Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-117/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə cavabdeh Vəkil məxsus Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması ilə bağlı sifarişi əsasında hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan, X11, X9, X10 müştərək qaydada cəmi 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə alınaraq "xxxx" QSC-nə verilməlidir. Tələb ona məxsus Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinə, ona məxsus Xaçmaz Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X1 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2a nörməli fərdi yaşayış evinə və X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksinə yönəldilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə cavabdeh olaraq ona göstərilən icra sənədi barədə heç bir məlumat vermədən evin açıq hərracda satılması ilə bağlı sifariş vermişdir. İcra sənədində göstərilən bütün əmlaklar hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən "xxxx" QSCnin mülkiyyətinə keçmişdir. Mübahisəli əmlaklar xüsusi mülkiyyət hüququ üzrə "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilən əmlakların Hərrac vasitəsi ilə satılaraq “ACCESBANK “QSC-nin mülkiyyətinə keçməsi barədə məlumatı Xaçmaz rayon icra və probasiya şöbəsinin məcburi icra tədbiri barədə göndərdiyi 2023-cü il tarixli bildirişindən sonra olmuşdur. Bundan sonra o xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsindən hazırda mübahisələndirdiyi hərrac protokolunun surətini aldı. Hesab eldir ki, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protoklu etibarsız hesab edilməlidir. Göstərilən İcra sənədinin icrası ilə bağlı icra işinin materialları ilə tanış olarkən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, bu neçə müddət ərzində cavabdeh kimi ona icra vərəqəsində göstərilən əmlakların hərracda satılması və "xxxx" QSC-nin mülkiyyətinə keçməsi barədə heç bir məlumat verilməmişdir. Halbu ki, “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 8.2– ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ona icraata başlanılma haqqında qərar çatdırılmamışdır. İcra məmuru könüllü icra üçün müəyyən edilmiş vaxtı gözləmədən mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün “Cavabdeh2 MMC-yə sifariş vermişdir. İcra sənədləri, icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilərkən və əmlak açıq hərracda satılarkən o məlumatsız olmuşdur. Cavabdeh2 MMC etirazla məhkəməyə müraciət edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, hazırki etiraz mülahizələrinə əlavə edilən Xaçmaz rayon icra şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış **********2 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, tələbkar "xxxx" QSCnin xeyrinə ipoteka ile yüklü edilmiş, X3 mülkiyyətində olan, Xaşmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.l5687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keşirilmşsi 02 noyabr 2022-ci il tarixinə, saat 11:00 təyin edilmiş və bu barədə sifarişçi icra vərəqəsinə, tələbkar "xxxx" QSC-yə, o cümlədən borclular İddiaçı X5, X7 X13, X8 1998/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" X6 dərc olunmuş ve həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 02 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 02 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla, 22 noyabr 2022-ci il, saat 10:00 təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" intemet informasiya Ehtiyatrnda derc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracrn təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "Birjanyus" X6 və hərracın təşkilatçısının rəsmi intemet səhifesində də dərc olunmuşdur. Hazırkı etiraza əlavə edilən "tekrar herracın keçirilmesinə dair" xx.xx.2022-ci il tarixli, 2207/22 saylı bildirişin surətinden görünür ki, tekrar herrac barade tərəflərə müvafiq məlumat verilmişdir. Hazırki etiraza əlavə edilən “hərracın baş tutmamasına dair" 22 noyabr 2022-ci il tarixli protokolun suretindən görünür ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internetdə də yerləşdirilmişdir. Hazırki etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "ipoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X11, X9, X10 müştərək qaydada cəmi 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə alınaraq "xxxx" QSC-yə verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ile yüklü edilmiş, X3 mülkiyyətində olan Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) açıq hərracda satılmalıdır. Açıq Hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ilkin hərrac 02 noyabr 2022-ci il saat 11:00-da keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X6 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Xaçmaz rayon icra şöbəsi, İddiaçı, X9, X11, X14, X12 və Cavabdeh1 QSC-yə göndərilmişdir. Cavabdeh2 MMC-nin 02 noyabr 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, 02 noyabr 2022-ci il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 22 noyabr 2022-ci il saat 11:00-də keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X6 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Xaçmaz rayon icra şöbəsi, İddiaçı, X9, X11, X14, X12 və Cavabdeh1 QSC-yə göndərilmişdir. Hərracın baş tutmamasına dair 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 23 noyabr 2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) təkrar hərracdakı atış dəyərinin 25%-ndən az olmamaqla ipoteka saxlayan Cavabdeh1 QSC-yə təklif olunmuşdur. 08 dekabr 2022-ci il tarixli açıq hərracın yekunları barədə 274/22 saylı protokoldan görünür ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) Cavabdeh1 QSC-yə satılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X11, X9, X10 müştərək qaydada cəmi 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə alınaraq "xxxx" QSC-yə verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ile yüklü edilmiş, X3 mülkiyyətində olan Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) açıq hərracda satılmalıdır. Açıq Hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ilkin hərrac 02 noyabr 2022-ci il saat 11:00-da keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X6 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Xaçmaz rayon icra şöbəsi, İddiaçı, X9, X11, X14, X12 və Cavabdeh1 QSC-yə göndərilmişdir. 02 noyabr 2022-ci il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, məktub Xaçmaz rayon icra şöbəsi, İddiaçı, X9, X11, X14, X12 və Cavabdeh1 QSC-yə göndərilmişdir. 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 23 noyabr 2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) təkrar hərracdakı satış dəyərinin 25%-dən az olmamaqla ipoteka saxlayan Cavabdeh1 QSC-yə təklif olunmuşdur. 08 dekabr 2022-ci il tarixli açıq hərracın yekunları barədə 274/22 saylı protokoldan görünür ki, müəssisə (istehsal sexi) Cavabdeh1 QSC-yə təklif olunan qiymətə satılmışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X4 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X6 (portalında) elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada tərəflərə təqdim olunması təsdiq edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-117/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-117/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver