Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1407/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X37 oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində sağlamlığa vurulmuş zərərlə bağlı X1 ailə üzvlərinə ödənilmiş 5000 (beş min) manat, az ağır xəsarət almış X10 ödənilmiş 1500 (bir min beş yüz) manat, az ağır xəsarət almış X11 ödənilmiş 1500 (bir min beş yüz) manat ümumilikdə 8000 (səkkiz min) manat məbləğində vəsaitin və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Cavabdeh1 MMC-yə məxsus “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. 22 iyun 2015-ci il tarixdə, Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, Şirvan şəhəri Heydər Əliyev prospektində Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan eyni zamanda sərxoş halda idarə edilərək yol-nəqliyyat hadisəsi törədilmiş, hadisə X1 ölümü, X5 və X6 az ağır xəsarət alması ilə nəticələnmişdir. 01 sentyabr 2015-ci il tarixli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-325/2015 saylı hökmü ilə Cavabdeh2 cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X1 ailə üzvünə 5000 (beş min) manat, az ağır xəsarət almış X10 1500 (bir min beş yüz) manat, az ağır xəsarət almış X11 1500 (bir min beş yüz) manat ümumilikdə 8000 (səkkiz min ) manat sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra Cavabdeh1 MMC-nin nümayəndəsi X26 iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Cavabdeh1 MMC ilə bağlanmış 04 fevral 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri X27 tərəflər arasında imzalanmış 29 sentyabr 2014-cü il tarixli AL-46 (2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən öz üzərinə götürmüş və lizinq obyekti olan “Runna Rana” markalı,**- PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadə və sahibliyinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-325/2015 saylı hökmün surətindən də göründüyü kimi təqsirləndirilən şəxs Cavabdeh2 öz izahatında avtomobili tanışı Rəşad (X27) adlı şəxsdən aldığını, avtomobilin lizinq yolu ilə Rəşadın adına rəsmiləşdirildiyini, özünün sürücülük hüququ olmadığı üçün ona hər hansı etibarnamənin verilməsinin mümkünsüz olduğunu bildirmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Lizinq obyektinin Cavabdeh2 tərəfindən idarə olunmasında heç bir təqsiri olmamışdır. İş materiallarından da göründüyü kimi xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh2 məsuliyyətə cəlb olunmuşdur. İddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh2 onlarla heç bir hüquqi bağlılığı olmayıb. Vətəndaşın içkili olub-olmamasından asılı olmayaraq sığorta şirkətinin hər zaman hüququ var ki, onlara qarşı iddia qaldırsın. Çünki onlarla vətəndaş arasında heç bir hüquqi bağlılıq olmayıb. Vətəndaş onların iradəsindən kənar olaraq avtomobili idarə edib. Onların avtomobilin kimin tərəfindən idarə olunması ilə bağlı məlumatları olmayıb. Onlar müqaviləni bir şəxslə bağlamışlar, həmin şəxs onların iradəsindən kənar olaraq avomobili başqa şəxsə verib. Həmin şəxs də yol-nəqliyyat hadisəsini törədib. Əgər onlar vətəndaşa etibarnamə versə idilər, onunla hər hansı müqavilə bağlasa idilər, o zaman iddiaçı onlara qarşı iddianı qaldırmaqda haqlı olardı. Onların sublizinqdən xəbərləri yoxdur. Şəxs özü etiraf edir ki, onun sürücülük vəsiqəsi olmadığına görə onlarla onun arasında heç bir müqavilə bağlanılmayıb. Nəsirov Rəşadla onların aralarında lizinq müqaviləsi bağlanılıb, avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilib. Rəşad da rayona gedib və avtomobili hər hansı tanışına verib və yol-nəqliyyat hadisəsi baş verib. 2014-cü ildə lizinq müqaviləsi X31 arasında bağlanılıb. Sonra həmin müqavilə üzrə öhdəliklər digər şəxslərə keçib. Sonuncu öhdəliyi qəbul edən şəxs X27 olmuşdur. Onunla da müqavilə 19 sentyabr 2014-cü il tarixində bağlanılmışdır. Cavabdeh2 ümumiyyətlə avtomobili idarə etmək hüququ olmayıb. 2016-cı ilin sonunda avtomobil yararsız vəziyyətdə onların şirkətinə yerləşdirilib. Onlar həmin vaxt xəbər tutmuşlar. Onlar nə iş üzrə zərərçəkən şəxs kimi cəlb olunmuşlar, nə də onlara məlumat verilib. Həmçinin oxşar işlərlə bağlı digər məhkəmələrin qətnamələrini də təqdim etmək istəyir. Birinci instansiya məhkəmələrinin də, apellyasiya məhkəməsinin də mövqeyi bəllidir ki, lizinq alanın heç bir məsuliyyəti yoxdur. Avtomobildən onların iradəsindən kənar istifadə olunub. Avtomobil bərpa olunması mümkün olunmayan vəziyyətdə olub. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən ölüm və 2 nəfərin xəsarəti ilə nəticələnən hadisə törədilib. Bununla bağlı 8000 manat sığorta ödənişi həyata keçirilib. Cavabdeh2 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Onlar hazırda həm Cavabdeh1 MMC-dən, həm də Cavabdeh2 8000 manat məbləğin tutulmasını xahiş edirlər. Onlar aldığı xəsarətə görə X10 1500 manat, X12 vəfat etdiyi üçün ailə üzvlərinə 5000 manat, X19 az ağır xəsarət almışdır, buna görə də ona 1500 manat ödəmişlər. Həmin nəqliyyat vasitəsi icbari qaydada sığortalanmışdı. Ödənilən məbləğ nəqliyyat vasitəsinə deyil, sağlamlığa dəymiş ziyana görə ödənilmişdir. Hökmlə Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi təsdiq olunur. Onlar Mülki Məcəllənin 1108-ci maddəsinə əsaslanaraq hesab edirlər ki, Cavabdeh1 MMC mülkiyyətçidir və onların məbləği ondan da tələb etmək hüquqları var. Etirazda bildirilib ki, nəqliyyat vasitəsi digər şəxsin mülkiyyətinə verilmişdir, lakin bu doğru deyil. Nəqliyyat vasitəsi başqa şəxsin istifadəsinə verilsə də, Cavabdeh1 MMC burada mülkiyyətçi kimi çıxış edir, həmçinin sığorta müqaviləsində həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. Sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün onların ödədikləri məbləği subroqasiya qaydasında ondan tələb etmək hüququ yaranır. Nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə olunmasa idi, hazırki iddia qaldırılmayacaqdı. Çünki subroqasiya hüququnun əsasını burada nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Hökmlə ona cəza təyin olunub, cəzanı da çəkmişdir. Onun sürücülük vəsiqəsi olmadığına görə digər tanışının vasitəsi ilə avtomobili almışdır, lakin avtomobil onun adına idi. Lizinq olduğuna görə avtomobili ona verməmişlər. O, lizinq şirkətinə pul ödəmişdir, qəbzləri də var. Lakin pulu başqa şəxsin əvəzinə ödəmişdir. Nəqliyyat vasitəsini Rəşaddan götürmüşdür. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1770/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X27 ilə iddiaçı Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli AL-46 nömrəli Daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdeh X16 3109.77 manat məbləğində əsas borc, 1588.71 manat mükafat, 400 manat dəbbə pulu, cəmi 5098.48 manat pulun alınaraq iddiaçı Cavabdeh1 MMC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2015-ci il tarixli, 066 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə səbəb, başın küt travması nəticəsində kəllə tağı-əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişası altına-toxumasına qansızma olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2015-ci il tarixli, 214 nömrəli ekspert rəyindən görünür ki, X7kı xəsarətlərin avtomobil qəzası zamanı əmələ gəlməsi mümkündür. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2015-ci il tarixə uyğundur, dərəcəsinə görə səhhəti uzun müddət pozan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2015-ci il tarixli, 212 nömrəli ekspert rəyindən görünür ki, X8kı xəsarətlərin avtomobil qəzası zamanı əmələ gəlməsi mümkündür. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2015-ci il tarixə uyğundur, dərəcəsinə görə səhhəti uzun müddət pozan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-325/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Sığorta Aktından görünür ki, xx.xx.2015ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı az ağır xəsarət alan X11 ödənilməli olan faktiki sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 3324 nömrəli Ödəniş tapşırığından görünür ki, 1500 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən X6 hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Sığorta Aktından görünür ki, xx.xx.2015ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı az ağır xəsarət alan X13 ödənilməli olan faktiki sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 2150 nömrəli Ödəniş tapşırığından görünür ki, 1500 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən X9 hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Sığorta Aktından görünür ki, xx.xx.2015ci il tarixdə baş vermiş sığorta hadisəsi zamanı X1 ölümü ilə əlaqədar müəyyən edilmiş zərərin məbləği 5000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 1180 nömrəli Ödəniş tapşırığından görünür ki, 5000 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən X2 hesabına ödənilmişdir. İş materiallarında olan AZ-İ № 719464 seriyalı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 444734 seriyalı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 ilə X17 xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan sonra arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2016-cı il tarixli Arayışından görünür ki, X2 ailə tərkibi X15 (həyat yoldaşı) və X3 (oğlu) ibarətdir. İş materiallarında olan 109168 nömrəli X4 Şəhadətnaməsinin surətindən görünür ki, “Runna Rana” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Şəhadətnaməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası Şəhadətnaməsinin qüvvəyə minmə tarixi bir il olmaqla xx.xx.2014-cü ildir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən Cavabdeh2 Səlim oğlunun xx.xx.2015-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X15 ölmüş, X19 az ağır, X20 az ağır, X21 yüngül, X18 yüngül xəsarət almışlar. İş materiallarında olan Cavabdeh1 MMC (lizinq verən) ilə X32 (lizinq alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC, X32 (öhdəlikləri ötürən) və X22 (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-46 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edənə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlik ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan Cavabdeh1 MMC, X22 (öhdəlikləri ötürən) və X27 (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-46 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edənə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlik ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən Cavabdeh2 Səlim oğlunun xx.xx.2015-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X15 ölmüş, X19 az ağır, X20 az ağır, X21 yüngül, X18 yüngül xəsarət almışlar. Belə ki, iş materiallarında olan Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Şəhadətnaməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus “Runna” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası Şəhadətnaməsinin qüvvəyə minmə tarixi bir il olmaqla xx.xx.2014-cü ildir. Göründüyü kimi sığorta hadisəsi avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası Şəhadətnaməsinin qüvvədə olduğu müddətdə baş vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 325/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X1 ailə üzvünə 5000 (beş min) manat, az ağır xəsarət almış X10 1500 (bir min beş yüz) manat, az ağır xəsarət almış X11 1500 (bir min beş yüz) manat ümumilikdə 8000 (səkkiz min ) manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 “Runna” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində sağlamlığa vurulmuş zərərlə bağlı X1 ailə üzvlərinə ödənilmiş 5000 (beş min) manat, az ağır xəsarət almış X10 ödənilmiş 1500 (bir min beş yüz) manat, az ağır xəsarət almış X11 ödənilmiş 1500 (bir min beş yüz) manat ümumilikdə 8000 (səkkiz min) manat məbləğində vəsaitin və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri, nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 sağlamlığa vurulmuş zərərlə bağlı X1 ailə üzvlərinə ödənilmiş 5000 (beş min) manat, X13 ödənilmiş 1500 manat və X11 ödənilmiş 1500 (min beş yüz) manat olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində vəsait tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi sığorta ödənişinin digər Cavabdeh1 MMC-dən alınıb "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Belə ki, irəli sürülən tələb yalnız Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC, X22 (öhdəlikləri ötürən) və X27 (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh1 MMC ilə öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-46 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edənə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlik ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Həmin müqavilədən görünür ki, Cavabdeh1 MMC ilə bağlanmış 04 fevral 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri X27 tərəflər arasında imzalanmış 29 sentyabr 2014-cü il tarixli AL-46 (2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən öz üzərinə götürmüş və lizinq obyekti olan “Runna Rana” markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadə və sahibliyinə verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-325/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən də göründüyü kimi təqsirləndirilən şəxs Cavabdeh2 öz izahatında avtomobili tanışı Rəşad (X27) adlı şəxsdən aldığını, avtomobilin lizinq yolu ilə Rəşadın adına rəsmiləşdirildiyini, özünün sürücülük hüququ olmadığı üçün ona hər hansı etibarnamənin verilməsinin mümkünsüz olduğunu bildirmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Cavabdeh1 MMC-nin Cavabdeh2 tərəfindən idarə olunmasında heç bir təqsiri olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-325/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən də göründüyü kimi xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh2 məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh2 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 sağlamlığa vurulmuş zərərlə bağlı X1 ailə üzvlərinə ödənilmiş 5000 (beş min) manat, X13 ödənilmiş 1500 manat və X11 ödənilmiş 1500 (min beş yüz) manat olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1407/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1407/2023
04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver