Məhkəmə qərarları › İş №e-2(004)-1213/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1213/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1213/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı “sərəncam və istifadəsində olan mənzilin tələb yönəldilən əmlakların siyahısından çıxarılması və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı məhkəməyə müraciət edərək “sərəncam və istifadəsində olan mənzilin tələb yönəldilən əmlakların siyahısından çıxarılması və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən borclu "xxxx" MMC-nin borcunun ödənilməsini təmin etmək məqsədilə sonuncunun əmlaklarının üzərinə həbs qoyulması üçün təqdimatla Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etməklə "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-426/2020 nömrəli qərardadı ilə sözügedən mənzilin üzərinə həbs qoyulmuşdur. Məhkəməyə təqdim edilən maliyyə arayışları və digər sübutlara əsasən müəyyən edilir ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə "xxxx" MMC-yə ödənildiyindən müvafiq mənzil iddiaçıya məxsusdur. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Sözügedən mənzilin üzərinə əsassız olaraq qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli 8(102)-4/2022 nömrəli qərardadının əsaslandırma hissəsində iddiaçıya müvafiq tələblə bağlı iddia icraatı qaydasında cavabdeh(lər)ə qarşı məhkəmədə iddia qaldırması zərurəti və hüquqi prosedurası izah olunmuşdur. İş materiallarında olan “İcraçı” Cavabdeh2 MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış Mənzil Tikintisinə və Satışına dair xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı mənzili “İcraçı” 24 ay ərzində tikərək “Sifarişçiyə” təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzili 1 kv.m. 670 ABŞ dolları olmaqla ümumi qiyməti 120.466 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı, 10 nömrəli mənzilə görə İddiaçı maliyyə borcu yoxdur. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin 54 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı, 10 nömrəli mənzil İddiaçı məxsusdur və o, öz ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, iddianın hüquqi və faktiki əsasları yuxarıda qeyd olunan hüquq normalarının dispozitiv şərtləri ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə iş materiallarına və sübutlara məcmu halında qiymət verərək müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı, 10 nömrəli mənzil İddiaçı məxsusdur. Sözügedən mənzil müqavilə əsasında digər mülki iş olan borclu Cavabdeh2 MMC ilə həmin iş üzrə tələbkar qimsində çıxış edən tələbkarlar arasında hüquq münasibətləri yaranmamışdan əvvəl xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən iddiaçıya satılmışdır və müvafiq maliyyə arayışlarına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə tam ödənilməklə şəxsiləşdirilmişdir. Belə ki, Yasamal rayon İcra Şöbəsinin səhv icra hərəkətləri nəticəsində üzərinə həbs qoyulmuş sözügedən daşınmaz əmlak digər mülki iş üzrə borclu Cavabdeh2 MMC-yə məxsus deyil, hazırki iş üzrə İddiaçı məxsusdur. Nəticədə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən mübahisə predmeti olan mənzil tələb yönəldilən əmlakların siyahısından çıxarmaqla mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Borclu Cavabdeh2 MMC-yə məxsus olmayan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı, 10 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi yolu ilə İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 cəlb edilməklə cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı “sərəncam və istifadəsində olan mənzilin tələb yönəldilən əmlakların siyahısından çıxarılması və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-426/2020 nömrəli qərardadı üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841/842, ev 5, 1-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 179,8 kv.m. olan 4 otaqlı, 10 nömrəli mənzil tələb yönəldilən əmlakların siyahısından çıxarılaraq üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar