Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1791/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “xx.xx.2023cü il tarixli 8i-702 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “xx.xx.2023-cü il tarixli 8i-702 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh notariat orqanı tərəfindən iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC arasında bağlanmış ********* saylı müqavilə üzrə əsassız olaraq icra qeydi qəbul edilməklə icra orqanına göndərilmişdir. Bu səbəbdən, Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8i-702 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə əsasən məhkəmələrin mülki prosesdə arbitr rolunda çıxış etməsi xüsusatı nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə iddiaçı və ya cavabdeh tərəfdən sübut (lar) toplaması istisna olunur. İş üzrə 3 hazırlıq və 1 baxış iclasının keçirilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinə dair müvafiq sübutlar məhkəməyə təqdim edilməmiş, icra qeydinin ləğv edilməsinin əsasları, səbəbləri və digər hüquqi hallar mülahizə kimi də olsa məhkəməyə bildirilməmişdir. Belə ki, qeyd olunan xx.xx.2023-cü il tarixli 8i-702 reyestr nömrəli icra qeydinin ləğv olunmasının hüquqi və faktiki əsasları iş materiallarına əsasən müəyyən deyildir. Məhkəmə qeyd edir ki, müvafiq notariat orqanı qanunvericiliyin tələbləri rəhbər götürülməklə xidməti vəzifəsinə uyğun olaraq müvafiq hüquqi əsas üzrə müqavilə şərtləri nəzərə alınmaqla icra qeyd verməklə icra orqanına göndərməlidir. Hazırki iş üzrə icra qeydinin verilməsinə əsas olan iddiaçı və Maraqlı şəxs MMC arasında bağlanmış müqavilənin etibarsız əqd (mübahisələndirilən əqd) olub-olmaması və ya notariat orqanının konkret hərəkət(lər)inin qanunsuz olub-olmaması, qanunsuz olduğu təqdirdə müvafiq əsaslar və digər zəruri xüsusatlar aydın deyildir. Göstərilən 2 (iki) ayrı hal üzrə mübahisənin faktiki və hüquqi əsasları, prosessual iştirakçılıq, münasibətlərin xarakteri, məhkəmə aidiyyatı baxımından tamamilə fərqlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəfindən işin faktiki və hüquqi halları barədə məhkəməyə heç bir sənəd, sübut və material təqdim edilməmişdir. Məhkəmə tərəfindən hazırlıq iclaslarının təxirə salınmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak edərək iddia tələbini izah və müdafiə edən hüquqi hərəkətlər həyata keçirməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “xx.xx.2023cü il tarixli 8i-702 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1791/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1791/2023
24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver