Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1578/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması və İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması və İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Vəkil tərəfindən tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində manat təşkil edir. İş materiallarına əsasən müəyyən edilir ki, iddia tələbi üzrə dövlət rüsumu ödənilməmiş, rüsumdan azad edilməsi əsası kimi iddia əsassız olaraq istehlakçıların hüquqlarının pozulması tələbi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin nəticə hissəsinin 2-ci abzasında müvafiq pul vəsaitinin 3-cü şəxs Cavabdeh1 tutulması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəf həmin şəxsi 3-cü şəxs kimi deyil, cavabdeh kimi “Elektron məhkəmə” informasiya sisteminə daxil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddia ərizəsinin nəticə hissəsinin 1-ci abzası mülki icraat qaydasında baxılmalı olan tələb deyildir. İddia ərizəsinin 28 və 29-cu bəndlərinə əsasən “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə istinad edilməklə mübahisəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasının hüquqiliyi göstərilmişdir. İddiaçı izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal rayon DYPŞ və Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılması və İXM-in 327.1 və 332.3-cü maddələrinə əsasən 5120 manat cərimə borcunun tutulması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1578/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1578/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver