Məhkəmə qərarları › İş №e-2(004)-174/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-174/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-174/2024 24.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Səbail rayon İcra Şöbəsinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi məsələsinə tərəflərin iştirakı olmadan baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Səbail rayon İcra Şöbəsinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanda yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X3 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx.xx.2024-cü il tarixli 2(004)-174/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1401/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6254/2023 saylı mülki iş məhkəmə tərəfindən baxılıb, yekun qərar qəbul olunanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 19042024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-174/2024 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1401/2023 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6254/2023 saylı mülki iş məhkəmə tərəfindən baxılıb, yekun qərar qəbul olunanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6254/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-907/2024 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6254/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MPM-nin 247-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 247-ci maddəsini rəhbər tutaraq, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-2(004)-174/2024 saylı iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-174/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün cavabdeh "xxxx" MMC-nın hüquqi ünvanı AZ1023, Bakı şəhəri Səbail rayonu Badamdar STQ Badamdar Şossesi ev 27 (VÖEN **********) ünvanı üzrə Bakı şəhəri Səbail rayonu Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş ərazi aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. “AZEMİS”dən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-nın hüquqi ünvanı AZ1023, Bakı şəhəri Səbail rayonu Badamdar STQ Badamdar Şossesi ev 27 (VÖEN **********) ünvanıdır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.2, 44.2.2, 45, 263264, 266- 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər Səbail rayon İcra Şöbəsinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş, cavabdeh "xxxx" MMC-nın hüquqi ünvanı AZ1023, Bakı şəhəri Səbail rayonu Badamdar STQ Badamdar Şossesi ev 27 (VÖEN **********) ünvanı üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar