Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1608/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mobil telefon nömrəsinin başqa şəxsin adına keçirilməsi əməliyyatının etibarsız hesab edilməsi və nömrəyə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı mobil telefon nömrəsinin başqa şəxsin adına keçirilməsi əməliyyatının etibarsız hesab edilməsi və nömrəyə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən "Azercell Fakturalı xətt nömrəsinin abonentin adından başqa şəxsin adına keçirilməsi” formasına əsasən 050 *** ** ** nömrəsində həyata keçirilmiş addan-ada əməliyyatının (nömrənin Cavabdeh1 adına keçirilməsinin) qanunsuz olduğundan etibarsız hesab edilməsinə, 050 *** ** ** nömrəli telefon nömrəsinə abunəçi kimi İddiaçı istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək, iddiaçının cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı mobil telefon nömrəsinin başqa şəxsin adına keçirilməsi əməliyyatının etibarsız hesab edilməsi və nömrəyə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia tələbindən imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə verərək, ərizəsində iddiaçının iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli ərizənin əslini təqdim edərək, iddiaçının iddia tələbindən imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının iddiadan imtina ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələblərindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mobil telefon nömrəsinin başqa şəxsin adına keçirilməsi əməliyyatının etibarsız hesab edilməsi və nömrəyə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddiadan imtinası qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mobil telefon nömrəsinin başqa şəxsin adına keçirilməsi əməliyyatının etibarsız hesab edilməsi və nömrəyə abunəçi kimi iddiaçının istifadə hüququnun bərpa edilməsi tələbinətələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1608/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1608/2023
11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver