Məhkəmə qərarları › İş №e-2(004)-1605/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1605/2022

14.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1605/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 09.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ekspertiza xərci və icra ödənişləri daxil olmaqla borclunun əvəzinə ödədiyini 9419 (doqquz min dörd yüz on doqquz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli, RPF-00041-15/19A saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 9120,94 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ilə "xxxx" ASC arasında 13.09.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh kreditinə zamin durmuşdur. "xxxx" ASC cavabdehlər Cavabdeh və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3522/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli, RPF00041- 15/19A saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı 9091,14 manat əsas borc, 48,81 manat faiz borcu, ümumilikdə 9139,95 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrası zamin olaraq İddiaçı tərəfindən tam olaraq təmin edilmiş və 23.09.2021-ci il taxirli xəzinə mədaxil orderinə əsasən 9171 manat məbləğində pul "xxxx" ASC-yə tam ödənilmişdir. Bu barədə Yasamal rayon İcraŞöbəsinin icra məmuru X1 tərəfindən e146200/2021-53-34 nömrəli icra işi üzrə 27.09.2021-ci il tarixdə çıxarılmış qərarın nəticəsinin daxil edilməsinə dair “elektron icra” sistemindən çıxarış təqdim edilmişdir. Eyni zamanda həmin mülki işin baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9358/2021 saylı, 16.09.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 230 manat ekspertiza xərci tutulmuşdur. Qeyd olunan 230 manat ekspertiza xərci də zamin İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə tam olaraq, bank xidmət haqqı da daxil omaqla 231 manat olmaqla ödənilmişdir. Həmçinin qeyd olunan icra vərəqəsinin icrası ilə bağlı zamin olaraq İddiaçı tərəfindən Xətai rayon İcra Şöbəsinə 17 manat icra ödənişi həyata keçirilmişdir. Zamin olaraq İddiaçı tərəfindən kreditorun tələbi, eləcə də borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər xərclər tam olaraq 9419 manat məbləğində ödənilmiş, lakin həmin məbləğ bugünədək dəfələrlə tələb olunmasına baxmayaq əsas borclu olan, Cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 3522/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı ümumilikdə 9139,35 manat borc və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 23.09.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən Cavabdeh kredit borcu üzrə 9171 manat "xxxx" ASC-yə ödənilmişdir. İş materialarında olan 16.11.2021-ci il tarixli, 8333 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən ekspertiza xərci olaraq 231 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 16.11.2021-ci il tarixli, 2664 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən icra ödənişi olaraq 17 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 27.01.2022-ci il tarixli, 1422 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən “Kredo” Vəkil Bürosuna 100 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borc borclu Cavabdeh və zamin İddiaçı tutulmuşdur. Bundan sonra məhkəmə qətnaməsinə əsasən 9171 manat tutulan borc, həmçinin 231 manat apellyasiya icraatında keçirilmiş ekspertizanın xərci və 17 manat icra ödənişi olmaqla, cəmi 9419 manat zamin - hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcu və digər xərcləri ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcu və digər xərcləri tam həcmdə ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu tam ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 9419 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin vəkilə çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin əvəzi olaraq 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 9419 (doqquz min dörd yüz on doqquz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9419 (doqquz min dörd yüz on doqquz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar