Məhkəmə qərarları › İş №e-2(004)-1604/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1604/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1604/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı protokolların və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, dövlət rüsumu) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı Maraqlı şəxs olmaqla protokolların və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-2254/11 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə 16-cı Qurultayın nəticələrinin etibarsız hesab olunmasını nəzərə alaraq, İddiaçı 2010-2021-ci illərdə səlahiyyətsiz olduğundan xx.xx.2011-ci il və İddiaçı İctimayi Birliyinin xx.xx.2011-ci il və xx.xx.2013-cü il tarixlərdəki protokollarının Maraqlı şəxs Cəmaləddin oğlunun adına verilən xx.xx.2013-cü il tarixli JN-447966 nömrəli 01000003 kodlu “Torpağın istifadəyə verilməsinə dair Şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Hazırkı iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********51 nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmişdir.

7. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yox digər məhkəməyə ödənilmişdir ki, bu da rüsumun hazırkı işə aidiyyətini şübha altına almaqla, iş üzrə müəyyən edilmiş qaydada və məbləğdə rüsum ödənilmədiyini göstərir.

8. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

9. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsi və Maraqlı şəxs qarşı protokolların və şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçınə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar