Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-122/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məznil Tikinti Kooperativinin payçıları Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1ndən 280500 manat məbləğində pul vəsaitinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "xxxx" MTK-ya, X9, Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3 və X3 qarşı “pul” tələbinə dair iddia və iddia tələbinin artırılması barədə ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MTK-dan, X5, Cavabdeh2, Cavabdeh1ndən, Cavabdeh3 və X2 müştərək qaydada 280.500 manat məbləğində maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4671/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 12 sentyabr 2019-cu il tarixli, 2(004)-4474/2019 saylı saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində, İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4671/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışıdır. Qətnamələr qanuni qüvvəsini almış, icra vərəqəsi icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(004)-4474/2019 nömrəli icra sənədi əsasında “İcraata başlamaq haqqında” 06 fevral 2021-ci il tarixli qərarla iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu "xxxx" MTK-yə göndərilmişdir. “Tələbin könüllü icrası haqqında” xx.xx.2021-ci il tarixli bildirişin surəti xx.xx.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 3(004)- 984/2021 saylı qərarına əsasən "xxxx" MTK-nın rəhbəri Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. İcra işi zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın bank hesablarında pul vəsaiti yoxdur, mülkiyyətində daşınar və daşınmaz əmlaklar yoxdur. Bunlarla bağlı icra işində bütün məlumatlar vardır. Yasamal rayon icra şöbəsi tərəfindən icraata başlamaq haqqında 06 fevral 2021-ci il tarixli qərarin qəbul edilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədi icra edilməmiş, 280530 manat məbləğində pul İddiaçı ödəməmişdir, icra vərəqəsi mümkünsüz olmuşdur. Borclunun əmlak və gəlirləri yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi hazırda da qüvvədədir, həmin qətnamə ilə 280530 manat məbləğində pul İddiaçı ödənilməlidir "xxxx" Mənzil Tikinti Kooperativin adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Odur ki, hazırda iddia ərizəsi MTK-nın payçılarına qarşı qaldırılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4860/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin qismən təmin edilməsi, mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qərardadın ləğv edilərək, mülki işin baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6565/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməsi, ə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli qərardadın ləğv edilməsi və mülki işin baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İcra sənədinə əsasən, iddiaçının xeyrinə "xxxx" MTK-dan pul məbləğinin tutulması qət edilmişdir. Lakin uzun müddətdir ki, həmin məhkəmə qətnaməsi icra edilmir. İcra məmuru ifadəsində qətnamənin icrasız qaldığını təsdiq etmişdir. Belə ki, “Xəzri MTK”-ya məxsus hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Həmin icra sənədi üzrə icraata xitam verilməməsi iddianın rədd edilməsi üçün əsas deyil. Ali məhkəmənin də mövqeyinə əsasən, MTK-nın öhdəlikləri üçün cavabdehlik daşıması üçün əmlakı yoxdursa, həmin halda təsisçilər subsidiar məsuliyyət daşıyırlar. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçının nümayəndəsi və vəkilinin izahatı ilə razıdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. AR Mülki Məcəllənin 110-3.4-cü maddəsinə əsasan, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Zərər kooperativin fəaliyyəti nəticəsində yaranmamışdır. Kooperativin direktoru və direktorunun müavinin cinayət əməli nəticəsində vurulmuş ziyana görə kooperativin üzvləri məsuliyyət daşımamalıdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Cavabdeh1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MTK, X12, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Xəzri” MTK, X12, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh1ndən müştərək qaydada 280500 manat məbləğində maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsmumunun iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4671/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın Nizamnaməsindən görünür ki, Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları: X12 70 manat, 70 pay, pul şəklində, Cavabdeh2 70 manat, 70 pay, pul şəklində, Cavabdeh3 30 manat, 30 pay, pul şəklində, X8 30 manat, 30 pay, pul şəklində, Cavabdeh1 60 manat, 60 pay, pul şəklində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən kooperativin ilkin pay fondu 270 manat müəyyən edilmişdir və 270 paydan ibarətdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları: Cavabdeh2 140 manat, 140 pay, pul şəklində, Cavabdeh3 30 manat, 30 pay, pul şəklində, Cavabdeh4 30 manat, 30 pay, pul şəklində, Cavabdeh1 60 manat, 60 pay, pul şəklində, X6 10 manat pay, pul şəklində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı 571 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına köçürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər "xxxx" MTK, X12, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Xəzri” MTK, X12, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh1ndən müştərək qaydada 280500 manat məbləğində maddi ziyanın, 100000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsmumunun iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4671/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnaməyə icraya yönəldilsə də, icra olunmamışdır. Hazırda iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra olunmamasına istinad edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmalı olan 280500 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pulun "xxxx" MTK-nın payçıları olan Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək kooperativin üzvlərinin vəzifələrindən biridir. 110-3.3. Kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Göründüyü kimi mülki qanunvericilik kooperativ üzvlərinin onun öhdəliklərinə görə birgə subsidiar məsuliyyətini nəzərdə tutur və üzvlərin üzərinə əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra 2 ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək vəzifəsi qoyur. Qeyd olunmalıdır ki, subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə edilməli, məhkəmədə iddia qaldırılaraq borclunun vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətlər edilməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan şəxslərə qarşı irəli sürülə bilər. Hazırki iş üzrə də kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti, kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmadığı müəyyən edildikdə yaranır və Mülki Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, kooperativin öhdəliklərinə görə kooperativ özü və özünə məxsus əmlak ilə cavabdehlik daşıyır. Əgər kooperativin öhdəlikərinin silinməsi üçün kooperativin kifayət qədər vəsaiti yoxdursa, onda kooperativ üzvləri kooperativin öhdəlikləri üzrə subsidiar məsuliyyət daşıyırlar. Kooperativin üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün icraya yönəldilmiş qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra icraatına xitam verilməsi mütləq şərt deyil. Belə ki, məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müvafiq icra sənədini tələb etmiş, eyni zamanda icra sənədi icraatında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid məhkəmə iclasına çağırılaraq izahatı alınmışdır. Əvvəlki məhkəmə iclasında izahatı alınan Şahid izahatında bildirmişdir ki, tərəflərindən “Xəzri MTK”-nın mülkiyyətində olan əmlaklarla bağlı sorğular verilmişdir və məlum olmuşdur ki, “Xəzri MTK”-nın mülkiyyətində əmlak yoxdur. İcra sənədi onun icraatına yeni daxil olmuşdur. Tələbin yönəldilə biləcəyi əmlak yoxdursa, icra sənədi icra edilmədən məhkəməyə qaytarılır. Həmin qərarın qəbul edilməməsinin səbəbi budur ki, tələbkar həmin qərarla razı olmayacaq. Tələbkar bu barədə onlara müraciət etmişdir. Borclu inzibati məsuliyyətə cəlb olunduqdan sonra, cinayət işinin başlanması ilə bağlı təqdimat verəcəkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019 tarixli icra sənədi üzrə hüquqi şəxsin hazırki rəhbəri Cavabdeh2 barəsində 2 aydır ki, inzibati protokol tərtib edilmişdir. Hal-hazırda həmin icra sənədi üzrə borc ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işi materiallarından, eyni zamanda icra məmurunun məhkəmə iclasında verdiyi izahatından da bəlli olur ki, maddi zərərin əvəzi kimi 280500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi ilə bağlı tərəflərindən “Xəzri MTK”-nın mülkiyyətində olan əmlaklarla bağlı sorğular verilmişdir və məlum olmuşdur ki, “Xəzri MTK”-nın mülkiyyətində əmlak yoxdur . Belə olduğu təqdirdə real vəziyyət onu göstərir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi yekun qərarın qəbul edilməməsinə baxmayaraq, Xəzri MTK”nın mülkiyyətində əmlak yoxdur və belə olduğu təqdirdə tələbin yönəldilə biləcəyi əmlak yoxdursa, icra sənədi icra edilmədən məhkəməyə qaytarılacaqdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdeh olan Kooperativin üzvləri tərəfindən üzvü olduqları hüquqi şəxsin öhdəliyi icra etmək üçün vəsaitə malik olduğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübut etmə ilə bağlı müddəalarına müvafiq olaraq həmin halı sübut etmək yükü cavabdehlərin üzərinə qoyulmuşdur. Mövcud vəziyyətdə qanunun birbaşa göstərişinə əsasən Kooperitivin üzvlərinin əmələ gəlmiş zərəri növbəti illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək öhdəliyi yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Kooperativ üzvləri olan cavabdehlər Kooperativin məsuliyyətinə görə birgə məsuliyyət daşıdıqlarından İddiaçı “Xəzri MTK”-nın qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə onun qarşısında daşıdığı 280500 manat məbləğində öhdəliyinin icrasını onlardan tələb etməkdə haqlıdır və bu baxımdan 280500 (iki yüz səksən min beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 320 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 571 manat pul da tutularaq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 280500 (iki yüz səksən min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 571 (beş yüz yetmiş bir) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 280500 (iki yüz səksən min beş yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 571 (beş yüz yetmiş bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-122/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-122/2025
14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver