Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1474/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və “X5 Car” MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və “X5 Car” MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və “X5 Car” MMC-dən müştərək olaraq subroqasiya qaydasında 350 manat məbləğində maddi ziyan və 20,4 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1474/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh2 münasibətdə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, ** TU *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsi 21.02.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 22.06.2018-ci il tarixdə Cavabdeh2 məxsus ** TU *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsilə ** BU *** dövlət qeydiyyat nişanlı “Honda” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sığortalı avtonəqliyyat vasitəsi səlahiyyəti olmayan şəxs tərəfindən yol vərəqəsi verilməsi nəticəsində sürücü avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş 28.06.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** BU *** dövlət qeydiyyat nişanlı “Honda” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 12.07.2018-ci il tarixli sığorta aktına 350 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır köçürmə həyata keçirilmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh “X5 Car” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Hyundai” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materillarında olan AP ******* nömrəli, 25.06.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X3 25.06.2018-ci il tarixdə “Hyundai” minik markalı, **-TU- *** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, R.İsmayılov küçəsində manevr qaydasını pozaraq qarşıdan gələn “Honda” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Protokola əsasən X3 avtomobili “Renta Car” tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. İş materiallarında olan etibarnamənin surətinə əsasən “X5 Car” MMC tərəindən **- TU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobilin idarə olunması üçün 18.06.2018-ci il tarixdən 04.07.2018-ci il tarixədək X2 etibar edilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli, ***-*******20 nömrəli məktubu ilə təqdim edilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışına əsasən **-TU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil 11.02.2015-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir və 18.01.2019-cu il tarixdə 18.01.2024-cü il tarixədək etibarnamə ilə “xxxx” MMC-yə səlahiyyətlər ötürülmüşdür. İş materiallarında olan 12.07.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, ** BU *** dövlət qeydiyyat nişanlı “Honda” markalı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 350 manat “xxxx” ASC tərəfindən sığorta ödənişi olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman X1 idarə etdiyi “Hyundai” minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuşdur. X2 “xxxx” MMC tərəfindən verilmiş etibarnamə olması göstərilsə də, hadisə baş verən tarixdə cavabdeh “xxxx” MMC-yə etibarnamə verilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər iddiaçı “xxxx” ASC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş 350 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını xahiş edir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X5 Car” MMC-dən 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X5 Car” MMC-dən 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul “xxxx” ASCnin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1474/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1474/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver