Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1163/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı1, onun və eləcə də, digər iddiaçı, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1, X17, Cavabdeh3 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti və 42 saylı MKİS-nə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin iddia tələbi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından mühafizə Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilmişdir və xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur. İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Belə ki, qeyd edilmiş qonşular mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum ediliblər. Həmin binanın ümumi istifadədə olan sahələri cavabdeh tərəfindən zəbt olunmuşdur (mənzillərarası pilləkən meydançası, pilləkənlər, şaxtalar, dəhliz, çardaq, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, saııitar-texniki və digər avadanlıqlar). Cavabdeh həmin sahələri bağlayıb və kilidləmişdir. Buna görə də həmin ərazilərə daxil olmaq belə mümkün deyildir. Yaşayış üçün nəzərdə tutulmayan həmin sahələrdə cavabdeh yanğın təhlükəsizliyi qaydaları əleyhinə qurğu və avadanlıqlar quraşdırmış, yaşayış məqsədlərinə cavab verməyən həmin sahəni yaşayış məqsədləri üçün istifadə edir. Nəticədə, ümumi istifadədə olan binanın həmin sahələrindən nəinki ümumi şəkildə istifadə etmək, həmin bağlı sahələrə daxil olmaq belə mümkün deyildir. Ən əsası budur ki, cavabdehin bu hərəkətləri iddiaçıların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaradır. Belə ki, cavabdehin qeyd edilmiş hərəkətləri nəticəsində iddiaçıların mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr vardır. Cavabdeh zəbt etdiyi sahələrdə həmin sahələr üçün nəzərdə tutulmayan su xətləri çəkib. Həmin xətlərin çəkilməsi binanın konstruksiyasına uyğun olmadığına görə iddiaçıların mənzillərinə daima su sızır. İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşmüşdür. Su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşmüşdür. Su sızmasına görə qopub tökülən təmir-tikinti materialları adi yaşayış imkanlarını məhdudlaşdırır. Nəticədə İddiaçı1 təmirli mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq cavabdeh binadan qanunsuz istifadəni davam etdirir. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqunna və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmaq Cavabdeh1 qadağan edilməsi; Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılması, həmin sahələrin iddiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarıın təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin Cavabdeh1 həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman ilkin iddia üzrə iddiaçılar ilkin iddia ərizəsinə dəyişiklik edərək təqdim edərək, cavabdehlər: Cavabdeh1, Cavabdeh3 və X17 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdə, binanın çardağında və digər sahələrində aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi; yuxarıda qeyd edilmiş və binanın konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X17 tərəfindən M.İbrahimov küçəsi, 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə açılmış girişçıxış sahəsi bağlanılması, bununla bağlı aparılmış tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işləri qanunsuz hesab edilməsi və sökülməsi; cavabdehlər tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və iddiaçıların mənzillərinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi; İddiaçı1 dəymiş mənəvi ziyana görə 10.000, maddi ziyana görə 10.000 manat, cəmi 20.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrdən, binanın çardağından və digər sahələrindən istifadə etmək, həmin əraziyə daxil olmağın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X13 qadağan edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X17 Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evdən, həmin evin mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər sahələrindən çıxarılsınlar, həmin sahələr idiaçıların istifadəsinə verilməsi, iddiaçıların həmin sahələrdən sərbəst istifadə etmək imkanlarının təmin edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və digər ümumi istifadə üçün nəzərdə tutulan sahələrindən istifadə etmələrinə imkan verməyən maneələrin aradan qaldırılması, orada qanunsuz inşa edilmiş tikinti, qurğuların, qapıların sökülməsi, bağlı kilidlərin açılması, cavabdeh tərəfindən həmin əraziyə qanunsuz yerləşdirilmiş əşya və qurğuların çıxarılması, həmin sahənin iddiaçıların sərbəst istifadəsinə təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh3, X17, Cavabdeh1 əğluna həvalə edilməsi; iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 5 saylı evin mənzil mülkiyyətçilərin ümumi istifadəsində olan sahələrindən, binanın çardağından və ümumi istifadə üçün nəzərdə tutulmuş digər sahələrindən istifadə etmələrinə maneəçilik törətmək cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsinə dəyişiklik onunla əsaslandırılmışdır ki, üçüncü şəxs 42 saylı MKİS-dən daxil olan məlumatlara əsasən M.İbrahimov küçəsi 5 saylı binanın ümumi istifadə sahəsi olan İ.Səfərli küçəsi, 12/123 saylı binanın çardağ hissəsinə giriş-çıxış mövcuddur. Həmin giriş-çıxış Cavabdeh3 və X9 istifadəsindədir. Həmin giriş-çıxış texniki pasportda öz əksini tapmamışdır. M.İbrahimov küçəsi 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır. X1r. Buna görə də Cavabdeh3 və X9 cavabdehlər siyahısına daxil edilməsi zəruridir. Qaşrılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və maneənin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia ərizəsi ilə ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının çardağınm və digər ümumi istifadədə olan sahələrinin Cavabdeh1 tərəfindən zəbt etməsini iddia etmişdir. Bununla yanaşı İddiaçı1 Cavabdeh1 hərəkətlərinin qanunsuz hesab edilməsi və ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin mübahisəli sahəyə yerində baxış keçirən zaman binanın həyətində yerləşən yanğın pilləkəninin üzərində qıfıl vurulduğunu aşkar etmək olar. Qeyd etmək lazımdır ki, həmin pilləkən yanğın çıxışı olmaqla yanaşı həm də binanın çardağına daxil olmaq üçün yeganə vasitədir. Sözügedən pilləkən İddiaçı1 və onunla birlikdə çoxmənzilli yaşayış binasının daxilində mehmanxana (otel) işlədən Soltan Mustafayev adlı şəxs tərəfindən zəbt edilərək qıfıllanmışdır. Beləliklə də İddiaçı1 və Mustafayev Soltan binanın yanğın pilləkənini öz şəxsi mülkü kimi yalnız otelin ehtiyacları üçün istifadə edirlər. Belə olan halda binanın dəhlizlərinin, çardağının və digər sahələrinin Cavabdeh1 tərəfindən zəbt edilməsindən söhbət belə gedə bilməz çünki həmin sahələrə giriş-çıxış ilkin iddia üzrə iddiaçı tərəfindən qanunsuz məhdudlaşdırılmışdır. Beləliklə də hesab edir ki, İddiaçı1 hərəkətləri qanunsuz hesab edilməli və Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə asılmış qıfıllar ləğv edilməlidir. Göstərilənlərə əsasən İddiaçı1 Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişini bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanmda yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinə əlavə təqdim edərək, cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vurulmuş mənəvi ziyana görə 5000 manat və cavabdeh İddiaçı1 vicdansızcasına əsassız iddia qaldırması nəticəsində vaxt itkisinə görə 10000 manat məbləğində kompensasiyanın iddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər tərəfindən təqdim edilmiş maddi sübutlarda və sənədlərdə hər hansısa hərəkətin Cavabdeh1 tərəfindən törədildiyi göstərilməmişdir. Bununla yanaşı, əksinə işin bir çox halları Cavabdeh1 həmin binaya heç bir aidiyyətinin olmadığına, hər hansı sahənin zəbt etmədiyinə və iddiaçılara qarşı hər hansı ziyan vurmadığına dəlalət edir. İş materiallarından göründüyü kimi Cavabdeh1 qarşı iddia tələbi bütövlükdə fərziyyələrə əsaslanır, heç bir maddi sübutla təsdiq olunmur, iddia olunan hüquqi nəticələrlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli-əlaqə sübuta yetirilməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh1 cavabdehlər sırasından çıxarmamış və ona qarşı iddia tələbləri irəli sürməyə davam etməkdədir. Beləliklə də hesab edirlər ki, İddiaçı1 vicdansızcasına əsassız iddia verməsinə dair hərəkətləri Cavabdeh1 iş vaxtının itirilməsi və mənəvi iztirablar keçirməsi ilə nəticələndiyi üçün qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Eyni zamanda qaşrılıqlı iddia üzrə iddiaçı X17 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X9 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli sahəyə yerində baxış keçirən zaman binanın həyətində yerləşən yanğın pilləkəninin üzərində qıfıl vurulduğunu aşkar etmək olar. Qeyd etmək lazımdır ki, həmin pilləkən yanğın çıxışı olmaqla yanaşı həm də binanın çardağına daxil olmaq üçün yeganə vasitədir. Sözügedən pilləkən İddiaçı1 və X4 tərəfindən zəbt edilərək qıfıllanmışdır. Beləliklə də İddiaçı1 və X4 binanın yanğın pilləkənini, blokunu və çardağın giriş qapısını öz şəxsi mülkü kimi yalnız otellərinin ehtiyacları üçün istifadə edirlər. Belə olan halda binanın dəhlizlərinin, çardağının və digər sahələrinin Cavabdeh2 və ya digər şəxslər tərəfindən zəbt edilməsindən söhbət belə gedə bilməz, çünki həmin sahələrə giriş-çıxış ilkin iddia üzrə iddiaçı tərəfindən qanunsuz məhdudlaşdırılmışdır. Beləliklə də hesab edir ki, İddiaçı1 və X2 hərəkətləri qanunsuz hesab edilməli və ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin girişinə və həmin binanın çardağının qırış qapısına asılmış qıfıllar məcburi qaydada sındırılaraq qoyulmuş süni maneələr ləğv edilməlidir. İşə məhkəmədə baxılan zaman qarşılıqlı iddia üzrə iddiaçı X9 nümayəndəsi qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri M.İbahimov küçəsi, ev 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısının dəmir bağlamaqla zəbt etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi; ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətindəki yanğın pilləkənin, blokun və çardağın giriş qapısına asılmış qıfıl və kilidlərin məcburi qaydada sökülməsi və qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı1 və İddiaçı2 birgə qaydada tutularaq iddiaçı Cavabdeh2 barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizələrinə etiraz edərək bildirdi ki, qonşular mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum edilmişlər. Həmin binanın ümumi istifadədə olan sahələri cavabdeh tərəfindən zəbt olunmuşdur (mənzillərarası pilləkən meydançası, pilləkənlər, şaxtalar, dəhliz, çardaq, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıqlar). Cavabdehlər həmin sahələri bağlamış və kilidləmişdir. Buna görə də həmin ərazilərə daxil olmaq belə mümkün deyildir. Yaşayış üçün nəzərdə tutulmayan həmin sahələrdə cavabdehlər yanğın təhlükəsizliyi qaydaları əleyhinə qurğu və avadanlıqlar quraşdırmış, yaşayış məqsədlərinə cavab verməyən həmin sahəni yaşayış məqsədləri üçün istifadə edir. Nəticədə, ümumi istifadədə olan binanın həmin sahələrindən nəinki ümumi şəkildə istifadə etmək, həmin bağlı sahələrə daxil olmaq belə mümkün deyildir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirmək istəyir ki, onlar mübahisəli sahənin heç bir hissəsini zəbt etməmişlər. Qarşı tərəf iddia edir ki, onlar yanğın çıxışı üçün nəzərdə tutulmuş pilləkənkərə qıfıl vurmuşlar. Onların tərəfindən giriş-çıxış məhdudlaşdırılmamışdır. Lakin qarşı tərəf həm zirzəmini həm də çardağın 95 faizini zəbt etmişdir. Onlar qeyri-qanuni şəkildə qaz balonlarını mübahisəli sahəyə yerləşdirmişlər. Özləri üçün həmin sahədə kiçik köşklər tikmişlər və bu köşklər qarşı tərəfin istifadəsindədir. Qarşılıqlı iddia ərizələri tam olaraq əsassızdır. Qarşılıqlı iddiaların rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı1, onun və eləcə də, digər iddiaçı, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qarşılıqlı iddia tələblərinə isə etiraz edərək bildirdi ki, cavabdehlərin zəbt etdiyi sahələrdə həmin sahələr üçün nəzərdə tutulmayan su xətləri çəkilmişdir. Həmin xətlərin çəkilməsi binanın konstruksiyasına uyğun olmadığına görə iddiaçıların mənzillərinə daima su sızır. İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşmüşdür. Su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşmüşdür. Su sızmasına görə qopub tökülən təmir-tikinti materialları adi yaşayış imkanlarını məhdudlaşdırır. Nəticədə İddiaçı1 təmirli mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq cavabdehlər binadan qanunsuz istifadəni davam etdirlər. Qarşılıqlı iddia ərizələri isə əsassızdır. Belə ki, qarşı tərəflər hər prosesdə işə fərqli tərəflər cəlb edərək mülki işi uzadır. İddiaçı1 və İddiaçı2 tərəfindən çardağın heç bir hissəsi zəbt olunmamışdır. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizələrinin isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən həm ilk, həm də qarşılıqlı iddialar rədd olunmalıdırlar. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Yasamal rayon İcra Hakimiyyətinin İddiaçı1 ünvanladığı 28.11.2019-cu il tarixli məktubdan görünür ki, onun ünvan 6 ünvanda mənzilinin və digər sakinlərə məxsus mənzillərin çardaq hissəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi barədə İcra Hakimiyyətin ünvanladığı müraciətinə əsasən bildirilir ki, qaldırdığı məsələnin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həll edilməsi mümkün deyil. - Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Soltan Mirzəyevə ünvanladığı 24.06.2019-cu il tarixli məktubdan görünür ki, onun icarədarı olduğu ünvan 7 ünvanında yerləşən «Prestije» otelinin yerləşdiyi 2 mərtəbəli binanın dam örtüyündə yanğın təhlükəsizliyinin pozulması ilə əlaqədar ərizəsində qeyd edilmiş məsələlər yerində keçirilmiş yanğın texniki müayinə nəticəsində öz təsdiqini tapmış və aşkarlanmış yanğına qarşı nöqsanların aradan qaldırılması üçün Yasamal rayon İcra Hakimiyyətinə rəsmi məktub göndərilmişdir. - Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı 24.06.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən «Prestije» otelinin yerləşdiyi 2 mərtəbəli binanın dam örtüyündə yanğın təhlükəsizliyi ilə bağlı müayinə zamanı binanın dam hissəsindən yşayış sahəsi kimi istifadə olunduğu, sakinlər tərəfindən yanar əşyaların yığıldığı elektrik təsərrüfatının quraqdırıldığı, yanar taxta konstruksiyaların odadavamlı məhlulla hopdrulmadığı və küçədə avtomobillərn düzgün park edilməməsi nəticəsində yanğın avtomobillərinin sərbəst hərəkətinə maneələr yarandığı müəyyən olunmuşdur. Toxunulan məsələnin ciddiliyi nəzərə alınaraq «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qannun 5–ci maddəsi və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.9-cu bəndi ilə üzərlərinə qoyulmuş vəzifələrin icrası olaraq ünvan 7 ünvanında yerləşən yaşayış binasının yanğın təhlukəsizliyinin təmin edilməsi sahəsində mövcud pozuntuların qısa müddətdə aradan qalrdırılması istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, ünvan 616.08.2018-ci il tarixdən İddiaçı1 adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 313582 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5 m.4 İddiaçı2 adına 09.04.2020-ci il tarixdən qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5 m. 4 İddiaçı2 adına 05.10.2002-ci il tarixdən ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - «X12»nin 15.02.2021-ci il tarixli 63 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, «İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un, SNiP 2.08.01, SNiP 31-02, SNiP 31-01 2003 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1 və 35.4-cü maddələrinin tələblərinə görə binanın çardaq sahəsi sakinlərin ümumi mülkiyyətinin bir hissəsidir. Buna görə mövcud qanunvericilik aktının tələblərinə uyğun olaraq çardağı bağlamaq üçün sahiblərin ümumi yığıncağından icazə alınmalıdır. Yaşayış binasının çardaq sahəsinin bir hissəsinə qoşulmaq istəyən şəxs tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq aşağıda qeyd olunan ardıcıl sənədləşmə işini aparmalıdır.
1. Çardağın çevrilməsinin texniki cəhətdən mümkünlüyü və yaşayış sahəsi kimi sonrakı istismarı ilə bağlı təsdiq almaq;
2. Binanın sakinləri ilə razılaşaraq çardaq sahəsinin bir hissəsinə mülkiyyət hüququ vermək;
3. Çardağın yenidən qurulması üzərində iş aparmaq üçün icazə almaq;
4. Yenidənqurma işləri aparmaq;
5. Çardağın istifadəyə verilməsi üçün icazə almaq;
6. Yaranan yaşayış və ya qeyri yaşayış sahəsini rəsmi olaraq qeydiyyata almaq. Texniki mərtəbə və oradakı avadanlıq binanın bütün sakinlərinin kollektiv mülkiyyətidir. Mənzil bürosu və ya digər xidmət təşkilatı buna giriş hüququna malikdir. Funksional texniki mərtəbə mənzil sahiblərində birinin mülkiyyətinə tam ötürülə bilməz. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən çardaq mərtəbəsi təyinatı üzrə həmin binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Tikinti Norma və Qaydalarının tələblərinə əsasən sözügedən çardaq mərtəbəsi (Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən mərtəbə) binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan sahə hesab olunur. Həmin sahə binanın mülkiyyətçilərinin daxil olması və həmin sahədən sərbəst istifadəsi, eləcə də həmin sahənin təhlükəsiz istismarı hər hansı yolla (sahənin bağlanması, kilidlənməsi, əlavə tikinti işlərinin aparılması və s. üsullarla) məhdudlaşdırıla bilməz. Lakin sözügedən çardaq mərtəbəsi metal barmaqlıqlarla bağlanmış, sakinlərin giriş çıxışı məhdudlaşdırılmışdır. Mübahisəli çardaq mərtəbəsində (Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin üzərində yerləşən hissəsində) aparılmış, təmir-tikinti, quraşdırma və sair işlər FHN-nin X19 Xidməti tərəfindən tərtib edilmiş 37/M-00371 saylı 24.06.2019-cu il tarixli məktubunda qeyd olunanlara, eləcə də “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 160 nömrəli Qərarına və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü və 35.1-ci maddələrinin tələblərinə uyğun deyildir. O cümlədən çardaq mərtəbəsinin bağlanması Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, ev 5, 10/11 nömrəli mənzilin quruluşuna (strukturuna) texniki cəhətdən təsir edir. Gələcəkdə ev 5, 10/11 nömrəli mənzilin yanğın təhlükəsizlik istismarına, su sızma təhlükəsi, atmosfer yağıntılarından mühafizə və s. bu kimi hadisələrin baş verməməsi və ya qarşısının alınması üçün maneəçilik yaradır. - Yasamal rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 11.06.2021-ci il və 01.07.2021-ci il tarixli məktublarından görünür ki, ünvan 10 ünvanda evin dam hissəsində tikintiyə icazə verilməsinə dair sərəncam İcra Hakimiyyətində müəyyən edilməmişdir. - Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin 18.06.2019-cu il tarixli aktından görünür ki, ünvan 7 ünvanında yerləşən «Prestije» otelinin direktoru ilə birlikdə şikayət olunan ünvanda aşkar edilmişdir ki, bina 2 mərtəbəlidir, İ mərtəbədə yaşayış mənzilləri, İİ mərtəbə otel kimi istifadə olunur. Otel yerləşən binanın mansar hissəsi X17 tərəfindən yaşayış kimi istifadə olunur. Mansara baxış zamanı məlum oldu ki, mansarın yarı hissəsi təmir olunub və taxta konstruktsiya ilə üzlənmişdir. Mansarın təmir olunan hissəsində elektrik təsərrüfatı mövcuddur. Mansarın yaşayış kimi istifadə olunmasına dair heç bir sənəd təqdim olunmadı. Mansard sahənin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. Mansardın təmir olunmayan hissəsində taxta və digər artıq əşyalar yığılmışdır. - 42 saylı MKİS-nin 14.09.2021-ci il tarixli 347 saylı arayışından görünür ki, Cavabdeh3 M.İbrahimov küç. 5 saylı evdə mənzil adınadır, lakin qeydiyyata düşməyib. Bu ünvanda yaşayır. - 42 saylı MKİS-nin 14.09.2021-ci il tarixli 348 saylı arayışından görünür ki, X17 M.İbrahimov küç. 5 saylı evdə qeydiyyatsız yaşayır. - 42 saylı MKİS-nin 24.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 11 ünvanında sahə mülkiyyətçisi olan “MƏCLİS” X3 digər mülkiyyətçilərlə birlikdə binanın çardaq hissəsindən istifadə edir. Müəssisənin qanuni təmsilçisi X15 həmin sahədən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçisinin (hüquqi şəxsin) nümayəndəsi olaraq, qanunvericiliyin tələbləri çərçivəsində ümumi əsaslarla istifadə edir. Bakı şəhəri, M.İbrahimov küçəsi ev 5 ünvanında yerləşən binanın həyətindəki pilləkəndən (blokdan) və çardağın əsas giriş qapısından İddiaçı2 Abdulrəhman qızı və İddiaçı1 istifadə edir. Hazırda sözügedən pilləkəndən (blokdan) və çardağın əsas giriş qapısından digər şəxslərin istifadəsi İddiaçı2 Abdulrəhman qızı tərəfindən quraşdırılmış dəmir barmaqlar və dəmir qapı vasitəsi ilə məhdudlaşdırılıb. İddiaçı2 Abdulrəhman qızı ünvan 12 ünvanında qeydiyyatdadır, lakin həmin mənzildə yaşamır. İddiaçı1 ünvan 11, mənzil qeydiyyatda olubolmaması, eləcə də faktiki olaraq yaşayıb-yaşamaması haqqında 42 Sayl MKİS-də məlumat mövcud deyil. - 42 saylı MKİS-nin məhkəməyə ünvanladığı 22.06.2021-ci il tarixli 29 saylı məktubundan görünür ki, ünvan 10 Cavabdeh1 adına heç bir mülkiyyət yoxdur. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki pasportu Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov (keçmiş M.Qorki) küçəsi 5 saylı binanın zirzəmidə yerləşən sahə mülkiyyətçi və icarədar təşkilatçı X6 Mərkəzi «Məclis» Assosiasiyasına məxsusdur. Bina 1912-ci ildə tikilib istifadəyə verilmişdir. X6 Mərkəzi «Məclis» Assosiasiyasına Dövlət Əmlak Komitəsinin 14 mart 1997-ci il tarixli 41 saylı əmri ilə texniki pasport təsdiq edilmişdir. Həmin zirzəminin 97,52 kv.m, əsas sahə, köməkçi sahə isə 63,0 kv.m. ümumi sahə 160,52 kv.m-dir. - 42 saylı MKİS-nin 23.06.2021-ci il tarixli aktından görünür ki, ünvan 7 saylı binanın çardağ hissəsi ümumi istifadədir, hazırda İddiaçı2, İddiaçı1, X17 və Cavabdeh3 tərəfindən istifadə olunur. Əvvəllər də həmin çardağ hissə binada yaşayan sakinərin istifadəsində olub. Binanın çardağ hissəsinə blokdan giriş İddiaçı2 məxsus olan mənzilin qapısındla olan dəşlizdəndir. Həmin giriş qapısı qıfıl ilə bağlıdır və hazırda İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə olunur. Digər qonşular M.İbrahimov küç 5 saylı binanın sardığ hissəsində daxil olmaq üçün İ.Səfərli 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndan və həmin binanın çardağından istifadə edirlər. Həmin giriş dəmir qapıdan ibarətdir və açarla açılır. Cavabdeh3 və Mirzəzadə Ayaz tərəfindən istifadə olunur. Orada onlara məxsus əşyalar vardır. Binanın çardağının bir hissəsi dəmir barmaqlıq ilə ayrılmışdır. Həmin ərazi çardağın giriş qapısının qarşısındadır və orada İddiaçı2 və İddiaçı1 məxsus əşyalar yerləşdirilmişdir. 5 saylı ünvanda X10 adına heç bir qeyri-yaşayış sahəsi və mənzil yoxdur. - 42 saylı MKİS-nin 30.06.2021-ci il tarixli 32 saylı cavab məktubundan görünür ki, ünvan 10 binanın çardağı İddiaçı1 xüsusi dam örtüyü deyil, sakinlərin ümumi istifadəsində olan dam örtüyüdür. Binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur. Çardağa əsas giriş İddiaçı2 Abdulrəhman qızına məxsus mənziin girişi ilə eynidir. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişinə məhdudiyyət qoyulub, yəni, dəmir barmaqlıqla arakəsmə var. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən girişçıxış üçün Cavabdeh3 və Mirzəzadə Ayaz Kamal oğlu istifadə edir. İ.Səfərli 12/123 saylı binanın çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır. 5 saylı binanın İ mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır, ancaq X16 Kamal oğludur, qeydyyat vəsiqəsi təzə şəxsiyyət vəsiqəsi olduğuna gbrə qeyiyyat görsənmir. Əlavə girişdən Cavabdeh3 və Mirzəzadə Ayaz Kamal oğlu istifadə edir. - 42 saylı MKİS-nin 28.06.2021-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. 5 saylı binanın çardaq hissəsi qonşuların istifadəsindədir, hazırda İddiaçı2, İddiaçı1, X17 və Cavabdeh3 tərəfindən istifadə olunur. Əvvəllər də həmin çardağ hissə binada yaşayan sakinərin istifadəsində olub. Həmin çardağa əsas giriş İddiaçı2 və İddiaçı1 tərəfdəndir. Çardağa giriş hissə İddiaçı2 Abdurəhman qızının mənzilinin girişi ilə eynidir. Həmin girişdən yəni, çardığın girişinin bir hissəsinə dəmir barmaqlıqlarla məhduyyətlər qoyulmuşdur. Yəni, 15,0 kv.m sahəyə İddiaçı2 və İddiaçı1 artıq istifadə olunmayın əşyaların yığıblar. Çardağın qalan hissəsindən Cavabdeh3 və Mirzəzadə Ayaz istifadə edirlər. Həmin çardağın bir hissəsinə daxil olmaq üçün İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən çardağın giriş-çıxışı üçün istifadə edilrlər. 5 saylı ünvanda X10 adına heç bir qeyri-yaşayış sahəsi və mənzil yoxdur. - 42 saylı MKİS-nin 27.06.2021-ci il tarixli 31 saylı cavab məktubundan görünür ki, M.İbrahimov küç. 5 saylı ünvanda çardağla əlaqədar İddiaçı1 tərəfindən FHN-nin və Yasamal rayonu, İcra Hakimiyyətinə bir neçə il bundan əvvəl şikayət daxil olmuşdur. Həmin sözügedən təşkilatlarla bərabər 5 saylı ünvana dəfələrlə baxış keçirmişlər. Məlum olmuşdur ki, X17 çardağda dam örtüyünün bir hissəsini qaldırmaq məqsədi ilə tikinti işəri aparmışdır. Tərəflərindən tikinti aşkarlanmış və sökülərək əvvəlki vəziyyətinə qaytarılmışdır. 5 saylı ünvanın çardığı ilə əlaqədar MKİS-yə heç bir yazılı məlumat daxil olmamışdır. - 42 saylı MKİS-nin məhkəməyə ünvanladığı 23.06.2021-ci il tarixli 30 saylı məktubundan görünür ki, M.İbrahimov küç. (keçmiş M.Qorki) küçəsi 5 saylı binada yaşayan İddiaçı1 və X18 tərəfindən evin dam hissəsində giriş-çıxışa maneə yaradılması haqqında 42 saylı MKİS-də heç bir yazılı müracət olunmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 10 bina 1912-ci ildə tikilib istifadəyə verilmişdir. bina 2 mərtəbəlidir, İ mərtəbədə yaşayış mənzilləri, İİ mərtəbə otel kimi istifadə olunur. İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil icarə hüququ əsasında Soltan Mustafayevə verilmişdir və xarici qonaqların qarşılanması və müvəqqəti yerləşdirilməsi üçün istifadə olunur.( «Prestije» otel) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5 m. 4 İddiaçı2 adına qeydiyyatdan keçməklə mülkiyyətidir. Qeydiyyatda olsa da, lakin həmin mənzildə yaşamır. 5 saylı binanın İ mərtəbəsində yerləşən mənzil Cavabdeh3 adınadır və orada X16 Kamal oğludur. Həmçinin müəyyən edilmişdir ki, ünvan 11 ünvanında yerləşən binanın çardağına həyətindəki pilləkəndən (blokdan) və İ.Səfərli 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndan daxil olmaq olur. Lakin İ.Səfərli küçəsi 12/123 saylı binadan çardağ hissəsinə giriş texniki pasportda öz əksini tapmamışdır. Təqdim edilmiş sənədlərə əsasən daha sonra müəyyən edilmişdir ki, binanın ümumi istifadə sahəsi olan çardağın 15,0 kv.m sahəsi İddiaçı1 və İddiaçı2 Abdulrəhman qızının istifadəsindədir. İddiaçı1 ona məxsus olan mənzilin dam örtüyünə dəmir barmaqlıqlarla məhdudiyyətlər qoyulmuşdur. Çaradağa əsas giriş iş üzrə digər iddiaçı olan İddiaçı2 Abdulrəhman qızına məxsus mənziin girişi ilə eynidir. 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İddiaçı2 Abdulrəhman qızının girişindən məhdudiyyət qoyulub, yəni, dəmir barmaqlıqla arakəsmə var. Onlar çardağın qeyd edilən hissəsinə artıq istifadə olunmayın əşyalarını yığıblar. Çardağın qalan hissəsindən Cavabdeh3 və Mirzəzadə Ayaz istifadə edirlər. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, “MƏCLİS” X3 digər mülkiyyətçilərlə birlikdə binanın ünvan 11 ünvanında çardaq hissəsindən istifadə edir. Müəssisənin qanuni təmsilçisi X8r. X17 çardağda dam örtüyünün bir hissəsini qaldırmaq məqsədi ilə tikinti işləri aparsa da, sonradan bu 42 saylı MKİS tərəfindən aşkar edilərək tikililər sökülərək əvvəlki vəziyyətinə qaytarılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5-in çardağından binada yaşayan, hazırki iş üzrə tərəf olan şəxslər bu və ya digər formada istifadə edirlər. İlkin iddia üzrə iddiaçılar mülkiyyətlərində olan binanın ümumi sahələlərindən istifadə etmək imkanlarından məhrum edilməsini göstərsələr də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, binanın çardağ hissəsinə blokdan giriş İddiaçı2 məxsus olan mənzilin qapısında olan dəhlizdən olmaqla, iddiaçılar çardığın əsas giriş qapısından (blokdan) daxil olmaqla çardağın 15,0 kv.m hissəsindən istifadə edirlər. Beləliklə də, məhkəmə hesab edir ki, ilkin iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5-in çardağından istifadə etmələrinə dair məhduddiyyətlər yaradılmasına dair tələbləri əsassızdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçılar cavabdehlərin binanın çardağından bu və ya digər formada istifadələri zamanı onların mülkiyyətində olan mənzillər üçün real dağıntı təhlükəsi yaranmasına dair dəlilləri də əsaslı sayıla bilməz. Belə ki, iddiaçılar mənzilləri üçün daima yanğın, su sızması və nəticədə mənzillərin dağıdılması ilə nəticələnən tavanın uçması və s. əmlak ziyanı ilə nəticələnə bilən təhlükələr yarana bilməsi, eləcə də, İddiaçı1 mülkiyyətində olan mənzilin tavanı həmin su sızmaları nəticəsində bərbad vəziyyətə düşməsi, su sızma nəticəsində yüksək səviyyədə təmir edilmiş mənzilin su sızmaya məruz qalan otaqları tamamilə yararsız vəziyyətə düşməsi, nəticədə İddiaçı1 təmirli mənzilinə xeyli miqdarda ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübutlar təqdim etməmişlər. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küç. ev 5-in çardağında qanunsuz tikinti işləri aparılmasına dair dəlilləri də 42 saylı MKİS-nin iş materiallarında olan arayışının məzmunu ilə təkzib edilir. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin 5 saylı ünvanda X10 adına heç bir qeyri-yaşayış sahəsi və mənzilin olmamasını da qeyd edir. Qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlərdən 10000 manat maddi ziyan tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Çünki, əsas tələb vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmaqla, həmin hissədə iddia tələbi rədd edildiyindən, əlavə tələb kimi çıxış edən vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir. Məhkəmə ilk iddia tələblərinə ümumilikdə qiymət verərək tələblərin əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh1 iddia tələblərinə qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin materiallarından da görünür və Cavabdeh1 da iddiasında etiraf edir ki, Yasamal rayonu, M.İbrahimov küçəsi, 5 saylı binaya heç bir aidiyyəti olmamışdır. Belə olan halda onun hazırki iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiasının subyektiv hüququ olmadan iddia qaldırdığı üçün rədd edilməsi nəticəsinə gələrkən həmçinin qeyd etməyi zəruri sayır ki, ona qarşı ilk iddia tələbi bütövlükdə fərziyyələrə əsaslanmaqla, heç bir maddi sübutla təsdiq olunmasa da, iddia olunan hüquqi nəticələrlə onun hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli-əlaqə sübuta yetirilməsə də, bu hal İddiaçı1 vicdansızcasına əsassız iddia verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə Mirzəzadə Ayaz Kamal oğlunun qarşılıqlı iddiasına hüquqi qiymət verərək bu iddianın da dəlillərinin əsassız olması qənatinə gəlir. Belə ki, o, iddiasında İddiaçı1 və X2 binanın yanğın pilləkənini, blokunu və çardağın giriş qapısını öz şəxsi mülkü kimi yalnız otellərinin ehtiyacları üçün istifadə etmələrini göstərməklə onun həmin sahələrə giriş-çıxının qanunsuz olaraq məhdudlaşdırılmasını iddia etsə də, işin materiallarında olan 42 saylı MKİS-nin məktub və aktlarından aydın olur ki, 5 saylı binanın ümumi istifadə sahəsi olan çardağına İ.Səfərli küçəsi 12/123 saylı binanın həyətində quraşdırılmış pilləkəndən giriş-çıxış üçün Cavabdeh3 və Mirzəzadə Ayaz Kamal oğlu istifadə edir. Bunula da məhkəmə o qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə idiaçının onun istifadəsində olan çardağın digər hissəsinə sərbəst şəkildə giriş-çıxışı olduğundan, iddiaçılar tərəfindən çardağın məhz onların istifadələrində olan hissəsinə giriş olan tərəfdən qapısının bağlanılması, qarşılıqlı iddia üzrə iddiaçının maraqlarına toxunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından X17 öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hüquqlarının pozulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1, X17, Cavabdeh3 və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti və 42 saylı MKİS-nə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X13 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Axundov