci il tarixli MXK-1187 nömrəli arayışından muəyyən olunur ki, kredit üzrə borcalan Cavabdeh öhdəliklərini icra etmədiyindən zamin E.M.Eyvazovun əmək haqqı kart hesabından və əlavə olaraq nağd şəkildə 01.08.2016-cı il və 02.07.2018-ci il aralığında cəmi 4,849 (dörd min səkkiz yüz qırx doqquz) manat məbləğində vəsaitlər Cavabdeh kreditinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş TBC KREDİT BOKT MMC ASC ilə Cavabdeh arasında bağlanmış 15.05.2015-ci il tarixli BAKU2-12683-12215 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh 36 ay müddətində, illik 20%-lə ödəmək şərtilə 15.000,00 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15.05.2015-ci il tarixli BAKU-2-12683-12215+BAKU2-2184 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı 15 may 2015-ci il tarixli, 10 BAKU-2-12683-12215 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.08.2018-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh adından 2351 ABŞ dolları məbləğində kredit məbləği İddiaçı tərəfindən TBC KBOKT MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5259/2017 saylı, 14.08.2017-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə «TBC Kredit BOKT MMC arasında bağlanmış BAKU2-12683-12215 nömrəli, 15 may 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada «TBC Kredit BOKT MMC-nin xeyrinə BAKU2- 12683-12215 nömrəli, 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12944 ABŞ dolları 25 sent əsas, 4224 ABŞ dolları 82 sent faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17669 (on yeddi min altı yüz altmış doqquz) ABŞ dolları 07 (yeddi) sent məbləğində pul vəsaiti tutulması, işüzrə ödənilmiş 30 manat dövlət rüsumunun 70.55%-i, yəni 21 manat 15 qəpiyi iddiaçıya, qalan 29.45%-i, yəni 8 manat 85 qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı «TBC Kredit BOKT MMC-yə ödənilməlidir. İş materiallarında olan 24.08.2018-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon icra və probasiya şöbəsinin məktubundan müəyyən olunur ki, borclu İddiaçı əmək haqqısından borcun tutulması barədəborclunun iş yeri olan “BP Exploration (Caspian Sea) Ltd” şirkətinə məlumat göndərilmiş və borclunun qətnamə üzrə tələbkara ödənilməli olan borcdan 2351 ABŞ dolları məbləğində pul ödədiyi bildirilmişdir. 22 dekabr 2021-ci il tarixli BP Exploration (Caspian Sea) Ltd-nin arayışından görünür ki, İddiaçı 01.12.2008-ci ildən bu günədək BP Exploration(Caspian Sea) Ltd şirkətində işləyir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-5259/2017 saylı 14.08.2017-ci il tarixli icra vərəqəsinə əsasan İddiaçı aylıq qazancından 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayı daxil olmaqla 615.2 manat, 2019-cu ilin fevral ayına 617.19 manat, 2019-cu ilin mart ayına görə 615.2 manat, 2019-cu ilin aprel ayından noyabr ayı daxil olmaqla 627.38 manat, 2019-cu ilin dekabr ayına görə 712.21 manat, 2020-ci illin yanvar ayına görə 592.23 manat, 2020-ci ilin fevral ayına görə 563.38 manat, 2020-ci ilin mart ayına görə 563 manat, 2020-ci ilin aprel ayına görə 603.72 manat, 2020-ci ilin may ayından 2020-ci ilin avqust ayı daxil olmaqla 563.38 manat, 2020-ci ilin sentyabr ayına görə 567.59 manat, 2020-ci ilin oktyabr ayında dekabr ayı daxil olmaqla 587.4 manat, 2021-ci ilin yanvar ayından mart ayı daxil olmaqla 572.2 manat, 2021-ci ilin aprel ayından avqust ayı daxil olmaqla 622.24 manat, 2021-ci ilin sentyabr ayına görə 630.54 manat, 2021-ci ilin oktyabr ayından dekabr ayı daxil olmaqla 662.24 manat məbləğində pul vəsaiti tutulmuşdur. İş materiallarında olan TBC KREDİT BOKT MMC-nin 18.02.2020-ci il tarixli 530/HOout saylı arayışından müəyyən olunur ki, zamin İddiaçı iş yerinə göndərilmiş və “BP Exploration (Caspian Sea) Ltd” şirkəti 2018-ci ilin sentyabr ayında 2021-ci ilin dekabr ayı daxil olmaqla 24.269 manat 14.276 ABŞ dolları vəsaiti Cəmiyyətə ödəmişdir. Hazırda icra sənədi özrə qalıq borc 1054.60 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15.05.2015-ci il tarixli BAKU-2-12683-12215+BAKU2-2184 saylı Zaminlik müqaviləsinə əsasən İddiaçı 15 may 2015-ci il tarixli, 10 BAKU-2-12683- 12215 saylı kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin lazımı qaydada icra etmədiyindən iddiaçı «TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələbi üzrə Yasamal rayon Məhkəməsinin 2 (004)-5259/2017 saylı, 14.08.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə «TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış BAKU2-12683- 12215 nömrəli, 15 may 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada «TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə BAKU2- 12683-12215 nömrəli, 15 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12944 (on iki min doqquz yüz qırx dörd) ABŞ dolları 25 (iyirmi beş) sent əsas, 4224 (dörd min iki yüz iyirmi dörd) ABŞ dolları 82 (səksən iki) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17669 (on yeddi min altı yüz altmış doqquz) ABŞ dolları 07 (yeddi) sent məbləğində pul vəsaiti tutulması, işüzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 70.55%-i, yəni 21 (iyirmi bir) manat 15 (on beş) qəpiyi iddiaçıya, qalan 29.45%-i, yəni 8 (səkkiz) manat 85 (səksən beş) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı «TBC Kredit BOKT MMC-yə ödənilməsi qət edilmişdir. 08.08.2018-ci il tarixdə 2351 ABŞ dolları məbləğində 2018-ci ilin sentyabr ayında 2021-ci ilin dekabr ayı daxil olmaqla 24.269 manat (14.276 ABŞ dollar) kredit məbləği Cavabdeh adından İddiaçı tərəfindən TBC KBOKT MMC-nin hesabına köçürülmüşdür. Bundan əlavə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.08.2015-ci il tarixli 762-11.08.2015-SM105 saylı Zaminlik müqaviləsinə əsasən dən İddiaçı 11 avqust 2015-ci il tarixli, 762-11.08.2015-SM105 saylı kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. Kredit üzrə borcalan Cavabdeh öhdəliklərini icra etmədiyindən zamin E.M.Eyvazovun əmək haqqı kart hesabından və əlavə olaraq nağd şəkildə 01.08.2016-cı il və 02.07.2018-ci il aralığında cəmi 4,849 (dörd min səkkiz yüz qırx doqquz) manat kredit borcu məbləğləri "xxxx" ASC-nə ödənilmişdir. Məhkəmə araşdırması ilə iddiaçı tərəfindən cavabdehin "xxxx" ASC-nə və «TBC Kredit BOKT MMC-nə olan borcundan cəmi 29119.34 (iyirmi doqquz min yüz on doqquz manat, otuz dörd qəpik) manat məbləğində pul ödənildiyi sübuta yetirildiyindən, həmin pulun cavabdehdən reqres qaydasında tələb etmək hüququ Mülki Məcəllənin 475.1-ci və 1114.1-ci maddələrinə əsasən iddiaçıya keçmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi qismən- 29119.34 manat maddi ziyan hissəsində etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Cavabdeh 29119.34 (iyirmi doqquz min yüz on doqquz manat, otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 207.36 (iki yüz yeddi manat, otuz altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 29119.34 (iyirmi doqquz min yüz on doqquz manat, otuz dörd qəpik) manat məbləğində pul və ödənilmiş 207.36 (iki yüz yeddi manat, otuz altı qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1158/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1158/2022
14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver