Məhkəmə qərarları › İş №e-2(004)-1317/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1317/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1317/2024 28.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38001 (otuz səkkiz min bir) manat pul, 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumu olamaqla ümumilikdə 38205 (otuz səkkiz min iki yüz beş) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sığortalı "xxxx" MMC-nin razı olması və İddiaçı ASC ərəfindən ona BB№499991 saylı xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1 ünvanında yerləşən "xxxx" mağazasına (daşınmaz əmlaka) 397 266 (üç yüz doxsan yeddi min iki yüz altmış altı) manat məbləğində yanğın, su basma və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus “METRO CİTY” adlı ticarət obyektində yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın nəticəsində sığorta predmeti "xxxx" mağazasına (daşınmaz əmlaka) zərər dəymişdir. AR FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli, 0098 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 16 oktyabr 2021- ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “METRO CİTY” adı altında fəaliyyət göstərən ticarət obyektinə girişdən irəlidə təxminən 21-22 metr məsafədə ikinci metal konstruksiyalardan quraşdırılmış hissədə tavana yaxın sahədə yanğın baş vermişdir. Baş vermiş yanğın hadisəsinə səbəb elektrik qəza halı olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh tərəfindən “X2”nın (YTQ N-01-2001) 6.4 bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “X2”nın (YTQ № 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələbləri pozulmuşdur. Vurğulanır ki, Cavabdeh hüquqazidd əməlləri nəticəsində sığorta predmetinə 42000 (qırx iki min) manat məbləğində zərər dəymişdir. Ona görə də CFİ- 0170/2021-AKT243/23 saylı sığorta aktına əsasən 38 001 (otuz səkkiz min bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini Qanuna əsasən İddiaçı ASC-yə subroqasiya qaydasında sessiya etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin CFİ-0170/2021-AKT243/23 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən, şəhadətamə nömrəsi RAZ********** olan daşınmaz əmlaka yanğın nəticəsində 42000 manat zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən 38 001 (otuz səkkiz min bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt Ekspertiza Xidmətinin 002 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus tikiliyə (1-ci mərtəbə) dəymiş zərərin bazar qiməti 42000 manat müəyyən edilir. Sığortalı-"xxxx" MMC ilə sığortaçı- "xxxx" ASC arasında bağlanmış dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişdən görünür ki, “SİĞORTALİ" və "SİĞORTAÇİ xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Sazişin 1.2-ci maddəsinə görə "xxxx" MMC-yə məxsus qeyri-yaşayış obyektinin "xxxx" ASC tərəfindən sığorta təminatı verilmiş birinci mərtəbəsinin sözügedən ərazidə baş vermiş yanğın hadisəsi nəticəsində zərərə məruz qalmasını və daşınmaz əmlaka 42,000.00 (qırx iki min) manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. Sazişin 1.3-cü maddəsinə görə SİĞORTALİ" və "SİĞORTAÇİ" sığorta olunan əmlaka 42,000.00 (qırx iki min) manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 3,999.00 (üç min doqquz yüz doxsan doqquz) manat azadolma məbləği çıxıldıqdan sonra 38,001.00 (otuz səkkiz min bir) manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 7316,91 kv.m. qeyri-yaşayış binası üzərində "xxxx" MMC-nin tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 22 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 16 okatybr 2021-ci il tarixdə saa7 08 radələrində ünvan 6 ünvanında yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh və X1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona, 38001 manat məbləğin və 204 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 38205 manat pul vəsaitinin iddiaçı "xxxx" ASCnin xeyrinə 2 gün müddətində ödənilməsi bildirilmişdir. Məhkəmə Eksperiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 10/433 saylı ekspert rəyindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında yerləşən "Metro city" adı altında altında fəaliyyət göstərən ticarət obyektində baş vermiş yanğın zamanı müəyyən edilmişdir ki, yanğının mənbəyi, ticarət obyektinə girişdən irəlidə təxminən girişdən 21-22 m məsafədə ikinci metal konstruksiyalardan quraşdırılmış hissədə tavana yaxın sahədə yaranmışdır. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik xətlərinin yerləşdiyini, xətlərin bir-başa yanar materialların üzərilə çəkilərək aparıldığını və yanğının ilkin olaraq obyektin tavan səviyyəsində (mənbə zonasında tüstülənmə və sonradan açıq alova keçməklə) aşkar edildiyini, həmçinin nümunə olaraq təqdim edilmiş elektrik naqillərinin tədqiqatı zamanı naqillərdən birinin cərəyandaşıyıcı damarlarının mexaniki ("soyuq") burulma üsulu ilə birləşmə yerində elektrik qəza halından olan yüksək keçid müqavimətinə xarakterik əlamətlərin aşkar edildiyini nəzərə aldıqda, yanğın mənbə zonasında yerləşən elektrik naqillərində qəza halı olan yüksək keçid müqavimətinin yaranmasından baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar, Azərbaycan Respublikasında X2"nın (YTQ№01-2001) 6.4 bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün X2"nın (YTQ №03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 6 ünvanında yerləşən "Metro city" adı altında fəaliyyət göstərən ticarət obyektinin elektrik şəbəkəsi qanunvericiliyin müvafiq qaydalarının tələbləblərinə uyğun olaraq quraşdırılması (obyektin elektrik xətlərinin yanar materialların üzərilə çəkilərək aparıldığı, elektrik xətlərinin sonluqlarının mexaniki ("soyuq") burulma üsulu ilə həyata keçirildiyi), elcəcə də obyektin elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılması, həmçinin elektrik şəbəkəsinin yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı ilə təmin edilmədiyinə görə, Azərbaycan Respublikasında X2"nın (YTQN001-2001) 6.4 bəndinin və "Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün X2'nın (YTQ N№03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3. 19.4, 3.19.6 bəndlərinin tələbləri həmin ticarət obyektinin sahibi tərəfindən pozulmuşdur (konkret şəxs(-lər) istintaq tərəfindən müəyyən edilə bilər). Məhkəmə Eksperiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 10/3356 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən, “Metro City” adı altında fəaliyyət gösətən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus tikilidə yaranan qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 54693.00 manat məbləğində müəyyən olunur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 204 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 38001 (otuz səkkiz min bir) manat məbləğində sığorta ödənişi və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 38001 (otuz səkkiz min bir) manat məbləğində sığorta ödənişi və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar