Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1416/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək kreditə görə 20693,08 ABŞ dolları, faiz borcuna görə 3601,98 ABŞ dolları, cərimə borcuna görə 6475 ABŞ dolları olmaqla, cəmi 30770,06 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tələbin cavabdehə məxsus ipoteka predmetinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/2016 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, 20693,08 ABŞ dolları əsas borc, 3601,98 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395,06 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-390/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 ABŞ dolları, cəmi məbləğ 24257,61 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməmühasibatlıq ekspertizası keçirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2019-cu il tarixli 16806 nömrəli rəyindən görünür ki, cavabdehin ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2016-cı il tarixinə iddiaçıya olan borcu 24335,21 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20870,68 ABŞ dolları, faiz borcu üzrə 3464,53 ABŞ dolları. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə 1826,95 ABŞ dolları məbləğində ödənişlər olmuşdur ki, həmin ödənişlər nəzərə alınsa, cavabdehin borcu 22508,26 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilmiş xx.xx.2016cı il tarixdən sonrakı 1826,95 ABŞ dolları ilə bağlı hissədə qeyd etmişdir ki, həmin ödənişlər (i/v 119-130) qətnamə qəbul ediləndən sonra ödənildiyindən və icra mərhələsində nəzərə alınmalı olduğundan, həmin ödənişlər hazırkı mərhələdə nəzərə alınmamalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin protokola dair qeydini, həm də, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı 03 avqust 2016-cı il tarixdə qərardad (i/v 63) qəbul etməsinə baxmayaraq, rəy almadan evin ilkin satış qiymətini ipoteka müqaviləsindən götürməsini nəzərə alıb, evin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 28/BAM/32 saylı rəyinə əsasən ipoteka predmetinin ümumi dəyəri 69800 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilsə də kassasiya şikayəti təmin edilməmişdir. Bundan əvvəl mübahisəli mənzilə dair hərrac keçirilmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin hərəkətləri məhkəmə tərəfindən qanunsuz hesab edilmiş, hərrac protokolları və onun nəticəsində özgəninkiləşdirmə barədə əqdlər etibarsız hesab edilmişdir. İddiaçı məhkəmə qətnaməsi çıxarıldıqdan bu günə kimi öhdəliyini icra etmək üçün ödənişlər yerinə yetirsə də cavabdehlər yenidən eyni hərəkətləri həyata keçirmişdilər. Belə ki, ölkədə baş vermiş devalivasiya nəticəsində dolların manata olan məzənnəsi gözlənilməyən səviyyədə yüksəldiyindən qeyd olunan kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. Lakin borcun Azərbaycan Respublikası Prezidentin 551 saylı 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunan məbləğdən çox olduğundan, yenidən rəsmiləşdirilməsi olan kreditlər siyahısına düşməmişdir. Hərracın nəticələri ləğv olunduqdan sonra Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti ilə aralarında olan razılaşmaya əsasən borcun hissə-hissə ödənilməsinə başlanılmışdır. Məhkəmə araşdırması gedən müddət və ondan sonrakı dövrdə iddiaçının həyata keçirdi ödənişlər aşağıdakı qaydada aparılmışdır:
1. xx.xx.2016-1826,95 ABŞ dolları;
2. xx.xx.2017-300
3. xx.xx.2017-300
4. xx.xx.2017-300
5. xx.xx.2017-250
6. xx.xx.2017-300
7. xx.xx.2017-300
8. xx.xx.2017-200
9. xx.xx.2017-250
10. xx.xx.2017-250
11. xx.xx.2017-200
12. xx.xx.2017-250 =3105 AZN (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxanadək)
13. xx.xx.2020-300
14. xx.xx.2020-300
15. xx.xx.2020-300
16. xx.xx.2020-300
17. xx.xx.2020-300
18. xx.xx.2021-300
19. xx.xx.2021-200
20. xx.xx.2021-250
21. xx.xx.2021-300
22. xx.xx.2021-250
23. xx.xx.2021-250
24. xx.xx.2021-250
25. xx.xx.2021-300
26. xx.xx.2022-300
27. xx.xx.2022-300
28. xx.xx.2022-300
29. xx.xx.2022-200
30. xx.xx.2022-200
31. xx.xx.2022-200
32. xx.xx.2022-200
33. xx.xx.2022-200
34. xx.xx.2023-800 =14800 AZN
35. xx.xx.2023-8500 Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul etdikdən sonra 14800 AZN olmaqla cəmi təqribən 10533 ABŞ dolları (17905 AZN). Cavabdehin hazırda qalıq borcu 13724.61 ABŞ dolları təşkil edir. (rəqəmlər mütəxəssis cəlb edilməklə təkrar hesablana bilər.) Lakin Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti sonradan razılaşmanı pozaraq, məhkəmə qətnaməsi mövcud və qanuni qüvvəsində olmasına və üzərindən 4 il keçməsinə baxmayaraq yenidən qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə hərrac keçirilməsinə nail olmuşdur. Bu səbəbdən də cavabdehlər Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə qarşı “İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25 A saylı fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi” zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin iddia ərizəsinə baxılana kimi, Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti mübahisəli əmlakı “vicdanlı alıcı”nın adına keçirmək niyyətində olduğundan həmin əmlakın özgəninkiləşdirilməsinin, bağışlanmasının, girov qoyulmasının və hər hansı qanunsuz hərəkətlərinin dayandırılması üçün məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət etdilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)- 14/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisəli mənzilin özgəninkiləşdirilməsi xx.xx.2023-cü il tarixədək cavabdehə qadağan edilmişdir. Əmlaka dair hərrac qanunvericiliyə uyğun gəlməyən vəziyyətdə, onun pozuntusu ilə keçirilmiş, hərracla bağlı ona və ailəsinə məlumat verilməmişdir. Yalnız bir bildiriş almış, bundan sonra hərracı keçirən təşkilata yaxınlaşmış, təşkilatdan ona bildirmişdilər ki, hərrac keçirilməyəcək, narahat olmayın. Eyni zamanda sözügedən hərrac barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc edilməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, keçirilmiş hərrac protokollarının təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir. Çünki belə bir protokol olmamışdır. 2022-ci il tarixdə cavabdehlər yenidən birləşib onun evini əlindən almışlar. Cavabdeh3 MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq aşağıda göstərilən əsaslara görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk öncə qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzi” MMC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək “İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00016-01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evini iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3079/201 nömrəli, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiyətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, iddiaçının tələblərini ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-390/2019 nmömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcununcəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrind dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 69800 manat müəyyən olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, əmlaka dair hərrac qanunvericiliyə uyğun gəlməyən vəziyyətdə, onun pozuntusu ilə keçirilmiş, hərracla bağlı ona və ailəsinə məlumat verilməmişdir. Yalnız bir bildiriş aldığını qeyd edin iddiaçı eyni zamanda bildirmişdir ki, keçirilmiş hərrac protokollarının təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir, çünki belə bir protokol olmamışdır. 2022-ci il tarixdə cavabdehlər yenidən birləşib onun evini əlindən almışlar. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 69.800 (altmış doqquz min səkkiz yüz) manata olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv ünvanında yerləşən 25A saylı fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. (02 noyabr 2022-ci il tarixli sifarişin surəti əlavə edilir) Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 29 noyabr 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı 2170/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birianevvs.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 29 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir) Bildirmişdir ki, 29 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 59.330 (əlli doqquz min üç yüz otuz) manata olmaqla 16 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (vvvvvv.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2411/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 16 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 16 dekabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2559/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022-ci il tarixli, 8066-1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 (qırx dörd min dörd yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh3 MMC-ti tərəfindən xx.xx.2023-cü il tarixli, 26/23 saylı “X3 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 107/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində, eləcə də sifariş məktubunda göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 20 693.08 ABŞ dolları əsas borc, 3601.98 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 24 395.06 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 40 000 manat müəyyən edilməklə həmin evin açıq hərracdan satılması və əldə olunmuş pul vəsaiti hesabma borcun ödənilməsi, qalan vəsaitin isə İddiaçın qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Qaradağ rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)- 3079/2016 saylı qətnaməsi faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmişdir. Qeyd olunan qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(102)-2026/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(002)-3079/2016 saylı qətnaməsinə əsasən, əmlak açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmadığından hərracın yekunları barədə 27 İyul 2018-ci ildə tərtib olunmuş 45/01 nömrəli protokola əsasən ipoteka predmeti Cavabdeh2 BOKT ASC-nin balansına götürülmüşdür. Daha sonra isə İddiaçı hərracın nəticələrinin etibarsızlığına dair iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2943/2018 saylı 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilə dair hərracın yekunları barədə 27 iyul 2018-ci ildə tərtib olunmuş 45/01 nömrəli protokol və həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində, 190 nömrəli reyestr kitabının 174500 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması barədə RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab olunması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 BOKT ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-105/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinin hərracdan satışını təmin edilməsi üçün Qaradağ rayon İcra və Probasiya Şöbəsinə müraciət edilmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsi ipoteka predmeti açıq hərracda satılması üçün Cavabdeh3 MMC-yə xx.xx.2022-ci il tarixində sifariş məktubu göndərmişdir. Həmin əmlak iki dəfə açıq hərraca çıxarılmış, lakin həm ilkin, həm də təkrar hərrac baş tutmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2023-cü il tarixli, 26/23 saylı protokola əsasən, Cavabdeh2 BOKT ASC tərəfindən 44497 manata əldə edilmişdir. xx.xx.2023-cü il tarixli, 26/23 saylı protokola və həmin tarixli müqaviləyə əsasən ipoteka predmentİ Cavabdeh2 BOKT ASC-nin balansına keçmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır: xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 69 800 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə Cavabdeh3 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Poçt zərflərinin göndərilməsinə dair reyestrin surətindən də göründüyü kimi, həmin məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2021-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəflərindən İddiaçı həm qeydiyyatda olduğu, həm də fakitiki yaşadığı ünvanına göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixində Səmədova Alimə tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. “BirjaNews” xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. Alim Şəbıyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 69 800 manat məbləğində olmaqla ilkin hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 59 330 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə Cavabdeh3 tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində məktub göndərilmişdir. Poçt zərflərinin göndərilməsinə dair reyestrin surətindən də göründüyü kimi, həmin məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Bundan sonra həmçinin xx.xx.2022-ci İl tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəflərindən İddiaçı həm qeydiyyatda olduğu, həm də fakitiki yaşadığı ünvanına göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-cİ il tarixində bacısı qızı Abbasova Xəyalə tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. “BirjaNews” xəbər saytında xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş elanda xx.xx.2022-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı ipoteka predmetinin ilkin satış qiyməti 29 665 manat məbləğində olmaqla təkrar hərracının keçiriləcəyi barədə məlumat dərc edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2022-ci il tarixində Cavabdeh3 tərəfindən Cavabdeh2 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. Təqdim edilən sübutlardan da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-105/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evi İlkin və təkrar hərrac baş tutmadığına görə Cavabdeh2 BOKT ASC-yə təklif olunmuş və xx.xx.2023-cü il tarixli, 26/23 saylı protokola əsasən Cavabdeh2 BOKT ASC-nin balansına keçmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı əmlaka dair hərracın qanunvericiliyə zidd şəkildə, ona və ailəsinə məlumat verilmədən keçirildiyini iddia etsə də iddia ərizəsində hərracın keçirilməsinə dair bir bildiriş aldığını və hərrac təşkilatına yaxınlaşdığını bildirmişdir. Göründüyü kimi iddiaçının fikirləri arasında ziddiyyət mövcuddur. Bu da hazırki iddia tələbinin məhkəmə qətnaməsinin icrasından yayınmaq, vaxtı uzatmaq məqsədi ilə verildiyini göstərir. Həmçinin iddiaçı təşkilat tərəfindən ona növbəti hərracların keçirilməyəcəyi barədə məlumat verildiyi bildirilmişdir. Bu isə tamamilə absurd fikirdir və iddiaçı bunu heç bir mötəbər sübut növü ilə təsdiqləyə bilmir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(103)-390/2019 saylı qətnaməsi icraya yönəldilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Odur ki, qanunla hərrac təşkilatının hərracın keçirilməsi barədə bildirişi yalnız göndərmək və kütləvi informasiya vasitələrində elan vermək vəzifəsi vardır. Təqdim edilən sübutlardan da göründüyü kimi, cavabdeh qurum hər iki öhdəliyini qanunla müəyyən edilmiş qaydada həyata keçirmişdir. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Yekun olaraq bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə tam riayət edilməklə keçirilmişdir. Odur ki, onun iddiası əsassız hesab edilərək rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə, Bakı şəhər Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində iddianın əsaslı olduğuna dair əsasları göstərmişlər. İddiaçının hərracın keçirilməsi vaxtı, saatı barədə heç bir məlumatı yox idi. Həmçinin bildirmişdir ki, onlar kütləvi informasiya vasitələrində elan etməmiş hərrac keçirtmişlər. Yəni, özlərinə məxsus internet saytında elan vermişlər, bu isə kütləvi informasiya vasitəsi sayılmır. Hərracın keçirilməsi barədə iddiaçıya məlumat versələr də, həmin gün iddiaçı oraya getmiş, lakin qapılar bağlı olduğundan heç bir hərracın keçirilmədiyini aşkar etmişdir, bu barədə videogörüntü də mövcuddur. Göstərilənlərə əsasən, qeyd olunanların nəzərə alınması və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzi işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)-3079/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 20693 ABŞ dolları 08 sent əsas borc, 3601 ABŞ dolları 98 sent faiz, 100 ABŞ dolları cərimə, cəmi 24395 ABŞ dolları 06 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidməti haqqının cavabdeh İddiaçı tutularaq Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsi 7-ci massiv 25A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh2 BOKT ASC-yə ödənilməsi, iddiaçı Cavabdeh2 BOKT ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-390/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(002)- 3079/2016 saylı qətnaməsi faiz borcunun, cəmi məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu 3464,53 (üç min dörd yüz altmış dörd ABŞ dolları əlli üç sent) ABŞ dolları, cəmi məbləğ 24257,61 (iyirmi dörd min iki yüz əlli yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti 69800 (altmış doqquz min səkkiz yüz) manat müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2026/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 390/2019 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə - kredit borcu tələbinin təmin olunmuş hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi haqqında Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx-141882/8 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu Cavabdeh3 MMC-yə daxil olmuş və Cavabdeh3 MMC tələbkar Cavabdeh2 BOKT ASC və borclu İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx/xx- 141882/8 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evin xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının həm qeydiyyatda olduğu ünvan 2 ünvanına, həm də faktiki yaşadığı ünvan 3 ünvanına göndərilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) elan verilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə, xx.xx.2022-ci il tarixində Cavabdeh3 tərəfindən Cavabdeh2 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. İpoteka saxlayan Cavabdeh2 BOKT ASC xx.xx.2022-ci il tarixli, 8066-1222 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.497,5 (qırx dörd min dörd yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh3 MMC-nin X3 barədə protokoluna əsasən, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh3 MMC cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massiv, 25A saylı fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh2 BOKT ASC həmin əmlakı 44497,5 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X3 barədə 26/23 saylı, 16 yanvar 2023-cü il tarixli Protokola əsasən, sözü gedən ev tələbkar Cavabdeh2 BOKT ASC-yə 44497,5 manata satılmasına dair, Cavabdeh3 MMC ilə Cavabdeh2 BOKT ASC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) elan verilmişdir. Məhkəmə iddia tələbini rədd etmək qənaətinə gələrkən eyni zamanda iddiaçının müvafiq məhkəmə qətnaməsi üzrə tutulmuş məbləğlərdə ödənişlər etməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən icra mərhələsində borc məbləğində ödənişlər etməsi iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ASC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası X2 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Toğrul Axundov