Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-134/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzillərin paylarına müvafiq olaraq naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun paylarına uyğun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin paylara müvafiq olaraq naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 nömrəli mənzili və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 nömrəli mənzilinin ¼ hissəsinin İddiaçı1, ¼ hissəsinin İddiaçı2 və ½ hissəsinin Cavabdeh paylarına müvafiq olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 nömrəli mənzili və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 nömrəli mənzilinin ¼ hissəsinin İddiaçı1, ¼ hissəsinin İddiaçı2 və ½ hissəsinin Cavabdeh paylarına müvafiq olaraq naturada ayrılması, bu mümkün olmadıqda Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 nömrəli mənzili və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyl küçəsi 57 nömrəli evin 5 nömrəli mənzilinin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında onların paylarına nütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh 1-ci Qarabağ müharibəsinin 3-cü qrup müharibə əlilidir. Mübahisəli mənzillər paylı mülkiyyət olduğundan nə sata bilir, nədə ortaq məxrəcə gələ bilmirlər, üstəlik evin açarını da qarşı tərəflər onlara vermir və evdə olan onlara aid 20.000 manat dəyəri olan əşyaları icazələri olmadan götürüblər. Üstəlik əmlakçı (makler) vasitəsi ilə satmaq istəyəndə ona az miqdarda pul təklif edirlər. Çünki evin əsl dəyəri 70.000 manatdan yuxarıdır və ondan oğurladıqlarını salamat vəziyyətdə geri qaytarmalıdırlar, ya da əvəzində dəymiş ziyanı ödəməlidirlər. Əgər evin dəyəri 70.000 manat olsa ordan ona 35.000 manat yox 45.000 azn çatır (35.000+10.000). Üstəlik əgər evlər naturada bölünsə onda ümumiyyətlə evlər satılmayacaq, çünki heç kəs bu formada (yarı ev) evi almaz, həm qanuna ziddir həmdə real həyatda mənası yoxdur. O, təklif edir ki, Xəzər rayonunda yerləşən bağ evini tam şəkildə onun adına keçirsinlər. O da Yasamalda yerləşən evi tam şəkildə iddiaçıların adına dəyişmə müqaviləsi əsasında keçirsin, amma üstündə də ona 30.000 manat pul verilməklə. Çünki Xəzərdəki ev Yasamaldakı evdən çox ucuzdur və həm də ondan icazəsiz ona aid əşyalarının pulu da hesablanmalıdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra 22.09.2021-ci il tarixdə Cavabdeh dəftərxana vasitəsi ilə məhkəməyə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına “təklif” ünvanlayaraq ondan hər iki mülkün yarı hissəsin notariat kontorunda alqı-satqı müqaviləsi əsasında onun dediyi məbləğdə ondan almalarını, ya da mənzilin yarısının əvəzində ona bağın qalan yarısının hissəsini və əlavə pul verməklərini təklif edir. Əks halda məhkəmə qaydasında mənzillərin hərrac vasitəsi ilə satışa çıxararaq satışdan əldə olunan pul məbləğinin məhkəmə qaydasında ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirir. 24.09.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında Cavabdeh onlara ümumilikdə 55.000 manat məbləğində kompensasiya ödəməsini “təklif” etmişdirlər. 14.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaçı tərəfin təklifi ilə razılaşmadığını bildirərək, mübahisəli mənzillərin hərraca çıxarılaraq satılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 oğlu məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsi Cavabdeh, 1/4 (dörddə bir) hissəsi İddiaçı1 və 1/4 (dörddə bir) hissəsi İddiaçı2 adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyl küçəsi 57 nömrəli evin 5 nömrəli mənzilinin ½ (ikidə bir) hissəsi Cavabdeh, 1/4 (dörddə bir) hissəsi İddiaçı1 və 1/4 (dörddə bir) hissəsi İddiaçı2 adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(004)-4406/2021 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/3787 saylı rəyi 22.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnmişdir. Həmin rəyin nəticə hissəsindən aydın olur ki, mübahisəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün deyildir. Yaranmış zərurətlə əlaqədar hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(004)-4406/2021 nömrəli qərardadı ilə X2 və Əliyeva Hicran Əhməd qızının paylı mülkiyyətindəki mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 saylı mənzilin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 saylı mənzilin hazırki dövrə real bazar dəyəri və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici “X4 Mərkəzi” MMC-yə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Müstəqil qiymətləndirici “X4 Mərkəzi” MMC-nin 14.02.2022-ci il tarixli YDQ 185 nömrəli rəyi 15.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli 2(004)-134/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Müstəqil qiymətləndirici “X4 Mərkəzi” MMC-nin 14.02.2022-ci il tarixli YDQ 185 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 saylı mənzilin hazırki dövrə real bazar dəyəri (hazırda bazar dəyəri) 62.300 manat, likvid qiyməti 59.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 saylı mənzilin hazırki dövrə real bazar dəyəri (hazırda bazar dəyəri) 13.350 manat manat, likvid qiyməti 11.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 saylı mənzilin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər təklif olunan kompensasiya məbləğində ortaq razılığa gələ bilməmişdirlər. Bundan sonra iddiaçılar mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmişdir, cavabdeh isə buna etiraz etməmiş, razılığını bildirmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 577-ci məhəllə, 89 nömrəli evin 4 saylı mənzilin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Məmmədbəyli küçəsi 57 nömrəli evin 5 saylı mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ilkin satış qiyməti 62300 (altmış iki min üç yüz) manat müəyyən edilməklə, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil ilkin satış qiyməti 13350 (on üç min üç yüz əlli) manat müəyyən edilməklə açıq hərracda satılmalı, mənzillərin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsaitin - 50 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil və ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ¼ hissəsi İddiaçı1, ¼ hissəsi İddiaçı2 və ½ hissəsi Cavabdeh verilsin. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin ilkin satış qiyməti 62300 (altmış iki min üç yüz) manat müəyyən edilsin. ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti 13350 (on üç min üç yüz əlli) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, 50 (əlli) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-134/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-134/2022
02.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver