Məhkəmə qərarları › İş №e-2(004)-1547/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1547/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1547/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlakın satılması ilə bağlı keçirilmiş 18 avqust 2021-ci il tarixli və 06 sentyabr 2021-ci il tarixli hərraclar etibarsız sayılması, "xxxx" MMC tərəfindən tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli 301/21 nömrəli protokol və onun əsasında Cavabdeh2 ASC ilə bağlanmış 28 sentyabr 2021-ci tarixli müqavilə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəm iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə "xxxx" MMC-nin cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 barışıq sazişinin təsdiq olunmasını və mülki işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 iyun 2023-cü il tarixdə barışıq sazişindən görünür ki, tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıda göstərilənlər barədə tam razılığa gəlmişdir: 1.1 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda bankın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini xx.xx.2023-cü il tarixədək iddiaçının təklif etdiyi müştəriyə və ya qarşılıqlı razılıq əsasında ən yüksək qiymət təklif etmiş müştəriyə satılmasına Cavabdeh2 ASC razılıq verəcəyinə, satışdan ədə olunan gəlir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-328/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X2 Cavabdeh2 ASC-nin xeyrinə 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 506000 (beş yüz altı min) manat əsas, 60500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat, 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 18,2 (on səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu, 36,4 (otuz altı manat qırx qəpik) manat xidmət haqqı, cəmi 576 099,97 (beş yüz yetmiş altı min doxsan doqquz manat doxsan yeddi qəpik) manat pulu, habelə hərrac və icra xərcləri ödənildikdən sonra qalan məbləği İddiaçı verilir. 1.2 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gəldikləri müddətdə (xx.xx.2023) və ondan sonrakı dövrdə digər cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlakın satılması ilə bağlı keçirilmiş 18 avqust 2021-ci il tarixli və 06 sentyabr 2021-ci il tarixli hərracların etibarsız sayılması, "xxxx" MMC tərəfindən tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli 301/21 nömrəli protokol və onun əsasında Cavabdeh2 ASC ilə bağlanmış 28 sentyabr 2021-ci tarixli müqavilə etibarsız hesab olunması tələbinə dair hər hansı bir iddiası və tələbi olmayacaq, barışıq sazişi təsdiq edildikdən sonra iddiaçı hazırkı iddiadan imtina edir. 1.3 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gəldikləri müddətdə (xx.xx.2023) İddiaçı və ya borclu X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 328/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasında müəyyən edilmiş borcu başqa gəlir mənbələri vasitəsi ilə ödədikləri halda Cavabdeh2 ASC tərəf ərizə yazaraq sözügedən əmlakın İddiaçı mülkiyyətinə vergilər və sair xərclər çıxılmaqla geri qaytarılması öhdəliyini öz üzərinə götürür. 1.4 İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərindən məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Hazırki Sazişin bu bəndi Sazişin 1.2 və 1.3-cü bəndləri yerinə yetirildiyi anda həyata keçirilir. 1.5 İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X3 icraatında olan İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı "çıxarışın ləğv edilməsi və ipotekanın xitam olunması" tələbinə dair 2(004)- 2945/2023 saylı mülki işin baxılmamamış saxlanılması ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmadığına görə hazırki iş üzrə icraata xitam verilməli, iddiaçıya daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 iyun 2023-cü il tarixdə barışıq sazişi təsdiq olunsun: 1.1 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda bankın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini xx.xx.2023-cü il tarixədək iddiaçının təklif etdiyi müştəriyə və ya qarşılıqlı razılıq əsasında ən yüksək qiymət təklif etmiş müştəriyə satılmasına Cavabdeh2 ASC razılıq verəcəyinə, satışdan ədə olunan gəlir Bakı Apellyasiya Məhkəməsinin 2(103)-328/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X2 Cavabdeh2 ASC-nin xeyrinə 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 506000 (beş yüz altı min) manat əsas, 60500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat, 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 18,2 (on səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu, 36,4 (otuz altı manat qırx qəpik) manat xidmət haqqı, cəmi 576 099,97 (beş yüz yetmiş altı min doxsan doqquz manat doxsan yeddi qəpik) manat pulu, habelə hərrac və icra xərcləri ödənildikdən sonra qalan məbləği İddiaçı verilir. 1.2 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gəldikləri müddətdə (xx.xx.2023) və ondan sonrakı dövrdə digər cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus daşınmaz əmlakın satılması ilə bağlı keçirilmiş 18 avqust 2021-ci il tarixli və 06 sentyabr 2021-ci il tarixli hərracların etibarsız sayılması, "xxxx" MMC tərəfindən tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli 301/21 nömrəli protokol və onun əsasında Cavabdeh2 ASC ilə bağlanmış 28 sentyabr 2021-ci tarixli müqavilə etibarsız hesab olunması tələbinə dair hər hansı bir iddiası və tələbi olmayacaq, barışıq sazişi təsdiq edildikdən sonra iddiaçı hazırkı iddiadan imtina edir. 1.3 İddiaçı Cavabdeh2 ASC ilə qarşılıqlı razılığa gəldikləri müddətdə (xx.xx.2023) İddiaçı və ya borclu X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 328/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasında müəyyən edilmiş borcu başqa gəlir mənbələri vasitəsi ilə ödədikləri halda Cavabdeh2 ASC tərəf ərizə yazaraq sözügedən əmlakın İddiaçı mülkiyyətinə vergilər və sair xərclər çıxılmaqla geri qaytarılması öhdəliyini öz üzərinə götürür. 1.4 İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərindən məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Hazırki Sazişin bu bəndi Sazişin 1.2 və 1.3-cü bəndləri yerinə yetirildiyi anda həyata keçirilir. 1.5 İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X3 icraatında olan İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı "çıxarışın ləğv edilməsi və ipotekanın xitam olunması" tələbinə dair 2(004)- 2945/2023 saylı mülki işin baxılmamamış saxlanılması ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar