Məhkəmə qərarları › İş №e-2(004)-1408/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1408/2024

04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1408/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı birmərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair Cavabdeh1 xx.xx.2023-cü il tarixli 275117/2021-12 saylı sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1nə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPMin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar