Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1497/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc qismində verilmiş 140.000 (yüz qırx min) manat pulun və ödənilmiş 431 (dörd yüz otuz bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ildən başlayaraq 2022-ci ilin iyun ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 140.000 (yüz qırx min) manat pulu almış, lakin qaytarmamışdır. Göstərilən xüsusat Yasamal RPİ İstintaq Şöbəsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan qəbzə əsasən cavabdeh göstərilən faktı etiraf etmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Yasamal RPİ İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırma hissəsində (11-ci abzas) qeyd edilmişdir ki, CD diskdə olan video görüntülərə əsasən Cavabdeh İddiaçı 140.000 manat borcu olmasını etiraf etmişdir. Həmçinin, sözügedən qərarın təsviri hissəsində İddiaçı ilə Cavabdeh arasında borc münasibətlərinin olması xüsusatı öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbzə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı 140.000 (yüz qırx min) manat borcu olduğunu etiraf etmiş və müvafiq borc məbləğini qısa zamanda qaytaracağı barədə vəd vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 337.5, 739 və 740.2-ci maddələri çıxış edir. MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, MM-in 740.2-ci maddəsi qüvvədədir, aşkar və müəyyən normadır. Belə ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Bağlanmış borc müqaviləsinin predmeti 140.000 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, MM-in 740.2-ci maddəsinin tələblərinə əsasən, müqavilənin yazılı formada bağlanması tələbinə tərəflər əməl etməmişlər və bu hal müqavilənin etibarsızlığına səbəb olmuşdur. Belə ki, tərəflər arasında göstərilən müqavilə MM-in 337-ci maddəsinin tələblərinə əsasən etibarsız hesab olunmalı və MM-in 337.5-ci maddəsinin tələblərinə əsasən tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, yazılı və ya şifahi formada hər hansı sübut, material təqdim etməmiş, ümumiyyətlə, iddia tələbinin təkzib edilməsinə dair hər hansı mülahizə bildirməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün 3 (üç) hazırlıq iclası və 1 (bir) baxış iclası olmaqla ümumilikdə 4 (dörd) iclas keçirilmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 431 (dörd yüz otuz bir) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinin predmeti 3000 manatdan yuxarı məbləğ, yəni 140.000 manat pul məbləği təşkil etdiyindən sözügedən müqavilə etibarsız hesab olunmalıdır. Müqavilə üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Bu səbəbdən, iddia tələbi təmin edilməli, Cavabdeh 140.000 (yüz qırx min) manat pul və ödənilmiş 431 (dörd yüz otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 140.000 (yüz qırx min) manat pul və ödənilmiş 431 (dörd yüz otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1497/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1497/2023
24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver