Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1831/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərər qismində tibbi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərci təşkil edən 2.300 (iki min üç yüz) manat ekspertiza xərcinin və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 26.10.2020-ci il tarixli 2(004)-307/2020 saylı mülki işə baxaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasındakı Yasamal rayon Qeydiyyat şöbəsində 17 may 2016-cı il tarixdə 121 nömrəli akt qeydi ilə bağlanılmış nikahın pozulması, 01.06.2017-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi hissəsində təmin edilmiş, müvəqqəti alimentin tutulmasına dair Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)-6516/2019 saylı qərardadı ləğv edilmiş, 16.01.2019-cu il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması və yetkinlik yaşına çatanadək alimentin tutulmasına dair hissədə əsassız olduğundan, həmin hissədə iddia tələbi rədd edilərək təmin edilməmişdir. Həmçinin, Cavabdeh tərəfindən nikahın pozulması iddiası ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, aliment tələbi ilə əlaqədar 13 (on üç) manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Lakin qətnamənin nəticə hissəsində mülki işə baxılması zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasına çəkilmiş xərclərin bölüşdürülməsi məsələsinə ümumiyyətlə toxunulmamış və bu məsələ həll edilməmişdir. Belə ki, məhkəmə baxışının gedişində 16.01.2019-cu il təvəllüdlü X4 iddiaçının övladı olması faktı mübahisələndirilmişdir. Buna əsasən iş üzrə tibbi ekspertiza təyin edilmiş və 2(004)-307/2020 nömrəli mülki iş 16.01.2019-cu il təvəllüdlü X4 həmin iş üzrə cavabdeh İddiaçı öz övladı olub-olmamasının müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Ekspertizanın aparılması üçün ümumilikdə 2300 (iki min üç yüz) manat xərc çəkilmiş və bu məbləğ onun tərəfindən qarşılanmışdır. Təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş 09.09.2020-ci il tarixli 600/2020-MTBŞ saylı ekspert rəyinə əsasən İddiaçı 16.01.2019-cu il təvəllüdlü X4 bioloji atası olması faktı inkar edilmişdir. Nəticədə, iddia tələbi 16.01.2019-cu il təvəllüdlü X4 boşanmadan sonra anasının yanında qalması və yetkinlik yaşına çatanadək onun saxlanılması üçün alimentin tutulmasına dair hissədə əsassız olduğundan, həmin hissədə rədd edilmişdir. Bu səbəbdən də, Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pul məhkəmə qaydasında tutularaq ona ödənməlidir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin 09.09.2020-ci il tarixli 600/2020-MTBŞ saylı ekspert rəyinə əsasən, İddiaçı 16.01.2019-cu il təvəllüdlü X4 bioloji atası olması faktı inkar edilmişdir. Eyni zamanda 12.08.2020-ci il tarixli 075503 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı genetik ekspertizanın keçirilməsi üçün 2300 manat məbləğində vəsait ödəmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(004)-307/2020 nömrəli qərardadına əsasən müəyyən edilir ki, İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 26.10.2020-ci il tarixli 2(004)-307/2020 saylı qətnaməsində ekspertiza haqqında məsələnin həll edilmədiyini, bu səbəbdən tibbi ekspertizanın keçirilməsi üçün onun tərəfindən ödənilmiş 2300 manat ekspertiza xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmiş, İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-nin 118.1-ci maddəsinin tələblərinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məcəllənin 118.2ci maddəsinə görə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı ekspertizanın aparılması üçün ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində xərc çəkmiş və bu məbləğ onun tərəfindən qarşılanmışdır. Təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş 09.09.2020-ci il tarixli 600/2020-MTBŞ saylı ekspert rəyinə əsasən, İddiaçı 16.01.2019-cu il təvəllüdlü X4 bioloji atası olması faktı inkar edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh iddia tələbi həmin hissəsə rədd edilmişdir. Bu səbəbdən də, Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pul məhkəmə qaydasında tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli və cavabdehdən 43 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ekspertiza xərci olan 2300 (iki min üç yüz) manat və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-1831/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-1831/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver