Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-137/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə 7500 manat məbləğində vəsaitin, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun işlədiyi ərazinin yaxınlığında telefon mağazası işlətdiyi üçün münasibətləri yaranmış və xeyli müddətdir ki, onu tanıyır. Cavabdeh xx.xx.2022-ci il tarixdən iş görmək adı ilə ondan hissə-hissə olmaqla ümumilikdə cəmi 7500 manat məbləğində pul almış lakin vədinə əməl etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Ruhulla ona zəng edərək iş görməyi və gəlir əldə etməyi etmiş və o isə sonuncudan nə iş görəcəklərini soruşduğu zaman Ruhulla xarici ölkədən telefon gətirib satmağı təklif etmişdir. Bundan sonra o Ruhullanın təklifi ilə razılaşıb və onun verdiyi hesab nömrəsinə 5000 manat pul göndərmişdir. Bir neçə gün sonra isə Ruhulla ondan əlavə 2500 manat da göndərməsini istəmiş və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Araz Marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə həmin məbləğdə pulu göndərmişdir. Daha sonra Ruhulla onun verdiyi puldan 2000 manatını qaytararaq guya gəlir əldə etdiyini demiş, həmçinin ona yenə gəlir əldə edəcəyini bildirmiş, lakin sonradan Ruhullanın xarici ölkələrdən telefon gətirmədiyini onu aldatdığını başa düşüb yaşadığın rayonun Polis İdarəsinə şikayət ərizəsi vermək qərarına gəldi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmiş və həmin şəxsdən dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişdirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı illərdir tanıdığı Cavabdeh ilə birlikdə gəlir əldə etmək məqsədilə razılığa gəlmişlər. Bununla da, İddiaçı əvvəlcə 5000 manat və sonradan isə 2500 manat olmaqla, ümumilikdə 7500 manat məbləğində pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. Həmçinin Abşeron RPİnin İŞ-nin müstəntiqinin 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ona verilən puldan 2000 manatı qaytarmışdır. Ona görə də, iddia tələbi qismən təmin edilərək Cavabdeh 5500 manat məbləğində pul vəsait, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat məbləğində vəsait və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsait, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat məbləğində vəsait və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-137/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-137/2024
17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver