Məhkəmə qərarları › İş №e-2(004)-1746/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1746/2025

20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1746/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan aldıqları 2000 ABŞ dollarını, 8000 manat pulu və ödənilmiş 125 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun mərhum oğlu Ziyadın arvadı, Cavabdeh2 isə nəvəsidir. Oğlu vəfat etsə də onun uşaqları ilə həmişə münasibəti olubdur. Təxminən 2023-cü ilin əvvəllərində o, xəstə olduğuna görə nəvəsi Sevincə zəng edib xəstələndiyini bildirdi və ona gəlib baxmasını xahiş etdi. Sevinc, anası Sadəgül və qardaşı Asif iddiaçının evinə gəldilər. Ona bildirdilər ki, gedək sənə öz evimizdə baxaq. O da razılaşdı. O, təxminən 10 gün onlarda qalıqdan sonra evdə olan müəyyən əşyalarını götürmək üçün Sadəgül və Asiflə birlikdə öz evinə gəldi. O, özünün dəfn günü üçün pul yığmışdı və həmin pulu da saxlamaq üçün uzun müddət bir yerdə işlədiyi və ailəsinə yaxın olan X9 vermişdi. O, Ələsgərə zəng etdi ki, həmin pulu gətirsin. Ələsgər də ona saxlamaq üçün verdiyi 2000 ABŞ dollarını və 5800 manat pulu gətirib cavabdehlərin yanında iddiaçının evində sayaraq ona verdi. O, da pulu saxlamaq üçün Asifə verdi. Asif də həmin pulu sayaraq götürdü və o, onlarla birlikdə yenidən yaşadıqları Lökbatan qəsəbəsi, Sənub Qapısı y/k, bina 24 A.mənzil 141 ünvanına gəldi. Həmin vaxt onun pul kisəsində 2200 manat pul olmuş, həmin pulu da onun icazəsi olmadan cibindən götürüb istifadə etmişlər. Təxminən iki aya kimi onlarda qaldıqdan sonra o, bildirdi ki, evimə getmək istəyir. Cavabdehlərdən pulunu istədikdə onu döyərək pulunu verməkdən intina etmişlər. Pula görə mübahisələri olduğuna görə onu döyüb gətirib evinə qoymuşlar. Dəfələrlə onlardan pulunu istəsə də ona vermək istəmirlər. Bu barədə polis idarəsinə müraciət etsə də məhkəməyə müraicət etməyini tövsiyyə etmişlər. O, pulu X7 yanında cavabdehlərə vermişdir və cavabdehlər də Ələsgərin yanında evdə olan qız üçün ərzaqları və soyuducuda olan ərzaqları götürərək onu evdən aparmışlar. Sonradan Şahid2 gəlib onlara birlidmişdir ki, Cavabdeh1 və oğlu Asif ilə münasibətləri olmuş, həmin pulu onun yanında istifadə etmişlər. Pulu banka olan borclarına və digər öz mənafələri üçün istifadə etmişlər. Məhkəmədə şahid kimi çağırılaraq məhkəmədə dindirilsə bütün bunları etiraf edə bilər. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı iddiasının əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona və oğluna qarşı pul tələbi barədə məhkəmə iddia ərizəsi vermişdir. Qeyd etmək istəyir ki, onun iddiası tamamilə əsassız və qanunsuzdur. İşin hallarından da görsənir ki, İddiaçı Şahid2 şər və böhtan dolu ifadələrinə əsasən bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şahid2 onunla qeyri rəsmi olaraq birlikdə yaşamışdır. Lakin o, hər gün spirtli içkilər qəbul edərək tüfeyli həyat tərzi sürdüyünə görə və evdə olarkən yetkinlik yaşına çatmış qızının yanında lüt şəkildə gəzdiyi üçün o, Rahidi 2024-cü ildə kirayədə yaşadığı evdən qovmuşdu. O, əvvəl dəfələrlə ondan banşmağını xahiş etmişdir. Lakin artıq barışmağın mümkün olmadığını görüb ona qarşı şantaja və şər-böhtana başlamışdır. Belə ki, onun iş yerimə gələrək əgər onunla barışmazsa onda keçmiş qaynanasının yanına gedərək onun və oğlunun qaynananasının pulunun oğurlanması barədə qaynanasına şahidlik edəcəyini və ona hər cür kömək edəcəyini bildirmişdir. O da həm Allah qarşısında, həm də qanun qarşısında düz olduğu üçün nə istəsə edə biləcəyini dedi. O da heç bir insanlığa sığmayan şəkildə ondan qisas almaq məqsədilə şər və böhtan dolu məlumatları qaynanasına demiş və özü də onun üçün vəkil tutaraq onun adından məhkəməyə iddia ərizəsi verdirmişdir. Təbii ki, ona qarşı qisas almaq niyyəti olan şəxsin ifadələri məhkəmədə hər hansı bir sübut rolunu oynaya bilməz, belə ki, onun mənə qarşı qəsd və qərəzi bəri başdan məlumdur. Həm də əyər həqiqətən o və oğlu qaynanasının pulunu oğurlamışdıqsa ona niyə görə doğru bir vətəndaş kimi hələ 2023-cü ildə bu barədə polisə məlumat verməmişdi. Onda belə çıxır ki, Şahid2 cinayət hadisəsini bilib polisə məlumat verməməyə görə və ya hal-hazırki vəziyyətdə yalançı şahid ifadəsi verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Qeyd etmək istəyir ki, 2023-cü ildə qaynanası onlarda yaşadığı müddətdə Rahid ümumiyyətlə onların yaşadığı mənzilə gəlməmiş və qaynanası ilə aralarında olan münasibətləri barədə məlumatı olmamışdır. Amma Rahidin adından yazılmış ərizədə göstərilir ki, guya o, qaynanasına ağır işgəncələr verərək evdən qovmuşdur. Güya ki, qaynanasından oğurladığı pulla kapital banka olan borcunu bağlamış, bir də mebel mağazasında olan krediti ödəmişdir. Bir daha bildirmək istəyir ki, onun bu ifadələri tamamilə yalan, şər və böhtandır. O, həmin bu mebeli 2015-ci ildə nağd qaydada almışdır, bununla əlaqədar sənədi məhkəməyə təqdim edir. Kapital banka isə hal-hazırda da borcu var. Bununla əlaqədar sənədi də məhkəməyə təqdim edərək bildirmək istəyir ki, Şahid2 onun barəsində şər və yalan dolu ifadələr verdiyi üçün onun barəsində xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməlidir. Bildirmək istəyir ki, qaynanası onların evdə qaldığı müddətdə daima aralarında mehriban münasibət olmuşdur, əgər o və ya oğlu onun pulunu oğurlasaydılar onda o istənilən vaxt onlarda yaşadığı müddət ərzində AR DİN-İn 102 qaynar xətt xidmətinə zəng edərək məlumat verə bilərdi. Belə ki, o və oğlu işləri ilə əlaqədar müəyyən müddətə evi tərk edirdilər. Amma qaynanası daimi olaraq vedə qalırdı. Yaşadıqları evdə də şəhər telefonu olduğu üçün o maneəsiz olara istənilən şəxsə və idarəyə müraciət edə bilərdi. Nəzərə çatdırır ki, onunla qaynanası və onun övladları arasında Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ilə əlaqədar mübahisə olduğu üçün onun barəsində həm 2023-cü ildə polisə verilmiş şikayət ərizəsi, həm də hal-hazrkı iddia ərizəsi sözügedən fərdi yaşayış evinə olan paylarından imtina etməyə məcbur edilmələri üçündür. Qeyd etmək istəyir ki, qaynanası axırıncı dəfə onlardan gedəndə bütün əşyalarını yoxlamış və onlar mehribancasına ayrılmışlar, əgər onun pulu onların evində oğurlansaydı təbii ki, onlardan gedəndə bunu bildirərək pulunu tələb edərdi. Lakin qaynanasi bir neçə dəfə bildirmişdir ki, onun qızı Çağlarova İradə onun 10.000 manata yaxın pulunu oğurlamışdır. Bununla əlaqədar səs yazısı da vardır ki, məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında iştirakı edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərə verdiyi pulu pensiyası, həmçinin satdığı dəmir, toyuq və s. hesabına yığmışdır. Cavabdehlər üçün ərzaq da alırdı. Onlarda 2 ay, yəni fevral və mart aylarında qalmışdır. Daha sonra 300 manat da kart hesabına atmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, pulu saxlamaq üçün qızına ona görə verməmişdir ki, qızı verilən pulları xərcləyirdi, saxlamırdı. Belə ki, daha əvvəl uşaqlarını oxutması üçün qızına da pul vermişdi. Həmçinin evin bir çox yerində saxladığı pulları qızı götürüb işlədirdi. Buna görə də pulu Əliəsgərə vermişdi. Daha sonra pulu Əliəsgərdən alıb nəvəsi Asifə vermişdi. Pulu cavabdehlərə verməmişdir, sadəcə cibi olmadığına görə saxlamaq üçün Cavabdeh2 vermişdi. O, nəvəsigildə yaşayanda Şahid2 orada yaşamırdı, arada gəlib-gedirdi, cavabdeh üçün iş görürdü. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anasının pulu oğurlanmamışdan qabaq anasına zəng gəlirdi ki, Asif hansısa əşyanı alıb, pulunu ödəmir, lakin pul oğurlandan sonra zənglər kəsildi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia qisas almaq məqsədilə qaldırılıb. 10-cu polis bölməsində araşdırma aparılır və işin halları təsdiqini tapmayıb. İddiaçı cavabdehlərin evində 2 ay müddətində yaşayıb. Onlara pul saxlamaq üçün təqdim olunmayıb. Pullar X1 məqsədilə verilib və sayıldıqdan sonra qaytarılıb. Oğurluq və döyülmə barədə qeyd edilənlər də öz təsdiqini tapmayıb. Mebellər üçün və banka ödəniş bir neçə il əvvəl baş verib, ödəniş sənədlərində görünür. İddiaçı qızına inanmadığı üçün pulları Əliəsgərə verib. O da, sayaraq qaytarıb. Əliəsgər işin hallarını dəqiq bilmir, izahatında da təsdiq etdi ki, ərizəni vəkil yazıb və o da imzalayıb. Rahid ilə Sadəgül faktiki nikah münasibətlərində olaraq birgə yaşayıblar. Aralarında münaqişə var idi, evə buraxılmadığında görə Rahid Sadəgülü hədələyirdi ki, ona qarşı İddiaçı şahidlik edəcək. Rahidlə Sadəgülün arasında qərəz var. Bu səbəbdən qərəzli olduğuna görə şahidin ifadəsinin sübut kimi dəyərləndirilə bilməyəcəyini düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Suraxanı rayonunda yerləşən mədəndə birlikdə işləyiblər. Cavabdehləri tanıyır, düşmənçilik və ədavətləri yoxdur. Məhkəməyə təqdim olunmuş ərizəni vəkil yazmış, o da oxuyub qol çəkmişdir. İddiaçı xəstə idi, nəvəsigilə getməmişdən qabaq onu çağırıb nəvəsigilə gedəcəyini bildirmiş və 2000 ABŞ dollarını və 5800 manat pulu ona saxlaması üçün vermişdir. Bir müddət sonra nəvəsigilə getdi. Daha sonra iddiaçı onu çağırmış və o da iddiaçının verdiyi pulları da götürüb iddiaçının ünvanına getmişdir. 2000 ABŞ dollarını və 5800 manat pulu iddiaçı onun yanında nəvəsi Cavabdeh2 verdi. Verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı ilə qızının münasibətləri yaxşı idi. Pulun niyə ona verildiyini bilmir. Oğlu işləmirdi, "xxxx" ASC-yə borcu var idi. Sadəgül həmin pulla borcu bağlamışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəni öz xətti ilə yazmışdır. Cavabdehlərlə düşmənçiliyi yoxdur. Pul oğurlananda 5 il idi Cavabdeh1 evində yaşayırdı. X25 adlı rəfiqəsi var idi. Sadəgül İsmayıloba evinə polis gəlib yoxlayar deyə qorxduğundan 8000 manat və 2000 ABŞ dollarını saxlamaq üçün rəfiqəsinə vermişdi. Daha sonra ondan pul götürüb, oğlu Asifin bankda olan borcunu bağlamışdı. Həmin vaxtı o, əməliyyat olub Sadəgülün evinə gəlmişdi. Onun 1600 manat pulu da Sadəgüldədir. Borc istədiyinə görə vermişdi. Ondan istəməsinə baxmayaraq pulunu qaytarmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Sadəgüllə qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamışlar. Aliment borcuna görə axtarışda idi və cavabdehlər onu bununla hədələdikləri üçün polisə məlumat verməmişdir. Lakin daha sonra arvadı ilə barışmış və iddiaçını taparaq ona kömək edəcəyini bildirmişdir. 1 ilə yaxındır ki, Sadəgülün evindən çıxıb getmişdir. İşləyib pulu Sadəgülə verirdi. Ona verdiyi pulları qaytarmayıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 10-cu PB-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2023-cü tarixli qərarından görünür ki, HK.1-843/23 nömrəli material üzrə Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə CPM-in 39.1 2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibatı tədbir görülməsi üçün qəbul edilmiş qərarın sürəti bölmə rəhbərliyinə raportla təqdim edilməklə məruzə edilmiş, İddiaçı Abdulqafar qızının nəvəsi Cavabdeh2 Zuyad oğluna verdiyi pul vəsaitinin tələbi ilə bağlı müraciəti həmin hissədə mülki mübahisə olduğundan qeyd olunan xüsusatla bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-ın 39.1.1-cı maddəsinə əsasən cinayət ışı başlaması rədd edilmiş, İddiaçı nəvəsi Cavabdeh2 Zuyad oğluna verdiyi pul vəsaitinin tələbi ilə bağlı cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki: xx.xx.1935-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan İddiaçı Əbdulqafar qızı 28 mart 2023-cu ıl tarixdə DİN-nın 102 Z/M xidmətinə şifahi, 10-cu PB- nə ərizə ilə müraciət edərək 01 fevral 2023-cü il tarixdə gəlini Cavabdeh1 ona baxmaları üçun öz yaşadığı ünvana aparmasını təklif etməsini, onlara gedən zaman keçmiş iş yoldaşı Ələskərdə saxladığı 2000 ABŞ dollarını və 5800 manat pulu ondan götürərək nəvəsi Cavabdeh2 verməsini, onlarda yaşadığı müddət 899 manat təqaüd pulunu gəlini Sadəgülə verməsini, öz evinə qayıdan zaman gəlinində olan 2000 ABŞ dollarım və 6690 manat pulu istədikdə gəlininin ona pulu geri verməməsini, onu döyərək evdən qovması barədə məlumat vermiş və eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 Zuyad oğlu aşağıdakı izahatı vermişdir: “Nənəm Nəzifəni 28 yanvar 2023-cü ıl tarixdə yaşadığım Qaradağ rayonu, Cənub Qapısında olan evimə gətirəndə onun iş yoldaşı Ələsgər gəldi və anam Sadəgüllə məndən otaqdan çıxmağımızı istədi Biz otaqdan çıxmaq istəyən zaman Nənəm Nəzifə mənə sən qal dedi Nənəm mənə pul verdi kı. say görəm burda nə qədər pul var Mən saydıqda 2000 ABŞ dolları və 5800 AZN pul olduğunu dedim Mən yenidən pulları nənəm qaytardım, nənəm anama və mənə otaqdan çıxmağımızı istədi Biz otaqdan çıxdıqdan sonra nənəm Ələsgərlə birlikdə gəldi Ələsgər oz avtomobilinə əyləşdi getdi. Nənəmdə bizimlə birlikdə yaşadığım evə gəldik Mart ayının axırları nənəm evinə qayıtmaq istəyirdi. Mən ona getməməsini bizimlə birlikdə qalmasını istədim. Ondan sonra evdə söz söhbət eləməyə başladı. 27 mart 2023-cu ıl tarixdə anam Sadəgül mənim mobil telefonuma zəng edərək nənən Nəzifə evdə dava salır saxlaya bilmədiyini, öz evinə getmək istədiyini bildirdi Mən işdən evə gələrək nənəmi taksiyə əyləşdərəb evinə apardım Sonra bibimə zəng edərək nənəm bizdə qalmaq istəmədiyim evinə gətirib qoyduğum barədə məlumat verdim.” Təhqiqat araşdırması zaman Cavabdeh1 aşağıdakı kimi izahat vermişdir. “Mən 2013-cü ildə X20 ilə rəsmi şəkildə boşanmışam O biz boşandıqdan təxminən 2 ay sonra rəhmətə getdi Sonradan onun ailəsi ilə münasibətlərimiz pis oldu əlaqəmiz kəsildi. 28 yanvar 2023-cü il tarixdə ev telefonuna zəng olaraq qızım Sevinci bir qadın soruşdu Mən evdə olmadığını bildirdim Sonra səsindən keçmiş qayınanam Nəzifə olduğunu bildim. Ondan nə lazım olduğunu soruşduqda mənə xəstələndiyini, halının olmadığını bildirdi. Mən həmin günü axşamı oğlum Asif və qızım Sevinci götürərək onun yaşadığı Əmırcan qəsəbəsinə getdim. Keçmiş qayınanamı bizimlə mənim yaşadığım ünvana gəlməsini istədik. O mənimlə razılaşdı və keçmiş iş yoldaşı Ələsgərə oğlum Asifin mobil telonu ilə zəng edərək pulu götürərək onun yaşadığı evə dəvət etdi. Təxminən 2 saat sonra Ələsgər qayınanamın evinə gəldi və ona solğun rəngdə pul kisəsi verdi Qayınanam Nəzıfə pulu oğlum Asifə verərək saymağını istədi Asif pulları sayaraq nənəsinə verdi. Sonradan biz qayınanam Nəzifəni də götürərək mənim yaşadığım evə gəldik. Mənim yaşadığım evə gələn zaman məndən evinin sənədlərini saxlamağımı istədi. Mən sənədləri götürərək evdəki şfanerin içinə qoydum. 25 mart 2023-cü il tarixdə qayınanam evinə getmək istədiyi üçün evdə söz söhbət salmağa başladı. 27 mart 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində qayınanam evdən getmək istəyirdi. Mən ona oğlum Asifin işdən gəlib aparacağını bildirdim. O isə mənə indi getmək istədiyini dedi. Evin qapısına getmək istədikdə mən qapını bağladım ki, çıxa bilməsin. Sonra oğlum Asifə zəng edərək gəlib nənəsini aparmasını istədim. Təxminən 1 saat sonra Asif gələrək nənəsini Əmircan qəsəbəsindəki evinə aparıb qoydu. Səhiyyə Nazirliyi məhkəmə-tübbi ekspertiza və patoloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinin 08 aprel 2023-cü il tarixli 210 nömrəli rəyindən görünür ki, İddiaçı Abdulqafar qızının hər iki əlin səthinin, sağ saıd nahiyyəsının sağ mıl-bılək oynağının qançırları, sol saıd nahiyyəsının sıyrıqları bərk kut əşya (əşyalar) təsirindən müayinədən 4-6 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 27 03.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki. Cavabdeh1 28 mart 2023cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Cənub Qapısı" yaşayış kompleksində yerləşən yaşadığı mənzildə əli ilə qayınanası İddiaçı Abdulqafar qızını vuraraq ona hər iki əlin səthinin, sağ said nahiyəsinin sağ mil-bilək oynağının qançırları, sol said nahiyyəsinın sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, F Bağırov küçəsi, döngə 2, ev 5-də yaşayan İddiaçı Əbdülqadir qızı xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB- ərizə ilə müraciət edərək bildirmişdir kı, xx.xx.2023-cü il tarixdə saat 16.00dan həmin gün saat 18:00-dək olan müddət ərzində yaşadığı evə qonaq qismində gələn nəvəsi Cavabdeh2 onda olan açarla evə daxil olmuş, onun evdə olmadığından istifadə edərək qab şkafından asdığı kişi pencəyinin cibində saxladığı, ona məxsus 350 manat pulu oğurlamışdır. X3 izahatı alınarkən ərizəsində qeyd olunanları təsdiq edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq qeyd etmışdir ki, evin açarları özündə və yalnız nəvəsi Asifdə vardır və pulunun yerini də nəvəsi Cavabdeh2 bildiyi üçün oğurluğu məhs Asifin etdiyindən əmindir. Araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı onun ata nənəsidir Nənəsi Nəzifə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi onun yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvan 2 ünvanında yaşamışdır. Nənəsi bina evində qala bilmədiyi və özünü pis hiss etdiyini dediyi üçün xx.xx.2025-ci il tarixdə onu yaşadığı ünvan 3 ünvanına aparmışdır. Taksi evin həyətində saxlamış, nənəsi düşüb evə getmiş və o, heç evə daxil olmadan gəldiyi taksi ilə evə qayıtmışdır. Nənəsi ondan əsassız olaraq şikayət etmişdir. Nənəsinin pulunun evdə harada olduğunu heç bir zaman bilməmişdir. Evin açarı onda heç bir zaman olmamışdır. xx.xx.2023-cü il tarixdə də nənəsini evinə qoyub getmiş, həmin gündən sonra da oraya getməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək də nənəsi onun yaşadığı evdə olmuş, bu müddətdə də Əmircan qəsəbəsinə getməmişdir.” Şahid1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə uzun müddət bir yerdə işləyi və tanıdığı İddiaçı Abdulqafar qızı ona dedi ki, özünün gələcəkdə ölüm və sair məqsədlər üçün yığdığı 2000 ABŞ dolları və 5800 manat pulu saxlamaq üçün ona verir. Çünki xəstədir və ona etibar edir. O da Nazifə xanımın xahişini eşidib, saxlamaq üçün həmin pulları ondan sayıb aldı. Nazifə xanım həmin pulları ona yaşadığı Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, döngə 2, ev 5 ünvanda yerləşən evində verdi. Pulu ona verdikdən 5 gün sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan nəvəsi Cavabdeh2 ilə birlikdə yaşamaq üçün getmişdir. 10 gün onlarla yaşadıqdan sonra yəni xx.xx.2022-ci il Nazifə xanım ona zəng vurdu ki, onda olan əmanəti götürərək, onlara getsin. Həmin gün o da pulu götürüb Nazifə xanımın yaşadığı ünvana yəni Əmircan qəsəbəsinəı getdi. Pulu sayıb Nazifə xanıma verdi. Nazifə xanım həmin pulu nəvəsi Cavabdeh2 tam şəkildə verdi. Nazifə xanım pulu nəvəsinə verərkən mənzildə Asifin anası Cavabdeh1 da orada idi. O, orada olarkən Asif və anası soyuducuda olan bütün ərzaqları, habelə qış üçün tədarük görülmüş bütün ərzaqları yığıb taksi çağıraraq Nazifə xanımla birlikdə getdilər. Sonra baş vermiş hadisələrdən onun məlumatı olmamışdır. İzahatın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Şahid2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Cavabdeh1 və onun oğlu Cavabdeh2 Niyaz oğlunu tanıyır. Belə ki, Sadəgüllə o, qeyri-rəsmi olaraq yaşayırdılar. 2023-cü ilin fevral ayında Sadəgülün qayınanası özünə məxsus 8000 manat və 2000 ABŞ dollarını saxlamaq üçün Sadəgülə verib ki, saxlasın. Sadəgül pulu alandan sonra Lökbatan qəsəbəsində yerləşən "xxxx"a oğlu Asifin təxminən 4000 nə qədərsə məbləğində borcunu və bir də öz borcunu bağladı. Sonra Lökbatan qəsəbəsinin girəcəyində yerləşən mebel mağazasından kreditə mebel götürmüşdü, onun borcunu ödədilər. Bir müddətdən sonra qayınanasını evdən qovdu, evdə olarkən qayınanasına ağır işgəncələr verirdi. Qeyd edir ki, 2022-ci ilin yay aylarında Sadəgül ondan da 1600 manat pul alıb qaytarmayıb. Daha ətraflı məlumatı məhkəmədə verə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə paylı mülkiyyət hüquqi ilə 3/5 hissədə İddiaçı, 1/10 hissədə X11, 1/10 hissədə X12, 1/10 hissədə X13, 1/20 hissədə Cavabdeh2, 1/20 hissədə X10 adına qeydiyyata alınmışdır. "xxxx" Servis xidməti Bakı distribyutorluğu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-nin Maştağa filialından alınmış Lisa yataq dəsti dolabı "xxxx" Servis xidməti Bakı distribyutorluğu tərəfindən quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əlavədən - ödəniş qrafikindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü 4075,32 manat məbləğində pulu 83 ay müddətinə illik 20 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən xx.xx.2029-cu il tarixinədək faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki: Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub Qapısı yaşayış kompleksi, ev 24A, mənzil 141-də yaşayan X19 3 fevral 2024-cü il saat 15:25 radələrində Daxili işlər Nazirliyinin «102» xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq qeyn rəsmi yaşadığı X4 onunla münaqişə edərək əlini cırması barədə məlumat vermişdir. Araşdırma zamanı X19 şifahi ərizə protokolu ilə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə müraciət edərək 3 fevral 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub Qapısı yaşayış kompleksi, ev 24A, mənzil 141-də qeyri rəsmi yaşadığı X5 və sonuncunun qızı X17 qısqanclıq zəmnində aralarında baş vermiş mübahisə zamanı onu döyərək bədən xəsarəti yetirdiyini bildirmiş və bu barədə Daxili işlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə vermiş olduğu məlumatla bağlı başladılmış araşdırmanın icraatının dayandırılmasını xahiş etmişdir. Bundan başqa araşdırma zamanı İsmayılova Sadəgü! İsrafil qızı ərizə ilə 10-cu Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, 3 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, Coııub Qapısı yaşayış kompleksi, ev 24A, mənzil 141-də qeyri rəsmi yaşadığı X19 ilə aralarından yaranmış mübahisə zamanı sonuncu onun kürək nahiyyəsinə vuraraq döydüyünü bildirmiş və R.H.Xəlilovun barəsində qanuni tədbir görülməsini xahiş elmişdir. X19 vermiş olduğu izahatda bildirmişdir ki, Cavabdeh1 ilə 4 ildir ki, qeyri rəsmi ər-arvad münasibətində yaşayır. 3 fevral 2024- cü il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. Cənub Qapısı yaşayış kompleksi, ev 24A, mənzil 141-də Sadəgiil İsmayılova ilə aralarında qısqanclıq münasibətində mübahisə yaranmış və mübahisə zamanı Sadəgül və onun qızı X17 onun üstünə hücum edərək onu döyməyə başlamışdır. Bundan sonra Sevinc onu tanışı Hüseyn adlı şəxslə hədə qorxu gəlmişdir. Oda bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Cavabdeh1 vermiş olduğu izahatda bildirmişdir ki, təxminən 4 ildir ki, X19 ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. 3 İcvral 2024-cü il səhər saat 09:00 radələrində o, Rahimin istifadəsində olan mobil telefona zəng vursada Rahim telefonu götürməmişdir. Bundan sonra o, Rahimə mesaj yazsada Rahim mesajlara cavab verməmişdir. Təxminən saat 14:00 radələrində Rahim eyə gələrək onunla mübahisə etməyə başlamış və mübahisə zamanı yumruqla kürəyindən təpiklə isə ayağından vurmuşdur. Həmin vaxt evdə olan qızı X17 onların arasına girərək onları ayırmaq istəyəndə Rahim Sevincin boğazından tutaraq onu boğmuşdur. X17 vermiş olduğu izahatda Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təsdiq təsdiq edərək analoji izahat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinə əsasən, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının mərhum oğlu Ziyadın keçmiş arvadı, Cavabdeh2 isə onun nəvəsidir. İddiaçının bildirməsinə görə 2023-cü ilin əvvəllərində o, xəstə olduğuna görə nəvəsi Sevincə zəng edib xəstələndiyini bildirərək ona gəlib baxmasını xahiş etmiş, Sevinc, anası Sadəgül və qardaşı Asif iddiaçının evinə gəlmiş və ona öz evlərində baxmağı təklif etmişlər. O da razılaşmış və onların evinə getmişdir. Təxminən 10 gün onlarda qalıqdan sonra evdə olan müəyyən əşyalarını götürmək üçün Sadəgül və Asiflə birlikdə öz evinə getmişdir. O, özünün dəfn günü üçün yığdığı pulu da saxlamaq üçün uzun müddət bir yerdə işlədiyi və ailəsinə yaxın olan X9 vermişdir. O, Ələsgərə zəng etmişdir ki, həmin pulu gətirsin. Ələsgər də ona saxlamaq üçün verdiyi 2000 ABŞ dollarını və 5800 manat pulu gətirib cavabdehlərin yanında iddiaçının evində sayaraq ona vermişdir. İddiaçı da pulu saxlamaq üçün Cavabdeh2 vermişdir. O da həmin pulu sayaraq götürmüş və iddiaçı onlarla birlikdə yenidən yaşadıqları Lökbatan qəsəbəsi, Sənub Qapısı y/k, bina 24 A.mənzil 141 ünvanına gəlmişdir. Həmin vaxt onun pul kisəsində 2200 manat da pul olmuş, həmin pulu da onun icazəsi olmadan cibindən götürüb istifadə etmişlər. Təxminən iki aya kimi onlarda qaldıqdan sonra o, evinə getmək istədiyini bildirmiş, cavabdehlərdən pulunu istədikdə onu döyərək pulunu verməkdən intina etmişlər. Hazırda iddiaçı həmin məbləğin ona ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 10-cu PB-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2023-cü tarixli qərarından və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin qərarlarından görünür ki, İddiaçı şikayət ərizələri üzrə araşdırılma aparılmış və araşdırmaların nəticəsində cinayət qanunvericiliyində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus pulların cavabdehlər tərəfindən oğurlanması, yaxud ələ keçirilməsi faktları cinayət araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iş materiallarına əlavə edilmiş yazılı ərizəsini özü yazmamış, iddiaçının nümayəndəsi və vəkili yazdıqdan sonra imzalamışdır. Həmçinin o pulun Nəzifə tərəfindən Cavabdeh2 verildiyini bildirsə də, iddiaçı iddia ərizəsində və izahatında qeyd etmişdir ki, saxlamaq üçün verdiyi 2000 ABŞ dolları və 5800 manat pulları Şahid1 onun evinə gətirib cavabdehlərin yanında sayaraq pulu iddiaçıya vermişdir, iddiaçı da həmin pulu sayması və saxlaması üçün Cavabdeh2 vermiş, cavabdehlərlə birlikdə onların yaşadıqları evə getmiş, həmin vaxt pul kisəsində olan 2200 manat pulu da iddaçının icazəsi olmadan götürüb istifadə etmişlər. Şahidin ifadəsindən məlum olur ki, o, pulun cavabdehlər tərəfindən götürülməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən müəyyən olunur ki, İddiaçı cavabdehlərin evində qaldığı müddətdə həmin mənzildə yaşamamış, ümumiyyətlə İddiaçı pullarını cavabdehlərə verməsinin, nə də cavabdehlər tərəfindən iddiaçının pullarının icazəsiz götürülməsinin birbaşa şahidi olmamış, həmçinin Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə 13 fevral 2024-cü il tarixli qərarından və işin hallarından görünür onunla Cavabdeh1 arasında ədavət olmuşdur, sonuncunu polisə şikayət etmişdir. Məhkəmə hesab edir ki, şahid ifadələri və onların ərizələri mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır. 2. Sübutun heç birinin güvənliliyi şübhə doğurmamalıdır. 3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır. 4. Bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskdəki səs yazılarının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması və kimlərə məxsus olması göstərilmədiyindən, həmçinin səs yazıları anlaşılmaz olduğundan o hissədə təqdiqat aparmaq mümkün olmamış və məhkəmə tərəfindən diskdəki sübut kimi nəzərə alınmamışdır. Beləliklə, iddiaçı iddiasının əsaslığını, yəni cavabdehlər tərəfindən qeyd olunan pul vəsaitinin götürülməsini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunveciliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, “...Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).” Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar