Məhkəmə qərarları › İş №e-2(004)-1192/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1192/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1192/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 qarşı (X12 və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh ünvan 1 qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 350 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 350 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və direktoru olduğu “İlahə-96“ X4 nizamnamə kapitalının 20 faiz pay hüququnu X7 faktiki olaraq ******* manata satılması barədə aralarında razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən Elnur Hüseynov ilkin olaraq 500 000 manatı əvvəlcədən, qalıq 500 000 manatı isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdü. Qeyd olunan razılaşma şahidlərin iştirakı ilə aparılmışdır. Elnur Hüseynov tərəfindən vəd edilən məbləğdən 126 manat nağd şəkildə, 90 000 manat isə 19 saylı notariat ofisində borc müqaviləsi əsasında ona verilmişdir. Borc müqaviləsinin bağlanmasına əsas səbəb isə həmin dövrdə müəsssisənin maliyyə problemləri olması və Elnur Hüseynovun yalan vədlərinə inanmağı olmuşdur. Bundan sonra xx.xx.2018-ci il tarixində “İlahə-96“ X4 nizamnamə kapitalının 20 faiz pay hüququnun alqı-satqısı aparılmış və müəssisənin nizamnaməsinə dəyişiklik edilərək müəssisənin nizamnamə kapitalının 20 faizi Elnur Hüseynovun adına rəsmiləşdirilmişdir. Elnur Hüseynovla müəssisənin nizamnamə kapitalının alqı-satqısı aparıldıqdan sonra o aralarında olan razılaşmada nəzərdə tutulmuş 784 000 manat məbləği ödəməkdən boyun qaçırmışdır. Hazırda qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna tərəfindən edilmiş şikayətlər əsasında araşdırma aparılır. Daha sonra, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə İddiaçı cavabdeh ünvan 1 qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, "xxxx" X3 aid payın 20%-ni hissə-hissə almağına dair xx.xx.2018, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə İddiaçı və pay sahibi olan övladları X10, X14, X11 ilə Bakı şəhəri 9 və 14 saylı notariat ofislərinin təsdiqi ilə alqı-satqı müqavilələri bağlamışlar. İddiaçı xx.xx.2018-ci il tarixdə ondan 90000 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc alaraq xx.xx.2020-ci il tarixdə borc verənə qaytarmağı öhdəsinə götürmüş, bununla bağlı Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X8 təsdiqi ilə aralarında borc müqaviləsi bağlanmışdır. 90000 manat pul borcu İddiaçı tərəfindən vaxtında ödənilmədiyindən həmin məbləğdə pul borcunun və ödənilmiş 25 manat dövlət rüsumunun cəmi 90025 manat pulun İddiaçı tutulması haqqında Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən xx.xx.2023-cü il tarixli, 350 nömrəli icra qeydi verilmişdir. Yəni İddiaçı şəxsi məqsədlə ondan aldığı 90000 manat pul borcunun "xxxx" X3 və ya həmin müəssisəyə aid hissə-hissə aldığı 20% paya heç bir aidiyyəti yoxdur. İddiaçı borc öhdəliyindən yayınmaq məqsədilə belə bir əsası olmayan yalana əl atmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Tərəflər arasında münasibətlər borc münasibətləri deyil, təsis payının alqı-satqısı münasibətləri olmuşdur. İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" X2 nizamnamə kapitalının 20 faiz pay hüququnun X7 faktiki olaraq 1000 000 manata satılması barədə Elnur Hüseynov ilə aralarında razılığa gəlmişlər. Borc müqaviləsinin tarixi ilə X6 təsis payını adına keçirməsi tarixi arasında 10-15 gün fərq olmuşdur. İlkin razılaşdırılmış məbləğ X12 tərəfindən verilə bilmədiyindən ilkin olaraq 90000 manat pul vəsaiti verilmiş və tərəflər bunu borc müqaviləsi kimi rəsmiləşdirmişlər. Bundan əlavə icra qeydinin aparılması barədə “Notariat haqqında” qanunun tələbləri pozulmuşdur. Belə ki, həmin qanuna əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Həmçinin qanunvericiliyin tələbinə əsasən bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İddiaçı barəsində icra qeydinin aparılacağına dair xəbərdarlıq edilməmişdir. İcra qeydinin aparılacağı ilə bağlı bildirişin formasını da məhkəməyə təqdim etmişlər. Həmin bildirişdə icra qeydinin aparılacağına dair xəbərdarlıq öz əksini tapmamışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı müəssisənin 40 faiz səhmini 8 manata digər bir şəxsə satmışdır. İddiaçının ona qeyri-rəsmi olaraq borcu daha çoxdur. Borcla bağlı onda olan rəsmi sənəd yalnız sözügedən müqavilədir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh ünvan 1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-350 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı X6 xeyrinə ödənilməmiş 90000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 90025 manat pul tutulmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, tərəflərindən borclu İddiaçı barəsində verilmiş xx.xx.2023cü il tarixli 350 nömrəli icra qeydinin ləğv edilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə icra qeydinin ləğv edilməsi ilə bağlı müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan X12 (borc verən) və İddiaçı (borc alan) arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 90000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir, borc alan isə krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İş materiallarında olan X12 tərəfindən İddiaçı (ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş məktubunun surətindən görünür ki, X12 (borc verən) və İddiaçı (borc alan) arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın aldığı 90000 manat məbləğində pulun qaytarılması tələb olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qaimədən görünür ki, X12 tərəfindən İddiaçı (ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş məktubu xx.xx.2023-cü il tarixdə çatdırılması üçün poçta təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, X1 Lalə Hüseynbala qızı ilə arasında bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuş 90000 manat məbləğində pul vəsaitini notariusun "xxxx" ASC-nin Dostluq filialında açılan depozit hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı X12 ilə aralarında bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuş 90000 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlmaq haqqında qərarına əsasən Bakı şəhəri 19 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-350 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh X12 arasında xx.xx.2018-ci il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən X12 tərəfindən iddiaçıya 90000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun X12 qarşısında borcu yaranmışdır. X12 isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, cavabdeh X12 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qaimədən də görünür ki, X12 tərəfindən İddiaçı (ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş məktubu xx.xx.2023-cü il tarixdə çatdırılması üçün poçta təhvil verilmişdir. Belə ki, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydinin verildiyi nəzərə alınsa, bu zaman sözügedən bildiriş məktubu qanunvericiliyin tələbinə əsasən ən geci xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim edilməli idi. Lakin bildiriş məktubunun həqiqətən də İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, qaimədə İddiaçı məxsus mobil nömrə (***-***-**-**) qeyd edilsə də, İddiaçı bildiriş barədə məlumatlandırılması üçün hər hansı bir tədbir görülməmişdir. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 8İ-350 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 8İ-350 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar