Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1387/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7 ünvanında yerləşən, 106 saylı mənzilə dair (əvvəlki ünvan: Bakı şəhəri, Avakyan küçəsi, məhəllə 539, ev 18/7, mənzil 106) 04 noyabr 1976-cı il tarixli 154163 nömrəli orderin atası X5 verilməsi və həmin orderdə “04 noyabr 1976-cı il” yazısından sonra atasının “ata adı”nın (babasının) yanlış/natamam, yəni Həzrət Qulu əvəzinə Həzrət yazılmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən atası X5 ünvan 2 ünvan: ünvan 3ə etmək üçün 4 noyabr 1976-cı ildə 154163 nömrəli order verilmişdir. Həmin orderə əsasən ona və onunla birlikdə yaşayan 4 nəfər ailə üzvünə (X8 – atası, X10 – anası, X27 – qardaşı, İddiaçı – özü və X20 - bacısı) qeyd olunan mənzilə köçmək hüququ verilmişdir. Onlar 1976-cı ildən həmin mənzildə köçüb yaşayırlar. Atası X8 25 iyun 1994-cü ildə, anası X10 isə 01.07.2020-ci ildə vəfat etmişdir. O, hal-hazırda həmin mənzildə öz ailəsilə birlikdə yaşayır. Həmin mənzili özəlləşdirmək zərurəti yarandığından o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin həmin xidmətin əməkdaşları həmin mənzilə dair orderdə atasının ata adının (babasının) bir yerdə Həzrət, digər yerdə isə Həzrət Qulu kimi göstərildiyini qeyd edərək həmin qüsurun aradan qaldırılması üçün Milli Arxiv İdarəsindən həmin orderin verilməsinə əsas olmuş qərara və ya hər hansı digər sənədə dair arxiv arayışı alınmasının zəruriliyini bildirdilər. O, ilk dəfə özü Milli Arxiv İdarəsinin Bakı filialına müraciət edərək atasının adını X21 göstərərək atasına mənzil verilməsinə dair 22.10.1976-cı il tarixli, 28 saylı qərarla bağlı arxiv arayışının verilməsini xahiş etmişdir. Lakin həmin idarədən verilən 18.03.2021-ci il tarixli cavab məktubunda qeyd edilən qərarın mövcud olduğu qeyd olunsa da həmin qərarda X21 barədə heç bir məlumatın olmadığı bildirildi. O, yenidən vəkil vasitəsilə Milli Arxiv İdarəsinin Bakı filialına müraciət edərək müvafiq arxiv arayışının verilməsini xahiş etmişdir. Milli Arxiv İradəsinin Bakı filialının 16.06.2021-ci il tarixli cavab məktubunda 22.10.1976-cı il tarixli, 28 saylı qərarın Dövlət Arxivinin Bakı filialında mövcud olduğu qeyd olunsa da həmin qərarda X11 barədə heç bir məlumatın olmadığı bildirilir. Bildirir ki, atası X8 uzun müddət Azərbaycan Texniki Universitetində (əvvəlki adı "xxxx") pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, uzun illər mənzil növbəsində olmuş, bu kooperativ mənzili almış və onlar 1976-cı ildən həmin mənzildə yaşamışlar. Onlar həmin mənzilin dəyərini də ödəyib qurtarmışlar. Yasamal rayonu İcra Hakimiyyəti yanında "xxxx" Mənzil Tikinti kooperativindən anası X6 verilən 19/007 saylı, 20 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, o, həqiqətən həmin mənzildə qeydiyyatdadır və "xxxx" MTK-ya heç bir borcu yoxdur. Həmçinin, qeyd edir ki, həmin mənzilə dair orderin əslinin biri onlarda, digəri isə "xxxx" MTK-da saxlanılır. O, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qarşı “arxiv arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində cavabdeh tərəfindən müvafiq arxiv qeydiyyat kitabları məhkəməyə gətirilmiş və araşdırma nəticəsində qeyd olunan qərarın naməlum səbəblərdən həmin kitabda olmadığı müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 03.11.2021-ci il tarixli, e-2-1(112)-8603/2021 saylı qərarı ilə onun Dövlət Arxivinin Bakı filialına qarşı iddia tələbi təmin olunmamışdır. Bundan sonra o, ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyd olunan orderin verilməsi üçün əsas olmuş qərarın surətinin təqdim olunmasını xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 15.12.2021-ci il tarixli, X-91- 112 saylı cavab məktubu ilə ona Oktyabr rayon X19 İcraiyyə Komitəsi tərəfindən verilən order, qərar və sərəncamların Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Qeyd olunanlardan göründüyü kimi o, Bakı şəhəri, ünvan 4 ünvan: ünvan 5163 nömrəli order əsasında atası X5 verilməsi və həmin orderdə bir yerdə atasının ata adının (babasının) natamam yazılması barədə sənədi başqa yolla əldə edə bilmir. Buna görə də qeyd edilən orderin onun atasına verilməsi və həmin orderdə bir yerdə babasının adının natamam yazılması barədə hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu hüquqi faktın müəyyən olunması ona qeyd edilən mənzili özəlləşdirmək üçün lazımdır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ərizəyə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7 ünvanda yerləşən, 106 saylı mənzilə dair (əvvəlki ünvan: ünvan 6i, X14 Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 04.11.1976-cı il tarixli, 154163 nömrəli orderin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid X27 izahat verərək bildirdi ki, X8 onun atasıdır. Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən atası X5 ünvan 2 ünvan: ünvan 7oyabr 1976-cı ildə 154163 nömrəli order əsasında verilmişdir. Həmin tarixdən bütün ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşamışlar. Hazırda isə o, qardaşının ailəsi ilə birlikdə qeyd olunan mənzildə yaşamağa davam edir. Verilmiş suallar əsasında şahid qeyd etmişdir ki, məhkəməyə təqdim edilən sənədlərdə atası Əli Xəlilovun ata adı fərqli göstərilməsinə baxmayaraq, həmin dövr SSRİ ərəfəsinə təsadüf etdiyindən sənədlərdə adlar rus milliyyətindən olan vəzifəli şəxslər tərəfindən qeyd edilərkən adlarda qrammatik səhvliklərə yol vermişlər. Əslində isə onun babasının, yəni atası Əli Xəlilovun atasının adı “Həzrət Qulu” olmuşdur. Məhkəmə ərizəçini, onun nümayəndəsini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: -SSR X35 Komissariatı tərəfindən verilmiş AA seriyalı 607422 nömrəli doğun haqqında şəhadətnamədən görünür ki, 18 aprel 1939-cu ildə doğulmuş Əli Xəlilovun atası X2r. - Yasamal rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı 477497 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 29 iyun 1994-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 905 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan SSR Bakı şəhər nikah evi – Səadət Sarayı tərəfindən verilmiş A3 seriyalı 026058 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X8 ilə X15 arasında 17.04.1965-ci ildə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 980 nömrəsi ilə qeyd edilmişdir. - Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 556089 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı atası X12, anası isə X7r. - Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon VVAQ bürosu tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30.11.1965-ci ildə Bakı şəhərində doğulmuş X17 atası X11, anası isə X7r. - Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon VVAQ bürosu tərəfindən verilmiş Vİ- ЖГ seriyalı 334350 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10.07.1975-ci ildə Bakı şəhərində doğulmuş X16 atası X11, anası isə X7r. - Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 4 noyabr 1976-cı il tarixli 154163 nömrəli orderdən görünür ki, Bakı şəhəri, Avakyan küçəsi, məhəllə 539, ev 18/7, mənzil 106, giriş 7, mərtəbə 5, 4 otaq, 58,91 kv.m (hazırki ünvan: ünvan 8i X18 verilmişdir. Həmin orderə əsasən mənzildə yaşayanların siyahısında X31-quli oğlu, X10, X27, İddiaçı və X16 adları qeyd edilmişdir. - Azərbaycan Respublikası Yasamal rayonu İcra Hakimiyyəti "xxxx" MTK tərəfindən X4 adına verilmiş 13.12.2004-cü il tarixli arayışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 nömrəli evin, 5-ci mərtəbəsində yerləşən 106 nömrəli mənzilində X10 4 nəfər ailə üzvü : X27, İddiaçı və X20 ilə birlikdə yaşamışlar. - Azərbaycan Respublikası Yasamal rayonu İcra Hakimiyyəti "xxxx" MTK tərəfindən X4 adına verilmiş 13.12.2004-cü il tarixli maliyyə arayışdan isə müəyyən edilir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 nömrəli evin, 5-ci mərtəbəsində yerləşən 106 nömrəli mənzilin tam dəyəri olan 13500 (on üç min beş yüz) manat pul vəsaitini tam şəkildə ödəmişdir. - Azərbaycan Respublikası Yasamal rayonu İcra Hakimiyyəti "xxxx" MTK tərəfindən X4 adına verilmiş 19/007 nömrəli 20 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 106 ünvanında qeydiyyatda olmuş və onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 20.12.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 106 ünvanında 30.11.1965-ci il təvəllüdlü X27, 10.07.1975-ci il təvəllüdlü X20, 09.03.1940-cı il təvəllüdlü X10, 07.04.2015ci il təvəllüdlü X28 və 26.05.2018-ci il təvəllüdlü X13 qeydiyyatdadır. - Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 104778 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 03.07.2020-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında 599 nömrəsi ilə qeyd edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 15 dekabr 2021ci il tarixli məktubdan görünür ki, Oktyabr rayon X19 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderlər, qərar və sərəncamlar Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 18 mart 2021-ci il tarixli, 16 iyin 2021-ci il tarixli və 1 saylı Asan Xidmət Mərkəzinin 16.03.2020-ci il tarixli məktublardan müəyyən edilir ki, ərizəçinin müraciətinə cavab olaraq keçmiş Oktyabr rayon ZDS İK-nın (indiki Yasamal rayon İH) arxiv fondu üzrə 22.10.1976-cı il tarixli 28 saylı qərarları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olması, lakin həmin qərarlar sırasında X21 və X11 barədə heç bir məlumatın olmadığı bildirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8603/2021 saylı, 03.11.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına qarşı “arxiv arayışının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının nümayəndəsi vasitəsilə təqdim edilmiş 447 vərəqdən ibarət 5 qovluqda Oktyabr rayon ZDS İK-nın (indiki Yasamal rayon İH) arxiv fondu üzrə 22.10.1976-cı il tarixli 28 saylı qərarları sırasında X21 və X11 barədə qərar aşkar olunmamışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi kimi 04.11.1976-cı ildə 154163 nömrəli orderin verilməsi üçün əsas olmuş 28.10.1976-cı il tarixli 28 saylı qərar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında müəyyən olunmadığından həmin qərara arxiv arayışının verilməsindən cavabdehin imtinası əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Beləliklə qeyd olunan sənədlər məhkəmə tərəfindən tədqiq edilərək müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 556089 nömrəli doğum haqqında şəhadətnaməsində ata adı qrafasında onun atası - X12, bacısı X16 və qardaşı X17 Okyabr (hazırki Yasamal) rayon VVAQ doğum haqqında şəhadətnamələrində isə ata adı qrafasında ataları - X3 göstərilmişdir. Bundan başqa iş materiallarında olan digər sənədlərdə, yəni SSRİ X35 Komissariatı tərəfindən verilmiş AA seriyalı 607422 nömrəli doğum haqqında şəhadətnamə 18 aprel 1939-cu ildə doğulmuş Əli Xəlilovun ata adı “Həzrətquli”, ata-anası qrafasında atasının adı “X9” oğlu; Bakı “Səadət Sarayı” tərəfindən verilmiş АЗ seriyalı 026058 nömrəli nikah haqqında şəhadətnamədə Əli Xəlilovun ata adı “Həzrət Qulu oğlu”; Bakı şəhəri Yasamal rayonu VVAQ şöbəsi (hazırki Yasamal rayon Qeydiyyat şöbəsi) tərəfindən 29.06.1994-cü il tarixdə verilmiş, akt qeydləri kitabında 905 nömrə ilə qeydə alınmış İİ–ЖГ seriyalı 477497 nömrəli ölüm haqqında şəhadətnamə isə 25 iyun 1994-cü ildə vəfat etmiş Əli Xəlilovun ata adı “Həzrət Qulu oğlu” kimi göstərilmişdir. Hazırda hüquqi əhəmiyyət kəsb edən faktı özündə əks etdirən Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 4 noyabr 1976-cı il tarixli 154163 nömrəli orderin giriş hissəsində isə həmin orderin verildiyi Əli Xəlilovun ata adı Həzrət, mənzildə yaşayacaq şəxslərin siyahısında isə onun ata adı Həzrət-quli (Азрат-кули) kimi göstərilmişdir. Göründüyü kimi, Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 4 noyabr 1976-cı il tarixli 154163 nömrəli orderin sahibi Əli Xəlilovun ata adı müxtəlif sənədlərdə fərqli göstərilmişdir. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti üzrə qeydiyyat şöbəsinə sorğu verilmiş və Yasamal Rayon Qeydiyyat şöbəsindən məhkəməyə daxil olmuş 27.04.2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, hazırda qeyd olunan halın araşdırılması imkanı xaricindədir. Ərizəçi İddiaçı və şahid qismində izahatı alınmış X27 bildirmişlər ki, babalarının adı “Həzrət Qulu” olmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən X5 ünvan 2 ünvan: ünvan 3ə etmək üçün 4 noyabr 1976-cı ildə 154163 nömrəli order verilmişdir. Həmin orderə əsasən ona və onunla birlikdə yaşayan 4 nəfər ailə üzvünə ( özü- X31-quli oğlu, arvadı-X10, övladları- X27, İddiaçı və X20) qeyd olunan mənzilə köçmək hüququ verilmişdir. Lakin qeyd olunan orderdə mənzil sahibi Əli Xəlilovun ata adı yanlışlıqla “Həzrət Qulu” əvəzinə, giriş hissədə “Həzrət”, ailə üzvlərin sihasını hissəsində isə “Həzrət-quli” kimi yazılmışdır. Bu fakt iş materiallarında olan sənədlər və şahidin izahatı ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı,atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7 ünvanda yerləşən, 106 saylı mənzilə dair (əvvəlki ünvan: ünvan 6i, X14 Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 04.11.1976-cı il tarixli, 154163 nömrəli orderin X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7 ünvanda yerləşən, 106 saylı mənzilə dair (əvvəlki ünvan: ünvan 6i, X14 Mənzil sahələrinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 04.11.1976-cı il tarixli, 154163 nömrəli orderin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1387/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1387/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver