Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-169/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və "xxxx" ASC cəlb edilməklə) “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 389,00 (iki min üç yüz səksən doqquz) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən X2 məxsus mənzil "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 11 saylı mənzilə zərər dəymişdir. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 2689,00 (ikimin altı yüz səksən doqquz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən 300,00 manat azadolma çıxılmaqla 2 389,00 (iki min üç yüz səksən doqquz) manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Bakı şəhəri 48 saylı Nəsimi rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh məxsus mənzildən su sızması nəticəsində ünvan 1 ünvanında yerləşən X2 məxsus mənzilə zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, həmin vaxt evin mülkiyyətçisi başqa idi. Sözügedən mənzilin açarı onlarda da, bankda da olmuşdur. Çünki əşyaları həmin mənzildə idi. Əşyalarına görə həmin evə gedib-gəlirdilər. Sığortalı mənzilə suyun onların mənzilindən həmin vaxt axıdılması dəqiq müəyyən olunmamışdır. 2018-2019-cu illərdə həmin evə onların təqsiri nəticəsində zərərin dəyməsi ilə bağlı ekspert rəyi də yoxdur. Mənzil bir illik sığortalanmışdır. Bundan əvvəl həmin mənzildən suaxıtma olsa da təmir olunmuşdur. Sonradan axıtmanın olmasından xəbəri yoxdur. Qüsur aktındakı məbləğlə də razı deyildir. Kiçik bir zərər üçün 20 ədəd oboy, 30 ədəd kley işlənə bilməz. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İ-PİM-0018/18 nömrəli əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı Salamova Nərminə qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 11 saylı mənzil «PAŞA Sığorta” ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi bir il müddətinə 10.000 manat həcmində icbari sığorta edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, sığorta predmeti Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 11 saylı mənzilinə subasma nəticəsində dəymiş maddi zərərin məbləği 2689 manat, sığorta ödənişinin məbləği 2289 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış X2 2389 manat sığorta ödənişinin alınması məqsədi ilə **********154929 nömrəli plastik kart faydalanan şəxsə təhvil verilmişdir. İş materiallarında olan “Reyestr” DX-04/05-145 müstəqil sığorta eskperti tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, su sızma nəticəsində X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 11 saylı mənzildə baş vermiş hadisədən dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində və təqdim edilən materiallara əsasən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədən axan sular sığortalı əmlakın tavanını, divarlarını və döşəməsini isladaraq yararsız hala salmışdır. Divarlarda olan üzlük kağızlarının bir qismi yenisi ilə əvəzləşdirilməli, tavan isə yenidən boyanmalıdır. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 2689 manatdır. Qüsur aktında göstərilmişdir ki, təmir üçün lazım olan mal-materialın dəyəri 669 manat, işçilik üçün isə 2020 manat sərf edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 48 saylı MKİS-in rəisi Q.Abbasov, mühəndis Ə.Qurbanov, sahə nəzarətçisi-H.Məmmədov tərəfindən tərtib edilmiş və imzalanmış aktda qeyd olunur ki, B.Səfəroğlu küçəsi, 213 saylı binanın 11 saylı mənzilində yaşayan X1 müraciəti əsasında mənzilə baxş keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bina 4 mərtəbəlidir. Şikayətçinin mənzili binanın 2-ci mərtəbəsində yerləşir. X1 mənzilinin tavanında, divarında sarı ləkələr aşkar olundu. X3 mənzilində baxış keçirilməsi üçün şərait yaradılmamışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, mənzil 11 xüsusi mülkiyyət hüququ əsasında X1 adına rəsmiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlkaın dövlət reyestrində 2364 nömrəli reyestr kitabının 220205 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyat aparılmışdır. İşin materiallarında olan «PAŞA Sığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış 26 fevral 2020-ci il tarixli 1050/İ saylı məktubun surətindən görünür ki, baş vermiş hadisə nəticəsində hesablanaraq ödənilmiş 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində sığorta ödənişinin 15 təqvim günü müddətində «PAŞA Sığorta” ASC-nin bank hesablarına ödənilməsi, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 21 saylı mənzil xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Onun adına ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzil Hərracın nəticələri haqqında yekun Y-740 nömrəli 08 iyun 2018-ci il tarixli protokola, Hərracın yekunları üzrə əmlakın alqı-satqısı bardə müqaviləyə, 30 noyabr 2015-ci il tarixli 2 (103)-3532/20215 nömrəli Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinə əsasən "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, mənzil 21 xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlkaın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6294 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlkaın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6266 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin “hərracın nəticələri haqqında” xx.xx.2018-ci il tarixli Y-740 nömrəli protokolundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3532/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi əsasında sifarişçi satıcısı Nəsimi Rayon İcra Şöbəsi olmaqla Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 21 saylı mənzil hərracın ilkin və son qiyməti 765.000 manat olmaqla hərraca çıxarılmış və "xxxx" ASC-nə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 21 saylı mənzil "xxxx" ASC-nə satılmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, mənzil 21 xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Bu barədə Daşınmaz Əmlkaın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6293 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki eskpertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan müəyyən olunur ki, tətqiq olunan mənzilin qapısı bağlı olduğundan və cavabdeh tərəf baxışda iştirak etmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il tarixli 48 saylı MKİS-in rəisi Q.Abbasov, mühəndis Ə.Qurbanov, sahə nəzarətçisi-H.Məmmədov tərəfindən tərtib edilmiş akta əsasən müəyyən olundu ki, həmin tarixdə Salamova Nərminəyə məxsus mənzildə baxış keçirilərkən yuxarıdakı - Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 21 saylı mənzilindən susızması nəticəsində mənzilin tavanında və divarında sarı ləkələr aşkar olunmuşdur. Qüsur aktına əsasən zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri 2689 manatdır. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən sığorta predmeti Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 11 saylı mənzilə subasma nəticəsində dəymiş ziyan üzrə sığorta ödənişinin məbləği 2389 manatdır. Məhkəmə qeyd edir ki, sığorta hadisəsinin baş verməsinə səbəb olan suyun axıdıldığı mənzil- ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına rəsmiləşdirilsə də faktiki olaraq cavabdeh həmin dövrdə mənzildən istifadə etmişdir. Bunu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də öz izahatında bildirmiş, işmateriaalrında olan sübutlarla da bu hal müəyyən olunmuşdur. Məhkəmə tərəfindən sığorta predmeti olan ünvan 1-ə vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınsa da dəfələrlə ekspertiza keçirilməsi üçün ekspert tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən sığortalı mənzilə dəymiş ziyanın əvəzi 2389 manat ödəniş edilmişdir. Hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 2389 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" ASC sığortalı Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, 11 saylı mənzilə su axıdılması nəticəsində dəymiş zərərə görə 2389 (iki min üç yüz səksən doqquz) manat sığorta ödənişini ödədiyinə görə, həmin məbləği subroqasiya qaydasında zərərvuran Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-169/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-169/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver