Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1546/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A5 minik” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pulun yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5939/2021 saylı iş üzrə olan xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilərək, “Audi A5 minik” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlaklar üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payı müəyyən edilmişdir. Bu qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2021-ci il tarixdə isə icra vərəqəsi verilmişdir. Həmin məhkəmə işinə baxıldığı dövrdə olduğu kimi, qeyd olunan qətnamədən sonra, hazırda da hər üç avtomobil cavabdehin sahiblik və istifadəsindədir. Cavabdeh ona nə maşınlardan istifadə etməyə imkan verir, nə də, paylı mülkiyyətində olan bu avtomobillər üzərində paylı mülkiyyətə xitam verilməsi barədə hər hansı razılaşmanı qəbul etmir. Yaranmış bu vəziyyət isə hər üç əmlaka münasibətdə mülkiyyət hüququnun məhdudlaşmasına gətirib çıxarmışdır. Hesab edir ki, onun üçün əlverişsiz vəziyyətdən çıxış yolu ümumi mülkiyyət hüququna xitam verilməsidir. Məlum məsələdir ki, avtomobilləri paylarına uyğun olaraq naturada iki bərabər hissəyə bölərək, təyinatına uyğun istifadə etmək mümkün deyildir. Sözügedən əmlaklardakı payının dəyərinin ona ödənilməsi barədə cavabdehə etdiyi yazılı təklifinə hər hansı cavab verilməmişdir. Bununla da, cavabdeh əmlaklardakı payının dəyərinin ona ödənilməsi razılığını bildirməmişdir. Belə olan halda, sözügedən əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait paylarına uyğun olaraq, aralarında bölünməlidir. Göstərilənləri nəzərə alaraq, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pulun yarısının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Audi A5 minik” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışlardan əldə olunacaq pulun yarısının ona ödənilməsi, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun yarısı olan 7000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən bacısı X3 14000 manata satılmışdır. Bu alqı-satqı digər paylı mülkiyyətçi olan İddiaçı razılığı olmadan həyata keçirilmiş, həmin dövrdə o, Cavabdeh həyat yoldaşı idi və onun razılığı tələb olunurdu. İddiaçı bu alqı-satqının qiymətini (14000 manatı) bazar qiymətinə uyğun hesab etdiyindən, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və avtomobilin geri qaytarılaraq hərracdan satılmasına lüzum olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin tutulması tələbinə dair iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı nikahın pozulması, alimentin tutulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmin tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh adına olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1508A saylı bağ sahəsinin, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş, bu əmlakların özgəninkiləşdirilməsi Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayı Bakı Nikah evində xx.xx.2014-cü il tarixdə 55 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulmasının dayandırılması, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5939/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakların üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payın müəyyən edilməsi qət edilmişdir. - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli təklifinə əsasən “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərdəki ½ hissədəki paylarının, müstəqil qiymətləndirici tərəfindən obyektiv aparılmış qiymətləndirmə nəticəsində müəyyən olunmuş real bazar dəyəri olan pulu ona ödəməyini, bununla da, avtomobillər üzərində onun paylı mülkiyyət hüququna xitam verməyini təklif etmişdir. - AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 3-13-16/2-8384/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən “Audi A5 minik” markalı, boz metallik rəngli, ban nömrəsi WAUZZZ8T19A004109, buraxılış ili 2008, dövlət qeydiyyat nişanı **-SS-*** olan avtomobil xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyata alınmış, “Volkswagen Polo sedan minik” markalı, qara metallik rəngli, ban nömrəsi XW8ZZZ61ZGG019468, mühərrik: CFN696618; buraxılış ili 2015, dövlət qeydiyyat nişanı **-SU-*** olan avtomobil xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü X2 adına qeydiyyata alınmış, “Moskviç minik” markalı, açıq sarı rəngli, ban nömrəsi 84082, buraxılış ili 1975, dövlət qeydiyyat nişanı **-SL-*** olan avtomobil xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyata alınmışdır. - AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 3-13-16/2-31876/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən “Volkswagen Polo sedan minik” markalı, qara metallik rəngli, ban nömrəsi XW8ZZZ61ZGG019468, mühərrik: CFN696618; buraxılış ili 2015, dövlət qeydiyyat nişanı **-SU-*** olan avtomobil xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqavilələri əsasında onun adından qeydiyyatdan çıxarılmışdır, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü X2 adına qeydiyyata alınmışdır. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5939/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilərək, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakların üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payın müəyyən edilməsi qət edilmişdir. Bundan sonra qətnamə 12 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almış və 18 noyabr 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. İddiaçı avtomobillərdəki ½ hissədəki paylarının, müstəqil qiymətləndirici tərəfindən obyektiv aparılmış qiymətləndirmə nəticəsində müəyyən olunmuş real bazar dəyəri olan pulu ona ödəməyini, bununla da, avtomobillər üzərində onun paylı mülkiyyət hüququna xitam verməyini cavabdehə təklif etmişdir. “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillər cavabdehin sahiblik və istifadəsindədir. Cavabdeh iddiaçıya maşınlardan istifadə etməyə imkan vermir, paylı mülkiyyətində olan bu avtomobillər üzərində paylı mülkiyyətə xitam verilməsi barədə hər hansı razılaşmanı qəbul etmir. Məhkəmə ilk növbədə iddia tələbinin “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması və satışlardan əldə olunacaq pulun yarısının ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5939/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakların üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payın müəyyən edilmiş, işin bu halı iş materiallarında olan digər sübutlarla da, öz təsdiqini tapmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, paylı mülkiyyətdə olan sözü gedən nəqliyyat vasitələrinin naturada bölünməsi və payların real surətdə ayrılmasının qeyri-mümkünlüyü açıq-aşkar bəlli olduğundan və bununla bağlı müvafiq ekspertizanın təyin edilməsinə zərurət olmadığından, məhkəmə həmin avtomobillər üzrə ekspertizanın keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə eyni zamanda iddia tələbinin “Volkswagen Polo sedan minik” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun yarısı olan 7000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, mülki iş məhkəmənin icraatında olan zaman, Cavabdeh “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 14000 manata ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü X1. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş və qanuni qüvvəsini almışdır. Mübahisəli avtomobilə görə 14000 manat məbləğində ödəniş edildiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, sözü gedən avtomobilə görə ödənilmiş 14000 manat pul vəsaitinin ½ hissəsi, 7000 (yeddi min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakınm bölünməsi nikah övründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.3-cü maddəsinə görə isə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Məhkəmə eyni zamanda onu da nəzərə alır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5939/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli avtomobillər birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakların üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri açıq hərracdan satılmalı, əldə olunan vəsait Cavabdeh və İddiaçı arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilməli, “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 14000 (on dörd min) manat pul vəsaitin yarısı, yəni 7000 (yeddi min) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Audi A5 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı və “Moskviç minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri açıq hərracdan satılsın. Əldə olunan vəsait Cavabdeh və İddiaçı arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilsin. “Volkswagen Polo sedan minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 14000 (on dörd min) manat pul vəsaitin yarısı, yəni 7000 (yeddi min) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1546/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1546/2023
24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver