Məhkəmə qərarları › İş №e-2(004)-166/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-166/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-166/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2227.91 manat sığorta ödənişinin, ödənilmiş 42,28 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** SG *** dövlət qeydiyyat nişanlı Toyota Land-Cruiser avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** OA *** qeydiyyat nişanlı Mercedes Benz E350 markalı avtonəqliyyat vaistəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. Paşa Sığorta tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** OA *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E350 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7259,03 (yeddi min iki yüz əlli doqquz manat üç qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vaistəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 7159,03 (yeddi min bir yüz əlli doqquz manat üç qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vaistəsinin təmiri ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbarı sığortası olan "xxxx" ASC tərəfindən 4931,12(dörd min doqquz yüz otuz bir manat on iki qəpik) manat şirkətimizə ödənilmişdir. Ödənilmiş məbləğdən 4931,12 (dörd min doqquz yüz otuz bir manat on iki qəpik) manat sığorta ödənişi çıxılmış və 2227,91 ( iki min iki iyirmi yeddi manat doxsan bir qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışlar. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, rəylə də razı deyil. Hesab edir ki, gözlə görünən qüsurlar 3000-4000 manatdan artıq deyil və iddiaçı tərəfindən məbləğ şişirdilmişdir. O hadisə sürüşmə nəticəsində olmuşdur, sürət olmamışdır. Eyni zamanda hesab edir ki, tərəflərindən heç bir ödəniş həyata keçirilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 368725 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı “Toyota Land-Cruiser” markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan AC nömrəli 631500 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. İş materiallarında olan Autostar Kaukasus QmbH Azərbaycan MMC “Daimler AG”-nın Azərbaycanda rəsmi dilerinin xx.xx.2019-cu il tarixli icra edimiş xidmətlərə dair Aktin surətindən görünür ki, sifarişçi X6 məxsus “Mercedes Benz E350” minik markalı olan ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə işlər və ehtiyat hissələri üçün 1140,75 manat zərər dəymişdir. İş materiallarında olan Autostar Kaukasus X2 xx.xx.2019-cu il tarixli zədə aktın surətindən görünür ki, “Mercedes Benz E350” minik markalı olan ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 11414,87 manat zərər dəymişdir. İş materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X6 məxsus 2010-cu il buraxılışlı ağ rəngli “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobil «PAŞA Sığorta” ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi bir il müddətinə 32.000 manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli 85030 saylı Zərər dəymiş avtonəqliyyat vasitənin qiymətləndirilməsinə dair hesabatının surətindən görünür ki, 2010-cu il buraxılışlı ağ rəngli “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7259,03 manat zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli sığorta aktının surətində görünür ki, X6 məxsus 2010-cu il buraxılışlı ağ rəngli “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7259,03 manat zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə ünvanlanmış məktubda PXA ********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış **-SG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat pulun "xxxx" ASC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin internet mail adresindən çıxaırşdan görünür ki, "xxxx" ASC tərəfindən PXA ********** saylı sığorta şəhadətnaməsi üzrə 4931.12 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli EAAW seriyalı 905690 nömrəli elektron qaimənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Autostar Kaukasus QMBH Azərbaycan MMC-ə 1140,75 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Paşa Sığorta” ASC tərəfindən Autostar Kaukasus QMBH AZ LLC-nin hesabına 1140,75 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ tərəfindən xx.xx.2019-cu il tarixli 078-20848 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13:45 radələrində N.Quliyev küçəsi ilə Xətai prospekti kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır.Təqsirlərdirilən şəxs barədə məlumat qrafasında əks olunan məlumatlardan görünür ki,“Toyota Land-Cruiser” markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh avtomobilin mülkiyyətçisidir və hadisə baş verdiyi anda sürücüsu olmuşdur. X6 məxsus “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə, buferinə, panelinə, yük qapısına, stop işığına zərər dəyməsi aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov RPİ DYRPİ-nin xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında AP ******* saylı protokolundan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə saat 13:45 radələrində Cavabdeh N.Quliyev küç. Xətai prospekti kəsişməsində düzgün ara məsafəsi seçmədiyindən qarşısında olan “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, “Toyota Land-Cruiser” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Paşa Sığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 5081/L saylı məktubun surətindən görünür ki, Paşa Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış ** OA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E350” markalı avtoməqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur.Baş vermiş hadisə ilə əlaqədar Paşa Sığorta” ASC tərəfindən 7159,03 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Ödənilmiş məbləğdən 4631,12 manat məbləğində sığortaçınız tərəfindən ödədiyi əsas tutaraq 2227,91 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7049 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, Paşa Sığorta” ASC –nin xx.xx.2019-cu il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrində köhnəlmə faizi tətbiq edilməklə təxminən 5145 manat müəyyən edilimişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində təqsiri müəyyən olunduğundan iddiaçının zərəri tələb etmək hüququ vardır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, “Mercedes Benz E350” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 5145 manat təşkil etmişdir. "xxxx" ASC -nin hesabına 4931.12 manat məbləğində ödəniş edilmişdir. Ona görə də hazırda iddiaçı "xxxx" ASC -nin xeyrinə (5145-4931.12) = 243.88 (iki yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri həm iddiaçıya, həm də cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) hesabına köçürülməlidir. Ödənilmiş dövlət rüsumunun 30 (otuz manat) manatı, 0.40 (sıfır manat qırx qəpik) manat məbləğində bank xidməti xərci Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun 12.28 (on iki manat iyirmi səkkiz qəpik) manatı iddiaçının özünə aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 243.88 (iki yüz qırx üç manat səksən səkkiz qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 30 (otuz manat) manatı, 0.40 (sıfır manat qırx qəpik) manat məbləğində bank xidməti xərci tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12.28 (on iki manat iyirmi səkkiz qəpik) manatı iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar