Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1741/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən xüsusi mülkiyyətində olan ipoteka predmetinin, yəni Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246,58 kv.m olan əmlak kompleksinin satışı üzrə keçirilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli hərraclar və “Hərracın baş tumaması barədə” xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli, 467/22 saylı prorokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1246,58 kv.m olan əmlak kompleksinin mülkiyyətçisidir. Həmin əmlakını "xxxx" MMC-nin xeyrinə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC kredit öhdəliklərinə tam əməl edə bilmədiyi üçün ona və digər cavabdehlərə qarşı iddia qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə 193064,09 ABŞ dolları əsas borc, 11611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204675,68 ABŞ dolları tutulması, habelə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0.11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 1246.58 kv.m olan əmlak kompleksinin likvid dəyərinin əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsaitin hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı Ali Məhkəmənin xx.xx.2022 tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə işi icraya göndərmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixli məktubla cavabdeh "xxxx" MMC-yə “Hərracın keçirilməsi haqqında” Sifariş göndərmişdir. Məhz bundan sonra ona məlum olmayan şəraitdə qanunsuz hərrac (1-ci və 2-ci olmaqla) keçirilmiş, onun bundan xəbəri olmamış, mətbuatı izləməyinə baxmayaraq müvafiq elanlara rast gəlməmişdir. Halbuki o, əmlakının əlindən çıxmaması üçün borc məbləğinin tapılması yönündə ciddi maliyyə mənbələri tapmışdı və təxminən 210.000 ABŞ dolları həcmində borcu ödəməyə hazır vəziyyətdə idi. Lakin hərracların ondan xəbərsiz və qanunsuz keçirilməsi onun mülkiyyət hüququna xələl gətirib və əmlakı əlindən çıxmaq üzrədir. Bu barədə o, obyektə yeni potensial müştərilər gələndə və obyektlə maraqlananda xəbər tutmuşdur. Şəxsən cavabdeh quruma müraciət edərək lazimi sənədləri, yəni sifariş və prorotolları aldı və mübahisələndirmək qərarı vermişdir. Görüdüyü kimi hərracın keçirilməsində iştirak etmək, müqavilə bağlamaq və ən azında bu barədə məlumatlı olmaq onun əsas hüququ olub, lakin cavabdeh onun hüquqlarını pozub, mətbuatda və internetdə elan verməyib, ona bildiriş çatmayıb və mülkiyyət hüquqları pozulub. Eyni zamanda o, onun da şahidi olmuşdur ki, cavabdeh və tələbkar (X5 ASC) “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə də bağlanmışdır, lakin xoşbəxtlikdən bu müqavilə əsasında hələ ki, mülkiyyət hüquqlarını qeydiyyata aldırmamışdır. Ona görə də tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi və məsələlərə aydınlıq gətirilənə qədər proseslərin dayandırılması vacibdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. “İpoteka haqqında” Qanunda hərracın keçirilməsi qaydası öz əksini tapmışdır, bu tələb də ipoteka predmeti olduğu üçün “İpoteka haqqında” qanunun tələblərinə əsasən hərrac keçirilmişdir. Eyni zamanda Mülki Məcəllənin müvafiq maddələrində də qeyd olunan tələblərə uyğun hərrac keçirilmişdir. Cavabdeh "xxxx" MMC elektron kabinet vasitəsi ilə tərəflərə göndərdiyi bildirişlərin poçt qaimələrini də göndərib. Poçt qaimələrindən də görünür ki, tərəflərə hərracın keçirilməsi barədə bildirişlər göndərilmiş və onlara çatdırılmışdır. İddiaçının hərracın keçirilməsinin yeri və vaxtı barədə kifayət qədər məlumatının olduğunu bildirmişdir və buna görə də, onun protokolların etibarsız hesab edilməsi barədə heç bir hüquqi əsası yoxdur. Bildirmişdir ki, heç bir qanun pozuntusuna yol verilməyib. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə iddiaçı və cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyərək, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəməyə ərizə ünvanlayaraq şəxsi ailə məsələlərinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli e-2-2(113)-192/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada 161761,54 ABŞ dolları əsas borc, 8.222,55 ABŞ dolları faiz borcu, illik 5% hesablanmaqla 8088,78 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun "xxxx" MMC, “Yanğından Mühafizə Cəmiyyəti” İB və İddiaçı müştərək qaydada iddiaçının xeyrinə tutulması, İddiaçı, MMC və İB-dən müştərək qaydada 2021-ci il 25 avqust tarixli 9/3803 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın, 2021-ci il 12 fevral tarixli 9/5221 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan 500 manatın İddiaçı, "xxxx" MMC və “Yanğından Mühafizə Cəmiyyəti” İB-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti olan əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, ipoteka predmetinə tutma yönəldildikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinin likvid dəyərinin əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 2.500.000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-266/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - kredit borcunun tutulması hissəsində ləğv edilmiş, MMC və İB-dən müştərək qaydada iddiaçının xeyrinə 193.064,09 ABŞ dolları əsas borc, 11.611,59 ABŞ dolları illik 5% ilə faiz borcu, cəmi 204.675,68 ABŞ dollarının tutulması qət edilmiş, iddia kredit borcunun tutulmasına dair qalan hissədə rədd edilmiş, işə apellyasiya qaydasında baxılarkən ödənilməli olan 200 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2(102)- 655/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(103)-266/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx/xx-274850-16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu "xxxx" MMC-yə daxil olmuş və "xxxx" MMC tələbkar "xxxx" ASC və borclular İddiaçı, "xxxx" MMC-ni və “Yanğından Mühafizə Cəmiyyəti” İB-ni Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx/xx-274850-16 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksinin xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonunculara xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərilmiş, həmin bildirişlər borclu İddiaçı münasibətdə rabitə orqanının xx.xx.2022-ci il tarixdə “qapı bağlıdır” qeyd şərti ilə, xx.xx.2023-cü il tarixdə “ünvanda yaşamır” qeyd şərti ilə geri qaytarılmışdır. Eyni zamanda bildiriş xx.xx.2022-ci il tarixdə “qapı bağlıdır” qeyd şərti ilə geri qaytarılsa da, xx.xx.2022ci il tarixdə İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Bununla yanaşı hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir. "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti 43 ünvanda yerləşən 0,11594 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 1.246,58 kv.m olan əmlak kompleksini təkrar hərraca çıxarmış və ipoteka saxlayan "xxxx" ASC həmin əmlakı ******* manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 13 fevral 2023-cü il tarixli Müqaviləyə əsasən, sözü gedən torpaq sahəsi və əmlak kompleksi tələbkar "xxxx" ASC-yə ******* manata satılmasına dair, "xxxx" MMC ilə "xxxx" ASC arasında hərracın nəticələrinə dair müqavilə tərtib olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının ünvanına rəsmi qaydada bildirişlər göndərmiş, eləcə də hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1741/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1741/2023
02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver