Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1518/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh1 ASC-yə qarşı, üstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra Şöbəsi, Respublika Xammal Əmtəə Birjası "xxxx" MMC cəlb edilməklə ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin, 30 saylı mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxırışın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 01.10.2018-ci il tarixli, 2(103)-9371/2018 nömrəli icra sənədinə əsasən, cavabdehlər İddiaçı və Nümayəndə1 21796,95 manat əsas borc, 3910,25 manat faiz borcu, 800 manat cərimə, cəmi 26507,20 manat kredit borcu və 30 manat dövlət rüsumu müştərək qaydada alınaraq, Cavabdeh1 ASC-yə ödənilməli, tələb İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 saylı evin 30 saylı mənzilinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti 72000 manat olmaqla açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsait Cavabdeh1 ASC-yə olan borcuna ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 21.10.2019-cu il tarixli, 17/74-7667/23 saylı sifariş məktubu əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Belə ki, hərracın keçirilməsinə dair 06.12.2019-cu il tarixli, 01/2 nömrəli “hərracın keçirilməsinə dair bildiriş”ə əsasən ipoteka predmetinin 24.12.2019-cu il tarixdə ilkin satış qiyməti 72000 manat olmaqla birinci hərracı keçirilmişdir. Hərrac təşkilatının 27.12.2019-cu il tarixli, 02 nömrəli bildirişinə əsasən sözügedən ipoteka predmeti 07.01.2020-ci il tarixdə 15 faizdən az olan qiymətlə, yəni 61200 manat qiymətlə ikinci hərraca çıxarılmışdır. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 10.01.2020-ci il tarixli, 0473 saylı məktubuna əsasən qeyd olunmuş hər iki hərrac baş tutmamış və bu barədə “Birja yenilikləri” qəzetinin 10.01.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Beləliklə, hərrac təşikatı “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, ipoteka predmetini ipoteka saxlayan Cavabdeh1 ASC-yə təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 45900 manat olmaqla ipoteka saxlayana təklif etmişdir. Bundan sonra ipoteka saxlayan Cavabdeh1 ASC Xətai rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsinin icra olunmadan geri qaytarılması barədə ərizə vermiş, həmin ərizə əsasında da Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarov 16.01.2020-cu il tarixli müvafiq qərar qəbul etmişdir. İcra vərəqəsi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldıqdan bir müddət sonra sözügedən icra vərəqəsi qanunsuz olaraq təkrar hərraca yönəldilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən qanunsuz olaraq 28.12.2021-ci il və 10.01.2022-ci il tarixlərdə eyni ipoteka predmeti ilə bağlı üçüncü və dördüncü hərraclar keçirilmişdir. Beləliklə, ipoteka saxlayan Cavabdeh1 ASC-nin ipoteka predmetini əldə etməməsi səbəbi ilə İpoteka qoyanın İddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Hərrac təşkilatının 10.01.2020-ci il tarixli təklifindən 2 (iki) ildən çox müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildrimişdir ki, 2019-cu ildə təkrar hərrac barədə bildirişi aldıqdan sonra banka müraciət etmiş və bankla razılıq əldə etdikdən sonra borcu ödəməyə başlamış, hər ay ödəniş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, ipotekaya xitam verilməsinə əsaslar yoxdur. Belə ki, hərrac tərəfindən göndərilmiş təklif əvvəlcə bank tərəfindən qəbul edilmişdir. Lakin sonradan iddiaçı borcun ödənilməsi barədə banka müraciət etdiyindən və onunla bu barədə razılıq əldə edildiyindən bank “İcra haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə geri qaytarılması barədə icra məmuruna müraciət etmişdir. Bank tərəfindən hərəkətsizliyə yol verilməmişdir. Tələbkar olaraq bankın sonradan yeni müraciətinə əsasən icra sənədi yenidən icraya yönəldilmiş və yeni icra münasibətləri başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən bu qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Tərəflərin nümayəndələrinin məhkəmədə verdiyi izahatlardan və təqdim edilmiş yazılı sübutlardan müəyyən edilmişdir ki, 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin 01.10.2018-ci il tarixli 2(103)-9371/2018 saylı qətnaməsi brinci dəfə icraya yönəldilmiş və icra sənədinin icrası ilə əlaqədar təşkil olunmuş birinci və təkrar hərrac barəsində həmin iş üzrə cavabdeh İddiaçı bildirişlər göndərilmişdir. Hərrac barədə bildirişləri aldıqdan sonra İddiaçı banka müraciət edərək məhkəmənin qətnaməsi ilə ondan tutulması qərara alınmış kredit borcunun ödənilməsini təklif etmiş, bank tərəfindən onun bu təklif qəbul edilmişdir. Borclu İddiaçılə borcun ödənilməsi barədə razılıq əldə edildiyindən bank hərrac mərkəzinin ipoteka predmetinin alınması barədə təklifini qəbul etməsinə baxmayaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə səasən icra şöbəsinə müraciət edərək icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Lakin sonradan tələbkar bankla cavabdeh arasında yaranmış mübahisə ilə əlaqdadar bank “İcra haqqında” Qanunda nəzərədə tutulmuş hüququndan istifadə edərək, yəni qanunun 23.3-cü maddəsinə əsasən icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə müraciət etmiş və onun müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmişdir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC tərəfindən təqdim edilmiş hərrac sənədlərindən görünür ki, yenidən icraya yönəldilmiş icra sənədi əsasında iki dəfə hərrac keçirilmiş, lakin həmin hərracların baş tutmaması səbəbindən hərrac mərkəzi tərəfindən ipoteka predmetinin bank tərəfindən əldə olunmasına dair banka 11.01.2022-ci il tarixdə təklif göndərilmiş və bank tərəfindən həmin təklif 30 gün müddətində qəbul edilmişdir. Göründüyü kimi, ipoteka saxlayan tərəfindən “təkrar hərrac baş tutmamış” elan edildikdən sonra, 30 təqvim günü ərzində bank tərəfindən ipoteka əmlakı əldə edilmiş və bu barədə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalamışlar. Bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1518/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1518/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver