Məhkəmə qərarları › İş №e-2(004)-148/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-148/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-148/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 2070 (iki min yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 40,70 (qırx manat yetmiş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 MMC-yə məxsus 99A780 dövlət qeydiyyat nişanlı, “Haojue TZ 125” markalı motosiklet xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibinə 1320 (bir min üç yüz iyirmi) manat, X1 dəymiş zərər üzrə 750 (yeddi yüz əlli) manat, ümumilikdə 2070 (iki min yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon DYPŞ-i tərəfindən tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarda da müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi (kuryeri) olmuşdur. Həmçinin Cavabdeh2 MMC qeyd olunan faktı təsdiq etmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 07 iyun 2023-cü il tarixli 0779/23 nömrəli məktubla Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı 2070 (iki min yetmiş) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cabadehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh X11 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 MMC isə nümayəndəsinin iştirakını təmin etməmişdir və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Hesab edir ki, əsl cavabdeh yalnız digər cavabdehdir. Onların həmin dövrdə digər cavabdehin avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi barədə məlumatları olmamışdır. Avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, məbləğ çoxdur. Avtonəqliyyat vasitəsinin yalnız qapısı və şüşəsi sınmışdır. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 ünvanlanmış 07 iyun 2023-cü il tarixli 0779/23 nömrəli məktubdan görünür ki, Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı 2070 (iki min yetmiş) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə pulun məhkəmə qaydasında tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığa dəymiş zərəri aradan qaldırılması üçün 750 manat sığorta ödənişi Elfana Amiraslanovanın şəxsi hesabına köçürülür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində zədələnmiş Nissan Sunny markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1320 manat sığorta ödənişi X9 şəxsi hesabına köçürülür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PQA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən Cavabdeh2 MMC-nin mülkiyyətində olan Haojue HJ TZ125 markalı, 99A780 dövlət qeydiyyat nişanlı motosiklet xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC -də sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 1785/2019 saylı qiymətləndirmə aktından görünür ki, nəqliyyat hadisəsi nəticəsində Nissan Sunny markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1320 manat müəyyən edilmişdir. İş materiallarında olan AD seriyalı 291668 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Haojue HJ TZ125 markalı, 99A780 dövlət qeydiyyat nişanlı motosiklet xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş motosikllar üçün yol vərəqəsindən görünür ki, Haojue HJ TZ125 markalı, 99A780 dövlət qeydiyyat nişanlı motosiklet Azərbaycan Respublikası ərazisində idarə etmək üçün Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığotası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus 99A780 dövlət qeydiyyat nişanlı, “Haojue TZ 125” markalı motosiklet xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, X1 isə yüngül zərər dəymişdir . Araşdırma zamanı Cavabdeh1 motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuşdur. İş materiallarında olan İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 99A780 dövlət qeydiyyat nişanlı, “Haojue TZ 125” markalı motosikleti idarə edərkən xx.xx.2019-cu il tarixdə AR İXM-nin 327.2, 329.1, 332.2, 332.4və 342.7-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.1, 332.2, 332.4 və 342.7-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, X9 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.1, 332.2, 332.4 və 342.7-cü maddələrində göstərilən inzibati xətalar olduğundan qərarın surətinin həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Biliyinin xx.xx.2019-cu il tarixli 204 nömrəli ekspert rəyinin surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tağşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1320 manat sığorta ödənişi X9 şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tağşırığından görünür ki, "xxxx" ASC tərəfindən 750 manat sığorta ödənişi X3 şəxsi hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2023-cü il tarixli 9/7454 saylı ekspert rəyinə əsasən “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1320 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 04 dekabr 2023-cü il tarixli 9/7454 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza təqdiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 MMC-yə məxsus 99A780 dövlət qeydiyyat nişanlı, “Haojue TZ 125” markalı motosiklet xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuş və X1 yüngül zərər dəymişdir. Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərarına əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, X9 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.1, 332.2, 332.4 və 342.7-cü maddələrində göstərilən inzibati xətalar olduğundan qərarın surətinin həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı tərtib olunmuş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.1, 332.2, 332.4 və 342.7-cü maddələri ilə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Göründüyü kimi sürücü Cavabdeh1 motosikleti sürücülük hüququ olmadan idarə etmişdir. (sürücünün sürücülük vəsiqəsi olmamışdır). İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş motosikllar üçün yol vərəqəsindən görünür ki, Haojue HJ TZ125 markalı, 99A780 dövlət qeydiyyat nişanlı motosiklet Azərbaycan Respublikası ərazisində idarə etmək üçün sürücülük hüququ olmayan Cavabdeh1 etibar edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün "xxxx" ASC tərəfindən X2 yetirilən yüngül xəsarətə görə 750 manat və X9 mülkiyyətində olan “Nissan Sunny” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1320 manat, ümumilikdə isə 2070 manat sığorta ödənişi zərərçəkənlərin hesabına köçürülmüşdür. "xxxx" ASC cavabdehlərə geriyə tələb (subroqasiya) məktubu göndərsə də, cavabdehlər tərəfindən müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə, həmçinin Cavabdeh2 MMC mülkiyyətində olan motosikleti sürücülük vəsiqəsi olmadan idarə etmək üçün Cavabdeh1 verdiyinə görə, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmasını tələb edərkən haqlı olmuşdur. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2070 (iki min yetmiş) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,70 (qırx manat yetmiş qəpik) manat pul da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul cavabdehlər X7 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2070 (iki min yetmiş) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,70 (qırx manat yetmiş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul cavabdehlər X7 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar