Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1503/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı (Suraxanl rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Mercedes Benz 350 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin 10000 (on min) manat qiymətləndirilməsi barədə Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli hesabatının və həmin hesabat əsasında həmin avtomobilin satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ASC ilə X16 oğlu arasında kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə 46600 dollar kredit verilmişdir. Kreditin təminatı olaraq Hikmət Qurbanovun adına olan Mercedes Benz 350 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil Bankın ipotekasına verilmişdir. İpoteka müqaviləsində avomobilin qiyməti 46948 dollar (həmin dövrün məzənnəsinə uyğun 36620 manat) razılaşdırılmışdır. Eyni tarixli zaminlik müqaviləsi ilə İddiaçı oğlu zamin kimi rəsmiləşdirilmişdir. Bank kreditin gecikdirilməsini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı qətnaməsi ilə əsas borclu X16 oğlundan və zamin İddiaçı oğlundan 37518,88 dollar tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Mercedes Benz 350 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin satılaraq pulunun borca ödənilməsi qət edilmişdir. Qətnamə icra olunmaq üçün Suraxanı Rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin sifarişi əsasında avtomobil Cavabdeh3 MMC tərəfindən cəmi 10000 (on min) manat qiymətləndirilmiş, daha sonra isə həmin ilkin satış qiyməti ilə "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə Bağırlı Sərxan Rasif oğlu adlı şəxsə satılmışdır. Açıq-aşkar görünür ki, ipoteka predmeti olan Mercedes Benz 350 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil bazar qiymətindən qat-qat ucuz qiymətləndirilmiş və satılmışdır. Borcu ödəyə bilmədikləri üçün həmin avtomobil 2012-ci ildə borclular tərəfindən Banka təqdim edilmişdir. Ondan sonra Bank tərəfindən avtomobil müxtəlif adamlara verilmişdir. Əslində 2012-ci ildə Bank maşını satıb borcu bağlamalı idi. Nəhayət 2018-ci ilin fevralında isə hərracdan satılmışdır. Hamıya bəllidir ki, tanınmış dünya brendlərinə, o cümlədən Mercedes markasına məxsus avotomobillərin qiyməti illər ötsə də azalmır. Bircə turbo.az portalına baxmaq kifayətdir ki, 2008-ci il istehsallı Mercedes Benz 350 markalı maşının 2018-ci ildə qiymətini müəyyən etsinlər . Digər tərəfdən 2018-ci ilin fevral ayında keçirilmiş hərrac barədə İddiaçı oğluna heç bir məlumat verilməmişdir. Ona bildiriş göndərilməmişdir. Bu isə onun ipoteka predmeti hesabına borcun ödənilməsi, beləliklə mülkiyyət hüququnu pozmuşdur. Daha sonra iddiaçının vəkili Nümayəndə1 iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mercedes Benz 350 markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, WDBUF56X58B204633 ban nömrəli avtomobilin 10000 (on min) manat qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli hesabatının və həmin hesabat əsasında həmin avtomobilin satılması barədə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli hərracın nəticələrinin (hərracda bağlanmış müqavilə və digər sənədlərin) etibarsız hesab edilərək ləğv edilməsi, həmin avtomobilin 23500 (iyirmi üçün beş yüz) manat ilkin satış qiyməti ilə yeni hərracının keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddiaçının hərracın nəticələrini 6 il sonra mübahisələndirməklə iddia müddətini ötürdüyünü, iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(010)- 5836/2015 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 31 iyul 2012-ci il tarixli 12002-0096/128495 saylı kredit müqaviləsi ləğv edilməsi, kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dolları əsas borc, 4376,34 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə X2 alınması və "xxxx" ASC-nə verilməsi, tutma ipoteka predmeti olan, cavabdeh X5 məxsus "Mercedes Benz 350" markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomaşına yönəlməsi, həmin avtomaşın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehin "xxxx" ASC-nə olan borcu ödənilməsi, borc tam ödənildikdən sonra qalan pul vəsaiti cavabdehə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pul vəsaiti cavabdeh X2 alınması və "xxxx" ASC-nə verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, 12 fevral 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(010)-5836/2015 saylı qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq, qətnamənin nəticə hissəsində göstərilmiş “kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dolları əsas borc, 4376,34 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə X2 alınması və "xxxx" ASC-nə verilməsi” hissəsində “kredit müqaviləsinə əsasən 37518,88 (otuz yeddi min beş yüz on səkkiz dollar səksən səkkiz sent) ABŞ dolları məbləğində (28142,54 ABŞ dolları əsas borc, 4376,34 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları məbləğində penya borcu olmaqla) pul vəsaiti ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə X2 və İddiaçı birgə qaydada alınması və "xxxx" ASC-nə verilməsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin “İcraata başlamaq haqqında” 08 sentyabr 2020-ci il tarixli qərarına əsasən Bakı Suraxanı Rayon Məhkəməsi Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu İddiaçı icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. 02 sentyabr 2016-cı il tarixli “borclunun əmlakının axtarılması haqqında” qərardan görünür ki, borclu X5 məxsus “Mercedes Benz E350” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi, əmlakın axtarılması BDYPİ-nə həvalə edilməsi qərara alınmışdır. 05 oktyabr 2017-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərardan görünür ki, borclu X5 məxsus “Mercedes Benz E350” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün X1 keçirən “X8 Cəmiyyətindən” mütəxəssis dəvət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən göndərilmiş kompüter çıxarışından görünür ki, “Mercedes Benz” markalı “E350” modelli, ağ rəngli, mühərrik həcmi 3500 sm3 olan avtomobilin sahibi X6r. "xxxx" MMC-nin Əmlakın qiymətlənləndirilməsinin nəticələri haqqında 27 dekabr 2017-ci il tarixli hesabatın surətindən görünür ki, “Mercedes Benz” markalı “E350” modelli, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin baxış keçirildiyi günə qiyməti 10.000 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu X5 məxsus “Mercedes Benz 350” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılması barədə sifariş icra edilməsi üçün Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 19 yanvar 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən “Mercedes Benz” markalı “E350” modelli, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil, əmlak qiyməti 10000 manat olan avtomobil açıq hərraca çıxarılmışdır. 21 fevral 2018-ci il tarixdə saat 11:00-da, ünvan 1 ünvanında keçirələcəkdir. Bildirişin surəti Suraxanı rayon icra şöbəsinə, tələbkara və borcluların ünvanına göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, Y-66 saylı “X14 barədə Protokol”unun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka predmeti olan, ilkin satış dəyəri 10000 manat məbləğində müəyyənləşdirilən “Mercedes Benz E350” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, Suraxanı rayon İcra Şöbəsi xx.xx.2018-ci il tarixli sifariş əsasında qalib alıcı X13 tərəfindən 10000 manata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin 22 fevral 2018-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5836/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə xitam verilməsi qərara alınmışdır. AR DİN Baş X19i idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olubnmuş Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasında olan məlumatların komöüter çıxarışından görünür ki, “Mercedes Benz E350” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixində X4 adına qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixdə hərrac protokoluna əsasən X7 adına, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X9 adına, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9\3256 saylı ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı, “Mercedes Benz” markalı “E350” modelli, ağ rəngli, mühərrik həcmi 3500 sm3 olan avtomobilin Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş hesabatda qeyd olunan xüsusatlar (qüsurlar) nəzərə alınmaqla 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayınadək olan orta bazar qiyməti nəzəri qaydada təxminən 23500 manat müəyyən olunur. “İpoteka haqqında” Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı iddiası əsassızdır. İddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İş materiallarında olan sənədlərdlə müəyyən olunmuşdur ki, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir. İpoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair hesabat da əmlak mülkiyyətçisi X11 tərəfindən mübahisələndirilməmişdir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki dövriyyənin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə açıq hərracda X13 tərəfindən əldə olunmuş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasında X12, xx.xx.2021-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmışdır. Hərracın nəticələri etibarsız hesab olunacağı təqdirdə üçüncü şəxslərin hüquqlarına da xələl gəlmiş olacaqdır. Bundan başqa iddia tələbi özü-özlüyündə əsassız olduğundan, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalı, həmçinin keçirilmiş ekspertizanın xərci iddiaçıdan tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh3 MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı “qiymətləndirmə hesabatının və hərracın nəticəsinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1503/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1503/2024
30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver