Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1679/2023 12.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi sahiblik və istifadəsində olan ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı, 103 saylı mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “X1” Mənzil Tikinti Kooperativi arasında, ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı, 103 saylı mənzilə dair müqavilə bağlanılmışdır. Belə ki, mənzilin özəlləşdirilməsi ilə əlaqədar "xxxx"Mənzil Tikinti Kooperativi rəsmi ərizə ilə müraciət etsə də, özəlləşdirilmə üçün tələb olunan sənədlər Cəmiyyət tərəfindən ona təqdim edilməmişdir. Faktiki olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin adı dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativi olmuşdur. İnşa etdiyi çoxmənzilli binaların həmçinin Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 126 A çoxmənzilli yaşayış binasının idarə edilməsi "xxxx" Mənzil Tikinti Kooperativi həyata keçirdiyindən cavabdehin qanusuz əməllərinə görə maddi zərər dəymişdir. İddiaçı qeyd olunan ünvanda yerləşən mənzili sənədləşdirərək ipoteka saxlayana təhvil verməlidir. Hazırda iddiaçı ipoteka üzrə öz öhdəliyini icra edir. Vaxtsız gecikmələr cavabdehin qanusuz əməlləri nəticəsinə baş verə bilər. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyası və Mənzil Qanunvericiliyi ilə təsbit edilmiş hüquqlarımı kobud şəkildə pozmuşdur. Qeyd olunanlarla bağlı iddiaçı cavabdehə yazılı müraciətlər etmişdir. Cavabdehin GSM-M-221012-084, 12 oktyabr 2022-ci il tarixli cavab məktubunda "xxxx" yaşayış kompleksindən “Azərbaycan Beynəlxalq Banki" ASC-nin ipoteka şərti ilə əldə etdiyini mənzilin (mənzillərin) mülkiyyət hüququnun rəsmiləşdirilməsi işlərinin aparılması ilə bağlı ünvan 2 ünvanında yerləşən “Azure” Biznes Mərkəzinin 4-cü mərtəbəsinə yaxınlaşmağı barədə bildiriş göndərilməsi, "xxxx" MTK ilə bağlanmış müqavilənin 5.3-cü və Bank ilə bağlanmış kredit müqaviləsinin 1.4 maddələrində mənzilə dair hüquqların dövlət qeydiyyatina alındıqdan sonra mənzilin Bankın xeyrinə ipoteka |ilə yüklü edilməsi nəzərdə tutulsa da, bu günə kimi həmin öhdəlik yerinə yetirilməməsi və yazilanlari, habelə MTK ilə bağlanmış müqavilədə MTK-nın hüquqlarını əks etdirən 2.1-ci maddəsinin 1-ci bəndinin və Bank ilə bağlanmis kredit müqaviləsində öhdəliklərini nəzərdə tutan 1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd olunan sənədləşmə işlərinin aparılması üçün 10 (on) iş günü ərzində ünvan 2 ünvanında yerləşən “Azure” Biznes Mərkazinin 4-cü mərtəbəsinə müraciət etmədiyini təkrarən xahiş etmişdir. Eyni məzmunlu “Hayat Managementin” GM –M-220614-145, 14 iyun 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, "Grand Hayat” yaşayış kompleksindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin ipoteka şərti ilə əldə etdiyini mənzilin (mənzillərin) mülkiyyət hüququnun rəsmiləşdirilməsi üzrə işlərin aparılmasına start verilmişdir. "Hayat Management” MTK ilə bağlanmış müqavilənin 5.3-cü maddəsində və Bank ilə bağlanmış kredit müqaviləsində mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən Çıxarışın Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətindən alınmasından sonra mənzilin Bankin xeyrina tərəfinizdən ipoteka ilə yüklü edilməsi öhdəliyini kimi nəzərdə tutulmuşdur. Yuxarıda yazılanlari, habela MTK ilə bağlanmış müqavilənin MTKnin hüquqlarını əks etdirən 2.1-ci maddəsinin 1-ci bəndinin və Bank ilə bağlanmış kredit müqaviləsinin öhdəliklərini nəzərdə tututan 1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, müqavilənin icrasını təmin etmək məqsədilə müvafiq sənədləşmə işlərinin aparılması üçün 10 (on) iş günü ərzində ünvan 2 ünvanında yerləşən “Azure” Biznes Mərkəzinin 4-cü mərtəbəsinə yaxınlaşmağı xahis edilmişdir. Belə olan halda hesab edir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hazırki mübahisə məhkəmə qaydasında öz həllini tapmalıdır. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi şirkətin adı dəyişdirlmiş hüquqi ünvanı ünvan 3əsidə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməlidir. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəməyə etirazla müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-a qarşı cavabdeh “X1” MTK sahiblik və istifadəsində olan ünvan 4 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı, 103 saylı mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim etməsi və vurulmuş maddi ziyanın əvəzi olaraq 8000 manatın və mənəvi ziyan 10000 manatın, iş üzrə dövlət rüsumuna görə ödənilmiş 100 manat, ümumi olaraq 18100 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata götürülməməlidir, geri qaytarılmalıdır. Çünki ilkin iddia ərizəsində iddiaçı qiymətləndirilməyən iddia üzrə dövlət rüsumu 100 manat ödəmişdir. Sonradan iddia ərizəsinin həcminin artırılması barədə ərizə vermişdir və əlavə tələb qoyaraq ümumi 18000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Belə olan halda hazırki ödənilmiş dövlət rüsumuna (100 manat) əlavə olaraq 44 manat da ödənilməmiş rüsum qalır. Bu halda iddia ərizəsinin həcminin artırılması barədə dövlət rüsumunun qanunamüvafiq məbləğdə ödənilmədiyi əsasına görə icraata götürülməməlidir, geri qaytarılmalıdır. Müqavilə öhdəliklərinə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış GH-A 6/000916 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MTK, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksində bina 5, mərtəbə 16, ümumi sahəsi 142 kv.metr, o cümlədən balkon sahəsi 23,75 kv.metr olan 3 otaqdan ibarət 103 saylı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərində təsbit edilmişdir ki, İcraçı, yəni, "xxxx" MTK Sifarişçidən, yəni, İddiaçı müqavilə öhdəliklərini, o cümlədən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş daxil bütün vəzifələri vaxtında və tam şəkildə həyata keçirilməsini tələb edəcək, Sifarişçi, yəni İddiaçı tərəfindən müqavilənin şərtləri (2.4.2-2.4.5- ci maddələr daxil olmaqla) pozulduğu halda Sifarişçidən vurulmuş ziyanı tələb edəcək və (və ya) razılaşdırılmış qaydada cərimə tətbiq edəcək. Həmin Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən Müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv.metr -lik sahəsinin qiyməti 1200 manat hesablanmaqla 170400 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 17040 manat hissəsi Sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 153360 manat hissəsi isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixinədək ödənəcək. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən Yaşayış Kompleksinin qüvvədə olan qanunvericilik tələblərinə əsasən istismara qəbulundan sonra, mənzilə Sifarişçinin (iddiaçının) hüquqların dövlət qeydiyyatına alınması üçün (Sifarişçinin (iddiaçının) "xxxx" ASC qarşısında kredit öhdəliklərini tam şəkildə icrası haqqında "xxxx" ASC-nin müvafiq yazılı razılığı əsasında) zəruri olan hüquqi əhəmiyyətli sənədlərin Sifarişçiyə (iddiaçıya) verilməsi təmin olunacaq. Göründüyü kimi Müqavilə şərtində qeyd olunub ki, zəruri sənədlərin Sifarişçiyə (iddiaçıya) verilməsi yalnız "xxxx" ASC-nin müvafiq yazılı razılığı əsasında mümkündür. Lakin mülki iş materialları ilə "xxxx" ASC-nin müvafiq yazılı razılığının olması təsdiq edilmir. Həmin Müqavilənin 5.4.-cü bəndinə əsasən bu mənzil barəsində Sifarişçinin (iddiaçının) "xxxx" qarşısında öhdəliklərini tam icra edənə qədər İcraçı (cavabdeh) özünün və "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər, Sifarişçi (iddiaçı) bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Belə ki, iddiaçı mənzillə bağlı yuxarıda qeyd edilən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda Müqavilənin 5.4-cü bəndinə əsasən mənzil barəsində Sifarişçinin (iddiaçının) "xxxx" qarşısında öhdəliklərini tam icra edənə qədər İcraçı (cavabdeh) özünün və "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirdiyi halda İddiaçı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürmə hüququ yoxdur. Müqavilədə bu barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən Mənzilə mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrindən çıxarış alınması üçün, İcraçı (cavabdeh) tərəfindən verilməsi qanunla məcburi olan sənədlər "xxxx" ASC-nin yazılı razılığı əsasında (müqavilə öhdəliklərininin tam icrası halında) Sifarişçiyə (iddiaçıya) müvafiq qeydiyyat əsasında təqdim edilir. Mənzilə mülkiyyət hüququnun və ipoteka yüklülüyünün Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş (hüquqi statusundan asılı olmayaraq) bütün xərcləri Sifarişçi (iddiaçı) öz hesabına təmin edəcək. Göründüyü kimi iddiaçı tərəf Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir, Müqavilənin qeyd edilən bəndində nəzərdə tutulan yazılı razılığın məhkəməyə təqdim edilməsi təsdiq edilmir. İddiaçı yuxarıda qeyd edilən Müqavilənin şərtlərinə əməl etməmişdir, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir, Müqavilə üzrə şərtlərinin tam yerinə yetirilməsi iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla təsdiq edilmir. İddiaçı tərəf "xxxx" ASC ilə arasında bağlanmış 1-19- 02-2016-SHM-GH nömrəli, xx.xx.2016-cı il tarixli Təminatlı kredit Müqaviləsini və "xxxx" MTK ilə arasında bağlanmış GH-A 6/000916 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilələri məhkəməyə təqdim etməməklə məhkəmənin həqiqətə nail olmaq vəzifəsindən yayındırır. Qeyd edilən əsaslara görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi iddiaçı yuxarıda qeyd edilən Müqavilə üzrə şərtlərlə tam razılaşaraq imzalamışdır və təsdiq etmişdir, bununla da öz iradə ifadəsini göstərmişdir. Lakin Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Mülki iş materialları və iddia ərizəsi ilə Müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirməsi təsdiq olunmur. İddia tələbinin əsaslandırıldığı heç bir sübut növü yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 19 fevral 2019-cu il tarixli GH-A 6/000916 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" MTK Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında bina 5, mərtəbə 16, ümumi sahəsi 142 m2 olan, o cümlədən balkon sahəsi 23,75 m2 olan 3 otaqdab ibarət 103 saylı mənzili sifarişçi İddiaçı 170400 manata təhvil verməyi razılaşmışlar. "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış 19 fevral 2016-cı il tarixli 1-xx-xx- 2016-SHM-GH nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, Bank borcalana mənzilin alınması üçün 153360 manat kreddit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən müəyyən edilmiş öhdəliklərin icrası üçün razılaşmışlar, lakin İddiaçı müqavilədə müəyyən edilmiş öhdəlikləri icra etməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. 19 fevral 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı sahiblik və istifadəsində olan ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı, 103 saylı mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər "xxxx" MTK tərəfindən iddiaçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı sahiblik və istifadəsində olan ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı, 103 saylı mənzilin özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər "xxxx" MTK tərəfindən iddiaçıya təqdim edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1679/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1679/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver