Məhkəmə qərarları › İş №e-2(004)-1811/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1811/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1811/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı Cavabdeh ASC-yə və digərlərinə qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh ASC-yə və digərlərinə qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)- 570/2020 saylı qətnaməsinin icrası istiqamətində tələbin yönəldiyi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı evin həbsdən azad edilməsini və həmin evin bazar qiyməti ilə satışının həyata keçirilərək əldə edilən məbləğin Cavabdeh ASC-yə ödənilməsinə razılıq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-570/2020 saylı qətnaməsinin icrası istiqamətində hərəkətlər həmin işin davamı kimi qəbul edilir. Bundan başqa, məhkəməyə ünvanlanmış ərizədən görünür ki (iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi xüsusatlar əsasında), məhkəmə qətnaməsinin icrası istiqamətində müvafiq icra hərəkətləri aparılmış, İddiaçı mülkiyyətində olan ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı evin üzərinə həbs qoyulmuş, icra hərəkətləri tam icra edilməməklə icra üzrə icraat yekunlaşmamışdır. Eyni zamanda, ərizəçi ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirmişdir ki, bu halın özü də icra hərəkətlərinin davamını xarakterizə edir. Bundan əlavə, ərizəçinin ipoteka predmeti olan əmlak üzərinə həbs qoyulması barədə qərardaddan da şikayət vermək hüququ olmuşdur. Göstərilən xüsusatlar məhkəməyə hazırkı tələblə daxil olmuş iddia ərizəsinə baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh ASC-yə və digərlərinə qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. xx.xx.2022-ci il tarixli,**********nömrəli qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE**********00********) üzrə dövlət rüsumu kimi ödənilmiş 45,50 (qırx beş manat 50 qəpik) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar