Məhkəmə qərarları › İş №e-2(004)-1807/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1807/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1807/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1962/2014 saylı mülki iş üzrə 11 mart 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “Bank ” KB-nin cavabdehlər oğluna qarşı kredit müqavilələri üzrə borcun, hesablanmış faizlərin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, “Bank ” KB ilə oğlu arasında bağlanmış 12 oktyabr 2012-ci il tarixli 100/0023750/12 saylı kredit müqaviləsi üzrə oğlundan 359391,70 çü) yüz əlli doqquz min üç yüz doxsan bir manat, yetmiş qəpik) manat məbləğində əsas kredit borcu, 51597,57 (əlli bir min beş yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu, cəmi 410989,27 dröd) yüz on min doqquz yüz səksən doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi və oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20A ünvanında yerləşən 72 kv.m. sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1962/2014 saylı, 11 mart 2014-cü il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İ arċ İ ninisəraḋ icra məmuru oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul edilmişdir. Qiymətləndirici şirkət "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməyə əsasən, oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən, ümumi sahəsi 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 610.000 (altı yüz on min) manat və oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20A ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 150.000 züy) əlli min) manat məbləğində müəyyən edilmişdir. Hesab edirik ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə zamanı qeyd olunan qeyri-yaşayış sahələrinin 1 kv.m-i çox aşağı məbləğdə qiymətləndirilmişdir. "xxxx" MMC-yə müraciət edilmiş və həmin qiymətləndirici tərəfindən oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən, ümumi sahəsi 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 735.000 (yeddi yüz otuz beş min) manat, A oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20A ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 190.000 züy) doxsan min) manat məbləğində müəyyən edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. "xxxx" MMC tərəfindən hazırlanmış, oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən, ümumi sahəsi 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2023- cü il tarixli, 108 saylı Hesabat və oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20A ünvanında yerləşən ümumi sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli, 108/1 saylı Hesabat ləğv edilməlidir. İddiaçı Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 108 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən edilir ki, r oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 610000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən edilir ki, oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 190000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/30xx-xx/2948 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, sözügedən əmlakların likvid dəyəri müvafiq olaraq 769.000 və 153.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 108 nömrəli qiymətləndirmə hesabatına əsasən oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 610000 manat təşkil etməsi müəyyən edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/30xx-xx/2948 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, sözügedən əmlakın likvid dəyəri 769.000 manat təşkil edir. Görünür ki, əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı əhəmiyyətli ziddiyyət mövcuddur ki, bu da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Yəni, fərq cüzi deyil, əhəmiyyətli dərəcədədir (159.000 manat). Odur ki, sözügedən rəy ləğv edilməli və yənidən müvafiq qiymətləndirmə əməliyyatları həyata keçirilməlidir. Lakin, digər əmlakın qiymətləndirilməsi ilə bağlı mübahisə predmeti olan rəyin (hesabat) əsassızlığı xüsusatı müəyyən edilmir. Əskinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/30xx-xx/2948 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə nisbətdə mübahisə predmeti olan rəyin (hesabat) məbləği daha üstündür. Qiymətləndici şirkət qiymətləndirmə fəaliyyətini həyata keçirərkən ümumi qəbul edilmiş metod və üsullardan istifadə etməklə obyektiv və əsaslı rəy verməyə cəhd etməli, öz mülahizəsi üzrə “istədiyi” rəyi verməkdən çəkinməlidir. Məhkəmə burada bir xüsusata diqqət edir ki, baxmayaraq ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi oğluna məxsusdur və o, hazırki iddia tələbi üzrə iddiaçı deyildir, iddiaçı oğlunun mübahisə predmeti olan rəyi mübahisələndirməkdə subyektiv hüquqa malikdir. Yəni, həmin əmlakın dəyərinin də mübahisələndirilməsi ümumi öhdəliyin həcmi və həlli baxımdan iddiaçı oğlunun maraqlarına toxunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki iş üzrə ümumilikdə 2 hazırlıq, 1 baxış iclasının keçirilməsinə baxmayaraq cavabdeh tərəf iddia tələbinin təkzib edilməsi istiqamətində heç bir prosessual fəaliyyət göstərməmiş, qəbul etdiyi rəyləri əsaslandırmamış, məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi (iddianın qismən təmin edilməsi xüsusatı nəzərə alınmaqla) cavabdehə aid edilməlidir. Məhkəmə xərclərinin iddiaçı tərəfindən tələb edilməməsinə baxmayaraq məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfdən tutulması məsələsini iddiadan kənara çıxmaq kimi qiymətləndirmir, əksinə, öz xidməti vəzifəsinə əsasən məhkəmə xərclərinə hüquqi qiymət verməyi zəruri hesab edir. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən tərtib edilmiş oğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən, ümumi sahəsi 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2023- cü il tarixli, 108 saylı Hesabat ləğv edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin yekun nəticəsinin ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmişoğluna məxsus Sumqayıt şəhəri, Niyazi küçəsi, 17-ci mikrorayon, 20 ünvanında yerləşən, ümumi sahəsi 362,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2023- cü il tarixli, 108 saylı Hesabat ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar