Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1457/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Qasım-X5 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 01 saylı Bakı Ərazi İdarəsinə qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 qızı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 01 saylı Bakı Ərazi İdarəsinə qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi sahəsi 109.2 m² təşkil edən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin İddiaçı (87.2 m²) və Cavabdeh (22 m²) paylarına və bölgü sxeminə uyğun olaraq naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə mülkiyyət hüququ əldə etmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsasən sözügedən mənzilin paylı mülkiyyət üzrə 58 m² hissəsi İddiaçı, 15 m² hissəsi isə Cavabdeh məxsusdur. İddiaçı mənzil üzrə payların naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona mənzilin bölgü sxemi təqdim edilmişdir. Bölgü sxemindən görünür ki, mənzil üzrə payların naturada ayrılması mümkündür və digər mülkiyyətiçinin hər hansı hüquqlarını pozmur və ya məhdudlaşdırmır. Bununla bağlı olaraq iddiaçı mənzil üzrə payların naturada ayrılmasına razılıq verməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırda mənzil üzrə payların naturada ayrılması tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Beləliklə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzrə payların naturada ayrılması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, bu mənzil paylı mülkiyət hüququ ilə ona məxsudur. Məzillərin girişləri ayrı-ayrı olaraq mövcuddur, iddiaçının onun mənzilinin girişi ilə yanbayan olmaqla, küçədən də ayrı çıxış qapısı vardır. İddiaçı ona mənzilin naturada bölünməsi təklifi ilə müraciət edərkən o, ona bildirmişdir ki, onun ayrı giriş-çıxış qapısı vardır. Bu qapını bağlasın, küçə qapısını saxlamaqla bölsünlər, iddiaçı bununla razılaşmamışdır. Onun girişi ilə birgə olan qapını bağlasın və o biri giriş-çıxışdan istifadə etsin. Belə bölgüyə razı idi. Çünki, iddiaçı evindən kafe-PUB kimi istifadə edir. Oraya gələn sərxoş müştərilər gecə vaxtı da onun qapısı ilə üzbə-üz qapıdan çıxaraq onun sakitliyini pozur və səs-küy salaraq onu narahat edirlər. Lakin iddiaçı bununla razılaşmadı və Əmlak komitəsindən belə bir bölgü sxemi ilə bölgünün mümkünlyü barədə məhkəməyə müraciət etmişdir. Bu bölgü sxemi ilə onun mənzilinin qapısı bağlanmalı və mətbəx kimi istifadə etdiyi otağın pəncərəsindən ona giriş yeri qoyulmalı və onun giriş qapısının yeri dəyişdirilməlidir. Bununla da onun mənzilində olan rahatlığı pozulmalı və onun vəziyyəti pisləşməlidir. Nə üçün onun mənzil vəziyyətinin pisləşməsi ilə o, razılaşıb onun təklifini qəbul etməlidir. Bu onun mənzil və mükiyyət hüqüqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyası ilə onun mülkiyyət hüqüqları qorunur və qorunmalıdır. Əgər payının naturada bölünməsini istəyirsə ikinci qapısını bağlayıb küçə qapısından istifadə etməklə olan bölgü ilə razılaşar və bununla da məsələ bitmiş olar. Əgər razılaşmırsa onda o da onun iddiasını qəbul etmir və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflərindən bölgü sxemi məhkəməyə təqdim edilmişdir, həmin sxemdən göründüyü kimi də, payların naturada ayrılması mümkündür. İddiaçı mənzil üzrə payların naturada ayrılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun yaşadığı ünvanda (Z.Əhmədbəyov 32, köhnə ünvan ilə 16 küçəsində) illərdir onun qonşusu tərəfindən gecə işləyən “Mera” adlı PUB fəaliyyət göstərir. Sözü gedən qonşu ilə onun çıxarışı birdir. 2001-ci ildə onlar sözu gedən mənzili pul ödəyib payçı kimi almışlar. Sonradan qonşu mənzili satıb və o gündən sonra mənzil PUB şəklində işləyir, halbuki mənzil obyekt kimi qeydiyyatda deyil və ola bilməz. Ona görə ki, onların evindən çıxışları da birdir və gecələr ordan naməlum sərxoş şəxslər çıxır və onlar dinc yaşamalarına imkan vermir. Onlar öz təhlükəsizliyinə görə narahat olurlar. “PUB” mənzilin sahibi onlara hədə-qorxu gəlir və natura şəklində çıxarışı bölmək istəyir. Mənzili isə obyekt kimi qeydiyyata salmağa çalışır. O, teqaüdə çıxmış bir vətəndaş kimi bar ilə yaxın qonşuluqda yaşaya bilmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın qismən qəbul edilməsini, payın naturada bölünəcəyi təqdirdə qapının bölünməsi öhdəliyinin qarşı tərəfin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, müvafiq məhkəmə işi üzrə 1 saylı Bakı Ərazi İdarəsi maraqlarına toxunan şəxs kimi cəlb edilmişdir. Bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsinin əsasnaməsində dövlət reyestrini tətbiq etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək və ünvan reyestri aparmaq, həmçinin,onların qiymətləndirilməsini təmin etmək, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasını həyata keçirmək idarənin fəaliyyət istiqamətləri siyahısına aiddir. Ümumiyyətlə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə fəaliyyət göstərən DƏDKR X8 tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. Yuxarıda qeyd olunanlara əsasən, 1 saylı Bakı Ərazi idarəsinin cari məhkəmə işi üzrə maraqlı şəxs qismindən çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, gəlmiş tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin 03 otağı – 58,0 kv.m Qasım-X5, 01 otağı – 15,0 kv.m Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2989 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 02 saylı mənzilin iddiaçı Qasım-X6 aid 87,2 kv.m. ibarət sahəsinin (digər mülkiyyətçilərin paylarının naturada bölünməsinin mümkünlüyü nəzərə alınmaqla) naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmadığının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. - Azərbaycan Respublikası “X1” 124 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəss rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, ünvan 1 ünvanında yerləşən 02 saylı mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib edilən RX seriyalı, ******* nömrəli çıxarışına və mənzilə dair 2833-ə inventar nömrəli, xx.xx.2000-ci il tarixli Texniki Pasportuna əsasən ümumi sahəsi - 109.2m2 olan mənzildən Cavabdeh payına - 1 yaşayış otağı - 15.0 m2 (köməkçi sahələr ilə birlikdə - 21.8m2) və Qasım-X5 payına - 3 yaşayış otağı - 58.0 m2 (köməkçi 2 sahələr ilə birlikdə - 87.4m ) payının naturada ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”na uyğundur. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 02 saylı mənzil üzərində tərəflərin paylarına uyğun mülkiyyət hüququ tanınaraq, sonunculara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Çıxarışa əsasən, X7 qızı ünvan 1 ünvanında yerləşən 02 saylı mənzil 03 otağı – 58,0 kv.m.-dən ibarət yaşayış sahəsi hissəsinin mülkiyyətçisi hesab olunur. Həmin sahə onun faktiki sahibliyində və istifadəsindədir. Hazırda o, mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. X7 qızı öz payını cavabdehin payından ayırmaq, payı üzərində xüsusi mülkiyyət hüququnu fərdi qaydada, təkbaşına olaraq qeydiyyata aldırmaq niyyətindədir. Azərbaycan Respublikası “X1” 124 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəss rəyinə əsasən Cavabdeh payına - 1 yaşayış otağı - 15.0 m2 (köməkçi sahələr ilə birlikdə - 2 21.8m ) və Qasım-X5 payına - 3 yaşayış otağı - 58.0 m2 (köməkçi sahələr ilə birlikdə - 87.4m2) payının naturada ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01.89*un tələblərinə və “Məhkəmə Tikinti-X3 Metodları”na uyğundur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ümumi sahəsi 109.2 m2 təşkil edən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin iddiaçı Qasım-X5 müliyyətində olan 87.2 m2-dən ibarət və Cavabdeh mülkiyyətində olan 22 m2-dən ibarət payları bölgü sxeminə uyğun olaraq (ekspert rəyinə uyğun olaraq) naturada ayrılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 10/2989 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manatı iddiaçı X7 qızından, 25 (iyirmi beş) manatı isə Cavabdeh müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş materiallarında olan 124 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatı iddiaçı X7 qızından, 150 (yüz əlli) manatı isə Cavabdeh müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ümumi sahəsi 109.2 m2 təşkil edən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin iddiaçı Qasım-X5 müliyyətində olan 87.2 m2-dən ibarət və Cavabdeh mülkiyyətində olan 22 m2-dən ibarət payları bölgü sxeminə uyğun olaraq (ekspert rəyinə uyğun olaraq) naturada ayrılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı iddiaçı X7 qızından, 25 (iyirmi beş) manatı isə Cavabdeh müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərcinin 150 (yüz əlli) manatı iddiaçı X7 qızından, 150 (yüz əlli) manatı isə Cavabdeh müştərək qaydada tutularaq X2, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ 37NABZ013501**********1944, X4 MMC VÖEN **********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1457/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1457/2023
16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver