Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1238/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə X9 ödənilmiş 4.538 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilindən su axması nəticəsində zərər dəymişdir. “Grand Baku” qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 4.538,00 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 4.538,00 manat sığorta ödənişi X9 ödənilmişdir. MKİS tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, X2 sayğacındakı nasazlıq nəticəsində X7 mənzilinə su sızması nəticəsində zərər dəymişdir. İş üzrə məhkəmə baxışı zamanı məlum olmuşdur ki, cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında yerləşən su sayğacında yaranmış nasazlıq nəticəsində, su axıntısı baş vermiş və həmin ünvanda yerləşən 35 saylı mənzilin yuxarı hissəsində şaxtada beton örtüyün olması ilə su axıntısının qarşısı alınaraq sığortalı mənzilə zərər dəymişdir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsinə əsasən vurulmuş zərərin ödənilməsində X8 cavabdehlik daşıyır. Çünki, cavabdehəməxsus mənzilin şaxtasında yerləşən su sayğacın hansı qaydada istismar edilməsi məlum deyildir. Cavabdeh uzunmüddətli mənzilini tərk etdiyini bildiyi halda su sayğacının sazlığına nəzarət etməmişdir. Suölçən cihazın sazlığına X8 cavabdehlik daşıdığına görə, iddiaçı ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzili X5 məxsusdur. Hadisə baş verən vaxt cavabdeh evdə olmayıb, Gürcüstanda olmuşdur. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə su axması nəticəsində zərər dəyməsində, cavabdeh X3 təqsiri yoxdur. Çünki, cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması zamanı su axıntısı baş vermişdir. Sayğac plomblu olub, cavabdehin plomba müdaxilə etməyə ixtiyarı olmamışdır. X10 xx.xx.2018-ci il tarixdə saat 14:16:31-də cavabdehə zəng edib hadisə barədə məlumat vermişdir. Cavabdeh hazırda Gürcüstana olduğunu, xx.xx.2018-ci il tarixdə evinin açarlarını X9 göndərməyi və evinə baxış keçirilməsini təklif etmişdir. X4 bildirmişdir ki, narahat olmasın ciddi bir problem yoxdur, Bakıya qayıdanda danışarlar. Cavabdeh X8 xx.xx.2018-ci ildə ölkəyə qayıtmış, sərhədi keçən kimi saat 15:20:58-də X10 ilə telefonla danışmış və Bakıya çatanda dərhal “xxxx” ASC-yə məlumat vermiş və qəza xidmətinin əməkdaşlarını evinə dəvət etmişdir. Həmçinin saat 22:24:57-də yenidən X10 ilə telefonla danışmış və evinə dəvət etmişdir. X7, “xxxx” ASC-nin əməkdaşlarının, 24 nömrəli MKİS-in əməkdaşlarının iştirakı ilə cavabdeh X3 mənzilinə baxış keçirilmişdir. Cavabdeh X3 mənzilinin şaxtasında quraşdırılimış su sayğacının araqatındakı rezinin cırıldığı və bu səbəbdən şaxtaya su axmasının baş verməsi müəyyən edilmişdir. Sayğacın araqatı dəyişdirilmiş və yenidən plom vurularaq qəza aradan qaldırılmışdır. Bu halı “xxxx” ASC-nin verdiyi xx.xx.2018-ci il tarixli invoys təsdiq edir, invoysda su şəbəkə borusunun təmir olunduğu, sayğacın araqatı cırıldığı üçün su axıntısının baş verdiyi qeyd olunmuş və xx.xx.2018-ci il tarixdə saat 22:40-da təmirin başa çatdığı qeyd edilmişdir. Yəni, suyun axma səbəbi bəllidir. MKİS-nin mühəndisi də izahatında bildirmişdir ki, sığortalı Kamil Hüseynlinin mənzili ilə 4-cü mərtəbədəki mənzilin arasındakı şaxta bağlıdır. Bu səbəbdən 7-ci mərtəbədən axan su zirzəmiyə deyil, orada yığılaraq Kamil Hüseynlinin mənzilinə zərər vurmuşdur. “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsi isə X8 ilə “xxxx” ASC arasındakı münasibətləri tənzimləyir. Bu qaydaya əsasən X8 mənzildə quraşdırılmış suölçən cihazın işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına cavabdehlik daşıyır. X8 həmin qaydaların tələblərinə əməl etmiş, suölçən cihazı işlək vəziyyətdə saxlamış və üzərindəki plomblara toxunmamışdır. Əgər belə bir hal olsaydı “xxxx” ASC bu barədə müvafiq akt yazmaqla, cavabdehi cərimələyərdi. Sayğacın araqatındakı rezinin cırılması isə cavabdehin sayğaca müdaxiləsi nəticəsində deyil, baş vermiş qəza nəticəsində yaranmışdır. Bu isə cavabdehin iradəsindən asılı olmamışdır. Hesab edir ki, Kamil Hüseynlinin mənzilinə zərər vurulmasında X3 təqsiri yoxdur. Bu səbəbdən iddiaçı ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edə bilməz. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 24 nömrəli MKİS-də mühəndis işləyir. Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilin sahibi X7 müraciəti əsasında, onun mənzilinə baxış keçirmişlər. Müəyyən edilmişdir ki, mənzilin dəhliz hissəsinin tavan və döşəməsinə, sanitar qovşağına, mətbəxinə, yvataq otağına ciddi ziyan dəymişdi. Divarlardakı oboy kağızları saralmışdı. Mənzil normal təmirli idi. Cavabdeh X5 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 43 nömrəli mənzilin şaxtasında yerləşən su sayğacının araqatının cırılması nəticəsində saxtadan aşağı su axıntısı baş vermişdir. 4, 5 və 6-cı mərtəbədəki mənzillərə zərər dəyməmişdi, 3-cü mərtəbədəki mənzilə zərər dəymişdir. Çünki, 3-cü və 4-cü mərtəbənin arasındakı tavan hissəsində şaxta bağlı olmuşdur. Bu səbəbdən axan su zirzəmiyə deyil, mənzilin tavanına yığılmış və 35 nömrəli mənzilə zərər dəymişdir. “xxxx” ASC-nin əməkdaşları qəzanı aradan qaldırmaq üçün iş əmri ilə gəlmişdilər, onlar birlikdə araşdırıb qəzanın səbəbini müəyyən etmişlər və sayğacın araqatı dəyişdirilmişdir. Bundan sonra su sızmasının qarşısı alınmışdır. Mənzillərin şaxtaları açıq olmalıdır ki, su və ya kanalizasiya xətlərində bu cür qəzalar baş verdikdə, mənzillərə zərər dəyməsin, axaraq zirzəmiyə tökülsün. O, X7 mənzilinə baxış keçirəndən 2-3 gün sonra xx.xx.2018-ci il tarixdə bu barədə akt tərtib etmişdir. Cavabdehin mənzilindəki su sayğacı şaxtada ana xəttin üzərində yerləşir, sayğacdan sonrakı hissəyə mənzilin sahibi cavabdehlik daşıyır. MKİS-in əməkdaşları yalnız mənzil sahibləri dəvət etdikdə və ya şikayət olduqda gedib şaxtalara baxış keçirə bilirlər. Mənzildəki şaxtalar açıq olmalıdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzili xx.xx.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində şaxtaya su axması baş vermişdir. 3-cü və 4-cü mərtəbələr arasında şaxta bağlı olduğuna görə axan su mənzilin tavanına yığılmış və mənzilə zərər dəyməklə, sığorta hadisəsi baş vermişdir. X10 xx.xx.2018-ci il tarixdə saat 14:16:31-də cavabdehə zəng edib hadisə barədə məlumat vermişdir. Cavabdeh hazırda Gürcüstana olduğunu, xx.xx.2018-ci il tarixdə evinin açarlarını X9 göndərməyi və evinə baxış keçirilməsini təklif etmişdir. X4 bildirmişdir ki, narahat olmasın ciddi bir problem yoxdur, Bakıya qayıdanda danışarlar. Cavabdeh X8 xx.xx.2018-ci ildə ölkəyə qayıtmış, sərhədi keçən kimi saat 15:20:58-də X10 ilə telefonla danışmış və Bakıya çatanda dərhal “xxxx” ASC-yə məlumat vermiş və qəza xidmətinin əməkdaşlarını evinə dəvət etmişdir. Həmçinin saat 22:24:57-də yenidən X10 ilə telefonla danışmış və evinə dəvət etmişdir. X7, “xxxx” ASC-nin əməkdaşlarının, 24 nömrəli MKİS-in əməkdaşlarının iştirakı ilə xx.xx.2018-ci il tarixdə cavabdeh X3 mənzilinə baxış keçirilmişdir. Cavabdeh X3 mənzilinin şaxtasında quraşdırılimış su sayğacının araqatındakı rezinin cırıldığı və bu səbəbdən şaxtaya su axmasının baş verməsi müəyyən edilmişdir. Sayğacın araqatı dəyişdirilmiş və yenidən plomb vurularaq qəza aradan qaldırılmışdır. “xxxx” ASC-nin verdiyi xx.xx.2018-ci il tarixli invoysla təsdiq edilir ki, su şəbəkə borusu təmir olunmuşdur, sayğacın araqatı cırıldığı üçün su axıntısı baş vermişdir, xx.xx.2018-ci il tarixdə saat 22:40-da təmir başa çatmışdır. MKİS-nin mühəndisi də ifadəsində bildirmişdir ki, sığortalı Kamil Hüseynlinin mənzili ilə 4-cü mərtəbədəki mənzilin arasındakı şaxta bağlıdır. Bu səbəbdən 7-ci mərtəbədən axan su zirzəmiyə deyil, orada yığılaraq Kamil Hüseynlinin mənzilinə zərər vurmuşdur. Cavabdeh X5 məxsus Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 43 nömrəli mənzilinin şaxtasında quraşdırılmış su sayğacının araqatının cırılması nəticəsində su axıntısının baş verməsi zamanı “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə sığortalanmış X9 məxsus olan Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 70 nömrəli evin 35 nömrəli mənzilinə xx.xx.2018-ci il tarixdə zərər dəyməsi, zərərin X9 məxsus mənzilin tavanında şaxtanın bağlı olması səbəbindən suyun zirzəmiyə deyil, birbaşa onun mənzilinə zərər vurulmasına səbəb olması işin mübahisəsiz hallarıdır. Yəni, suyun axma səbəbi bəllidir. “Grand Baku” qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 4.538,00 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 4.538,00 manat sığorta ödənişi X9 ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, “Sudan istifadə Qaydaları”nın 6.4-cü maddəsi isə X8 ilə “xxxx” ASC arasındakı sudan istifadəyə dair yaranan münasibətləri tənzimləyir. Bu qaydaya əsasən X8 mənzilində quraşdırılmış suölçən cihazın işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına cavabdehlik daşıyır. X8 həmin qaydaların tələblərinə əməl etmiş, suölçən cihazı işlək vəziyyətdə saxlamış və üzərindəki plomblara toxunmamışdır. Əgər belə bir hal olsaydı “xxxx” ASC bu barədə müvafiq akt yazmaqla, sudan istifadə qaydalarının pozulmasına görə mvafiq akt tərtib edərdi. Sayğacın araqatındakı rezinin cırılması isə cavabdehin sayğaca müdaxiləsi nəticəsində deyil, baş vermiş qəza nəticəsində yaranmışdır. Bu isə cavabdehin iradəsindən asılı olmamışdır. Yəni, cavabdeh dilekt törətməmişdir. Kamil Hüseynlinin mənzilinə zərər vurulmasında X3 təqsiri yoxdur. Bu səbəbdən iddiaçı ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edə bilməz. “Sığorta haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə X9 ödənilmiş 4.538 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1238/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1238/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver