Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1669/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəməyə izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-5974/2022 nömrəli qərarı ilə Cavabdeh İddiaçı 809 manat zərər vurması əsası ilə Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyətə cəlb edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(008)-5974/2022 nömrəli qərarından Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-3064/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar qanuni qüvvəyə minişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-1354/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı "bağ sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh X1 çıxarılması, hasarın cavabdehin hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin cavabdehin hesabına təmizlənməsi" tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin cavabdehin hesabına təmizlənməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1354/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra vərəqəsində göstərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalanda yerləşən 1986A saylı bağ evinin torpaq sahəsində hasar tələbkarın hesabına sökülmüş, həmin torpaq sahəsi tələbkarın hesabına təmizlənmiş və X3 qeyd edilən bağ evinin torpaq sahəsindən çıxarılmışdır. Akt 5 (beş) nəfər şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli hesab-fakturaya əsasən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan, 1986A saylı bağ evinin ərazisində tikilmiş daş hasarın bir hissəsinin sökülməsi və sökülən daşların ərazidən daşınması üçün 380 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 39329 nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına 96 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 13221 nömrəli qəbzə əsasən müəyyən olunur ki, 5 saylı Vəkil Bürosunun hesabına 210 manat ödəniş edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan, 1986A saylı bağ sahəsi X1 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1096, 1097-ci maddələri çıxış edir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1097.5-ci maddəsinə əsasən, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Delikt hüquq institutunun dispozitiv şərtləri aşağıdakılardır:
1. Hüquqa zidd əməl törədilməlidir.
2. Hüquqa zidd əməl təqsirli olaraq törədilməlidir.
3. Hüquqa zidd əməllə baş vermiş nəticə (zərər) arasında səbəbli əlaqə olmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, delikt hüquq institutunun yuxarıda qeyd olunan yuxarıda qeyd olunan dispozitiv şərtləri mülki işin faktiki və hüquqi halları ilə eynilik təşkil etməklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh inzibati xəta törətməklə təqsirli olaraq İddiaçı 809 (səkkiz yüz doqquz) manat zərər vurmuşdur. Həmin qərar mülki iş üzrə preyudisial qərar qismində qiymətləndirilməklə sübut hesab edilməlidir. Mülki işin hüquqi və faktiki hallarında 1097.5-ci maddəsinin şərtləri aşkar olunmur. Həmçinin, müəyyən olunur ki, iddiaçı tərəfindən göstərilən hüquqi xidmətlər üçün 210 (iki yüz on) manat ödəniş həyata keçirilmişdir. Lakin, məhkəmə hesab edir ki, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın sökülməsi və həmin sökülən torpaq sahəsinin təmizlənməsi üçün tələb olunan 380 manat, torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 96 manat pul məbləğinin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbi sözügedən hissədə mülki iş üzrə Cavabdeh aid edilə bilməz. Nəzərə almaq lazımdır ki, sözügedən tələblərin hüquqi əsası qismində çıxış edən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-1354/2022 nömrəli qətnaməsi Cavabdeh qarşı deyil, X2 qarşı qəbul edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra sənədinə əsasən borclu X3 çıxış etmişdir. Mülki hüquq münasibətlərinin fəaliyyət qabiliyyətli subyektləri olan fiziki şəxslər yalnız öz adından və öz hərəkətlərinə görə hüquq və vəzifələr (öhdəlik) daşıyırlar. Bu səbəbdən, həmin qətnamədən doğan məsuliyyətin nəticələrinin Cavabdeh üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-1354/2022 qətnaməsinin icrası ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada müvafiq vəsaitlərin borcludan alınaraq tələbkara ödənilməsi istisna edilmir. Bundan əlavə, iddia tələbinin tərkib hissəsi olan tələb olunan ekspertiza keçirilməsi üçün ödənilmiş 50 manat pul vəsaiti iş materiallarına əsasən öz təsdiqini tapmır, iddiaçı tərəfindən bu barədə hər hansı sənəd, sübut, material təqdim edilməmişdir. Ümumiyyətlə, həmin ekspertiza xərcinin hansı əsasla və hansı mübahisə əlaqədar kimin tərəfindən ödənilməsi müəyyən deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin hallarının məhkəmənin öz təşəbbüsü ilə məhkəmə tərəfindən araşdırılması hakimin prosesdəki arbitr roluna ziddi olmaqla mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Bundan əlavə, iddia tələbinin tərkib hissəsi olan 8000 manat mənəvi zərərin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, tələb əsassızdır, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdeh tərəfindən mənəvi zərərin vurulması elementləri iş üzrə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, subyektin üzərinə öhdəlik yalnız qanuni əsaslarla və ədalətli qaydada qoyulmalıdır. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında nihilizm halları artmaqla hüquqa və ədalət mühakiməsinə, məhkəmə institutuna güvən sarsılır. Həmçinin, məhkəmə qətnaməsi qanuni və əsaslı olmaqla sübutlara əsaslanmalıdır. Məhkəmənin şəxsi mülahizəsi əsasında qərar qəbul edilməsi yolverilməzdir. Qeyd etmək lazımdır ki, hakimin maddi və prosessual fəaliyyəti yalnız qanunla məhdudlaşdırılır. Bundan əlavə, məhkəmə qeyd edir ki, mənəvi zərər tələbi ilə bağlı məsuliyyətin hazırki iş üzrə Cavabdeh üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Həmin tələbin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi üzrə X2 qarşı qaldırılması istisna edilmir. Azərbaycan Respublikası MPM-in 115.0.6-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəfi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 210 (iki yüz on) manat pul və ödənilmiş 115 (yüz on beş) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 809 (səkkiz yüz doqquz) manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 809 (səkkiz yüz doqquz) manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə