Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1681/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı “qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, AZEMİS elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, İddiaçı1 iddia tələbinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsini xahiş etməklə, iddia tələbinin əsasını, icra məmurunun müvafiq qərarına əsasən qiymətləndirmə şirkəti və özü tərəfindən müəyyən edilmiş əmlakların qiymətləri real bazar qiymətləri arasında fərqlərin olması təşkil etmişdir. Belə ki, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən iş icra mərhələsində olduğu halda, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli olması izah olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı “qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı1 tərəfindən 23 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. İddiaçı1 ərazi aidiyyatı üzrə Salyan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Eyni zamanda iddiaçıya izah olunsun ki, iş icra mərhələsində olduğu halda, qiymətləndirici mütəxəssis rəyinin ləğv edilməsi tələbinə dair şikayət ərizəsi ilə icra icraatı çərçivəsində mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1681/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1681/2025
28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver