Məhkəmə qərarları › İş №e-2(004)-1175/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1175/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1175/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixdə əldə etdiyi 22000 manat pul vəsaitinin və 156 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixdə əldə etdiyi 22000 manat pul vəsaitindən 15000 manatını ödədiyi üçün qalan 7000 manat pul vəsaitinin və 156 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ondan 22000 manat pul vəsaitini 1 ay müddətinə qaytarmaq şərti ilə borc almışdır. Lakin daha sonra cavabdeh maddi vəziyyəti ilə əlaqədar olaraq həmin vəsaiti qaytara bilməmiş, hər dəfəsində 3-5 günə qaytaracağını bildirsə də, borcun qaytarılmasını təmin etməmişdir. Cavabdeh “borcun etirafı” adı altında iddiaçı qarşısında xx.xx.2022-ci il tarixdə yazılı öhdəlik götürərək 22000 manat borcu xx.xx.2022-ci il tarixdə qaytaracağına söz vermişdir. Eləcə də, xx.xx.2022-ci il tarixdə qaytarmadığı halda hər gecikən gün üçün həmin məbləğin 1 faizi həcmində dəbbə pulu ödəməyi öhdəlik olaraq qəbul etdiyini bildirmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmişdir. Borc üzrə ödənişləri həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ona 22000 manat borcdan 15000 manat ödəmişdir. Lakin 7000 manat borcu hələdə qalır. Cavabdeh borcun etirafı ilə bağlı öhdəlik də yazmışdır. Həmin borcun etirafı barədə öhdəliyi məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı aldığı 22000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Cavabdeh imzası ilə təsdiq olunmuş “borcun etirafı” adlı qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı 22000 manat pul vəsaitini 1 aylıq müddətə qaytarmaq şərti ilə borc almışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin vəsaiti qaytara bilməmişdir. Əlavə olaraq söz vermişdir ki, borc məbləğini xx.xx.2022-ci il tarixədək qaytaracaq. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, “AsanPay” vasitəsi ilə 156 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbzdən görünür ki, 22000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz və “borcun etirafı” adlı qəbzlə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 22000 manat məbləğində pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş qəbzlə və “borcun etirafı” adlı qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 22000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı pulu ona geri qaytarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatda cavabdehin ondan aldığı 22000 manat borc puldan 15000 manat borcu qaytardığını etiraf etmiş və iddia tələbini qalan 7000 manat hissədə müdadiə etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 156 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (bir yüz əlli altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar