Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1726/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin öz təşəbbüsü ilə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, 8 noyabr prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ödənilmiş 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişinin 1825.99 (min səkkiz yüz iyirmi beş manat, doxsan doqquz qəpik) manat məbləğində olan hissəsi “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 3224.01 (üç min iki yüz iyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. Nəticədə, iddiaçı “Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3224.01 (üç min iki yüz iyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişinin, 52.24 (əlli iki manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) xidmət haqqının, ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı manat, altmış beş qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddia ərizəsinə əlavə edilmiş İSB.az saytından çıxarışdan müəyyən olunur ki, “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması cədvəlindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 5300 (beş min üç yüz) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ASC tərəfindən “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan “1 C” sistemindən çıxarışdan müəyyən olunur ki, 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişinin 1825.99 (min səkkiz yüz iyirmi beş manat, doxsan doqquz qəpik) manat məbləğində olan hissəsi “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BS-S-24/0090 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, cavabdehlərə "xxxx" ASC tərəfindən ödənilməli məbləğ çıxıldıqdan sonra qalıq 3224.01 (üç min iki yüziyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, GP 18902882 saylı qərardada əsasən Cavabdeh2 barəsində materiallar Azərbaycan Respublikası İXM-in 333-1.3 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmə əsaslarının araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, 8 noyabr prospektində Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki iddia tələbi üzrə hər üç dispozitiv şərt hər iki cavabdehə münasibətdə yerinə yetirilir. Beləliklə, müəyyən edilir ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, 8 noyabr prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən “X2” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ödənilmiş 5050 (beş min əlli) manat məbləğində sığorta ödənişinin 1825.99 (min səkkiz yüz iyirmi beş manat, doxsan doqquz qəpik) manat məbləğində olan hissəsi “Honda Civic” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 3224.01 (üç min iki yüz iyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə hüquqi qiymət verilərkən ilk öncə mübahisənin qanuni əsası müəyyən edilməklə cavabdehin məsuliyyətinin əsası müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki iddia tələbinin hüquqi əsasında reqress qaydasında subroqasiya hüququ dayanır. Hazırki mübahisə üzrə avtomobil icbari sığorta qaydasında deyil, kasko sığortası qaydasında sığortalanmışdır. Yəni, mübahisəyə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin dispozitiv şərtləri tətbiq edilməməlidir. Mülki işin araşdırması zamanı yüksək təhlükə mənbəyinin sahibi olan avtomobilin mülkiyyətçisinin məsuliyyətini istisna edən xüsusatlar (avtomobilin sürücü tərəfindən qanunsuz formada (mülkiyyətçinin iradəsinə zidd) əldə edilməsi, idarə edilməsi və s.) müəyyən edilməmiş, bu barədə zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Odur ki, hər iki cavabdehin, yəni həm avtomobilin mülkiyyətçisinin, həm də avtomobili idarə etmiş şəxsin hazırki iddia tələbi üzrə öhdəlik daşımaları istisna edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 52,24 (əlli iki manat iyirmi dörd qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3224.01 (üç min iki yüz iyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişinin, 52.24 (əlli iki manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı, ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3224.01 (üç min iki yüz iyirmi dörd manat, sıfır bir qəpik) manat məbləğində sığorta ödənişinin, 52.24 (əlli iki manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı, ümumilikdə 3276.65 (üç min iki yüz yetmiş altı manat, altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1726/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1726/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver