Məhkəmə qərarları › İş №e-2(004)-1591/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1591/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1591/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə vurduğu maddi ziyana görə 9.915 (doqquz min doqquz on beş) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat, ümumilikdə 14.915 (on dörd min doqquz yüz on beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq xeyrimizə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096 saylı məhəllədə Cavabdeh1 idarə etdiyi «MG-minik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X4 idarə etdiyi «MERSEDES BENZ-minik» markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və X5 idarə etdiyi «MERSEDES BENZ minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması baş vermişdir. Nəticədə 30 noyabr 2019-cu il tarixli Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyevin qəbul etdiyi qərarı ilə Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmiş, qərar Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov rayonu Polis İdarəsinin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Araşdırma zamanı onlara məlum olmuşdur ki, Cavabdeh1 idarə etdiyi avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən icarəyə götürülmüş və cəmiyyətə məxsusdur. Bundan əlavə baş vermiş hadisə nəticəsində onlara məxsus «MERSEDES BENZ-minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9.570 manat məbləğində ziyan dəymişdir. Hadisə törədən şəxs tərəfindən heç bir dəfə də olsun ziyanlarının ödənilməsi ilə bağlı cəhd edilməmişdir. Bundan başqa məlum olmuşdur ki, «MG-minik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində «icbari sığorta» olmamışdır. Baş vermiş hadisə nəticəsində 9.570 – avtomobilin təmiri üçün; - 210 manat – mediasiya xərcləri; - 135 manat – dövlət rüsumu xərcləri, ümumilikdə 9.915 manat məbləğində Cəmiyyətə maddi ziyan dəymişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh1 idarə etdiyi və hadisə törətdiyi nəqliyyat vasitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 adında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, Nümayəndə 135 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına köçürmüşdür. İş materiallarında olan X8 İXP ******* saylı, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, xx.xx.2019-cu il tarixində, saat 14:50-də «MG-minik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AC 550095 seriya nömrəli X2 Şəhadətnaməsindən görünür ki, «MERSEDES BENZ E350 minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Auto Badamdar” tərəfindən təqdim olunmuş Aktdan görünür ki, «MERSEDES BENZ E350 minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 9570 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «MG» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatdadır. İş materiallarında olan X8 İş üzrə İcraata Xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərara əsasən Cavabdeh1 barəsində AR İXM-nin 332.4-cü maddəsi üzrə başlanılmış iş üzrə icraata məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş İnzibati tənbeh verilmə müddəti başa çatdığından onun barəsində başlanılmış İXP ******* saylı X8 iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 68 saylı mütəxəssis rəyinə əsasən, MERSEDES BENZ E350 minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 9150 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 28 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096 saylı məhəllədə Cavabdeh1 idarə etdiyi «MG-minik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X4 idarə etdiyi «MERSEDES BENZ-minik» markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və X5 idarə etdiyi «MERSEDES BENZ minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması baş vermişdir. Baş vermiş hadisə nəticəsində İddiaçı MMC-yə məxsus «MERSEDES BENZ-minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 68 saylı mütəxəssis rəyindən görünür ki, MERSEDES BENZ E350 minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 9150 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-yə məxsus olan «MERSEDES BENZ-minik» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İş materiallarında olan X8 İXP ******* saylı, xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, xx.xx.2019-cu il tarixində, saat 14:50-də «MG-minik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 9150 (doqquz min yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbinin maddi ziyanın digər Cavabdeh2 tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, sözügedən avtomobilə dəymiş maddi ziyan Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyildir. Bundan əlavə Cavabdeh2 maddi ziyanın vurulmasında məsuliyyətini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırda mülki iş üzrə digər Cavabdeh2 nəqliyyat vasitəsinin sahibi olmasına baxmayaraq nəqliyyat vasitəsinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri müəyyən edilmir. Bundan əlavə iş materiallarında olan xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarda Cavabdeh1 izahatından görünür ki, «MGminik» markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-dən icarəyə götürülmüşdür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Qeyd edilənləri nəzərə alaraq, həmçinin məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyana görə 5.000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, hır bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkməyə təqdim etməlidir. Belə ki, iddiaçı mənəvi zərərlə bağlı tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, mənəvi zərərin vurulmasını təsdiq edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Habelə məhkəmə hesab edir ki, iddia tələbi qismən – 9150 manat məbləğində təmin edildiyindən, dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 111,5 manat məbləğində Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 9150 (doqquz min yüz əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 111,5 (yüz on bir manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar