Məhkəmə qərarları › İş №e-2(004)-1852/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1852/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1852/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Sücayət oğlunun iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (X11 və BP Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (X11 və BP Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 8245,00 manat (səkkiz min iki yüz qırx beş manat, 00 qəpik) məbləğində vəsaitin, 102,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi ilə Natəvan döngəsinin kəsişməsində yerləşən “The Location” klubunda qaz partlayışı nəticəsində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı və H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitələrinə zərər dəymişdir. Hadisə üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(101)-1384/2022 saylı hökmünə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (Cavabdeh1 AR Cinayət Məcəlləsinin 225.3-cü, Cavabdeh3 və Cavabdeh2 isə həmin məcəllənin 314.3-cü maddəsi ilə) təqsirli bilinmişdir. Sığortalı ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı və H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən(lər) müraciət etmişdir. Sığortalı ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı və H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat asitələrinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”lara əsasən ** LH *** dövlət qeydiyyat işanlı Honda Accord markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2015,00 manat (iki min on beş manat, 00 qəpik) H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər isə 6330,00 manat (altı min üç yüz otuz manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 780,00 (yeddi yüz səksən manat. 00 qəpik) manat zərər məbləğində ğorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X5 hesabına, xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 780,00 manat ( yeddi yüz səksən manat, 00 qəpik) zərər məbləği CM- 1023/2022 saylı iş üzrə ödənildiyindən 1235,00 manat (bir min iki yüz otuz beş manat. 00 qəpik) sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba və xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 6230,00 manat (altı min üç yüz otuz manat, 00 qəpik) zərər məbləğindən sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X2 təqdim etdiyi hesaba (100,00 manat azadolma ödənilib) köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ümumilikdə 8245,00 manat (səkkiz min iki yüz qırx beş manat, 00 qəpik) məbləğində sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh (lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi, "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 8245,00 manat (səkkiz min iki yüz qırx beş manat, 00 qəpik) məbləğində vəsait cavabdeh(lər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Təyyarlı Sinan məhkəməyə verdiyi izahatında iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cinayət işində qeyd edilən partlayış hadisəsi 2021-ci ilin aprelin ayının 5-dən 6-na keçən gecə baş vermişdir.Həmin hadisə nəticəsində 4 nəfər həyatını itirmişdir,44 nəfər ağır xəsarət almışdır,17 nəqliyyat vasitəsi və 4 dənə daşınmaz əmlaka ziyan dəymişdir.Həmin cinayət işi bağlı aparalın istintaqlarda-ibtidai və cinayət istintaqlarında iştirak etmişdir. Cavabdeh3 müdafiəçisi olmuşdur. Həmin dövrdə bütün zərərçəkmiş şəxslərlə danışıqlar aparmışdılar. Bu danışıqlar nəticəsində isə razılıq əldə etmişdilər. İddia tələbindən ona aydın olan o oldu ki, ondan 2 avtomobilə dəymiş maddi ziyan tələb olunur.Bu avtomobillərdən biri X6 məxsus Honda Accord markalı olan avtomobildir.Həmin avtomobilə ümumi 1870 manat məbləğində maddi ziyan dəymişdir.Cinayət işindəki ekspert rəyində də bu qeyd olunmuşdur.1870 manat dəyərindəki maddi ziyan X6 ödənilmişdir.Şəxsən o, özü də ödədi və ondan məbləğin ödənməsi ilə bağlı notarial ərizə və qəbz aldı. Həmin ərizə və qəbzi cinayət işinin materiallarına əlavə etmişdir. X1 dəymiş maddi ziyanın ona ödəndiyini təsdiq edir və heç bir şikayəti olmadığını qeyd edir. X4 bu razılaşmadan sonra sığorta şirkətinə müraciət etməsi,maşını təmir etməsi və s. kimi başqa hallar haqqında məlumatı yoxdur.Notarial ərizənin tarixi 21 iyul 2022-ci il tarixinə aiddir. 51 saylı notariat ofisindən almışdılar. Elektron məhkəmə sistemini də əlavə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə də ərizənin olduğu, X4 da dəymiş maddi zərərin ödəndiyini dediyi qeyd edilmişdir.Həmin hökmü də elektron məhkəmə sisteminə əlavə etmişdir. 2-ci avtomobillə bağlı 6330 manat dəyərində pul vəsaiti onlardan tələb olunur. Cinayət işinə əlavə edilmiş ekspert rəyində isə dəymiş ziyanın 1670 manat dəyərində olduğu qeyd olunub. Bunu etirazında qeyd etmişdir. Onlar dəymiş maddi ziyanı ödəmək məqsədilə avtomobilin aid olduğu şirkətə müraciət etdilər. Şirkət isə onlara şikayət ərizəsi daxil olduğunu,daha sonra həmin ərizənin məhkəməyə göndərildiyi və məhkəmədə də ərizənin geri çəkildiyini bildirdi. 1(101)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə də,ekspertiza məhkəməsinin rəyində də dəymiş maddi ziyanın 1670 manat məbləğində olduğu qeyd edilmişdir.Buna görə də qarşı tərəfin 6330 manat dəyərində pul vəsaiti onlardan tələb etməsini əsassız hesab edirlər. Bunu da qeyd etdi ki,avtomobillərin baxışında ekspertlərlə birlikdə istintaq qrupu da iştirak edib. Avtomobillərin ziyan dəymiş hissələrinin foto-şəkilləri də çəkilmişdir. Ekspertiza olaraq, kompleks ekspertizalar təyin edilmişdir. Bunu da qeyd etdi ki,iddianın Cavabdeh3 qarşı qaldırılması ilə də razı deyillər. Cavabdeh3 Hüquqi şəxsin təsiscisidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50ci maddəsində qeyd edilb ki, təsisci hüquqi şəxsin,hüquqi şəxsdə təsiscinin öhdəliklərinə görə cavabdeh deyildir.Məkanı Hüquqi şəxs icarəyə götürmüşdür. Buna görə də cavabdeh qismində hüquqi şəxs cəlb edilməli idi. Buna bənzər başqa bir iş də olmuşdur.Həmin Yasamal Rayon Məhkəməsində baxılmışdır.Cavabdeh3 cavabdeh qisimdə idi.Həmin əsaslarla iddia tələbi rədd edilmişdir. Həmin qətnaməni də elektron məhkəmə sisteminə əlavə etmişdir. Onların əsaslandırması bu qədərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş (nümayəndələrinin iştirakını təmin etməmişdirlər). Məhkəmə onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan: C-MİC-1906/21 saylı Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, Mitsubishi Pajero markalı, H 027 353 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 iyul 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC-nın 18 iyul 2022-ci il tarixli Sığorta aktından görünür ki, ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı avtomobilinə (faydalanan şəxs-X11) 03 aprel 2022-ci il tarixdə baş vermiş Yanğın və partlayış nəticəsində dəymiş zərər məbləği-2015 manat, sığorta ödənişi-1235 manat müəyyən edilmişdir. Sığorta ödənişinin verildiyi şəxs və üsul-780,00 manat ( yeddi yüz səksən manat, 00 qəpik) zərər məbləği CM-1023/2022 saylı iş üzrə ödənildiyindən 1235,00 manat (bir min iki yüz otuz beş manat, 00 qəpik) sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi hesaba köçürülür. "xxxx" ASC-nın 15 avqust 2022-ci il tarixli Sığorta aktından görünür ki, H027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilinə (faydalanan şəxs-Atilla Trans and Services A MMC) 03 aprel 2022-ci il tarixdə baş vermiş Yanğın və partlayış nəticəsində dəymiş zərər məbləği-6330 manat, sığorta ödənişi 6230 manat müəyyən edilmişdir. Sığorta ödənişinin verildiyi şəxs və üsul-6330 manat zərər məbləği avtomobilin təmiri üçün fəri sahibkar X2 təqdim etdiyi hesaba köçürülür. Sığortalı tərəfindən 100 manat azadolma ödəniləcək. X11 tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli Notarial təsdiq olunmuş ərizənin məzmunundan görünür ki, ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı avtomobilinə dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxlərlə barışmışdır. Hər hansı bir tələbi və mülki iddiası olmayacaqdır. X11 tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı avtomobilinə dəymiş zərərə görə 1870 manat məbləğində pulu Vəkil qəbul etmişdir. 21 iyul 2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, 1235 manat məbləğində pul "xxxx" ASC tərəfindən X9 ödənilmişdir. 222006082 saylı cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922-9/2414 - 10/21xx-xx/2196 saylı ekspert rəyinə əsasən Honda Accord markalı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə, 1870 manat müəyyən edilmiş; H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə dəymiş zərərin məbləği 1670 manat müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli Hökmdən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək , ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-186/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/5981 saylı ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Mitsubishi Pajero" markalı, H-027-353 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5367,63 manat müəyyən edir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2167,63 manat; Təmir- bərpa işlərinin qiyməti - 3200,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013- cü il buraxılışlı “Honda Accord” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 780,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən:- təmir işlərinin dəyəri - 780.00 manat. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə əsasən Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar aşağıdakılardır: - Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi; - Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi; - Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 03 aprel 2022-ci il tarixdə “The Location” klubunda baş vermiş qaz partlayışı nəticəsində "xxxx" ASC-da tam sığorta növündə sığortalanmış ** LH *** dövlət qeydiyyat nişanlı Honda Accord markalı və H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitələrinə zərər dəymişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə; Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə; Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 təqsirli olmaları qanuni qüvvəyə minmiş məhkəmə hökmü nəzərə alınmaqla, məhkəmə tərəfindən mübahisələdirilmir. Məhkəmə Honda Accord markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar faydalanan şəxsə (X9) ödənilmiş sığorta ödənişi ilə əlaqədar qeyd edir ki, ********* saylı cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922-9/2414 - 10/21xx-xx/2196 saylı ekspert rəyinə əsasən Honda Accord markalı avtomobilə dəymiş zərərin məbləği ümumilikdə, 1870 manat müəyyən edilmişdir. X4 21 iyul 2022-ci il tarixli notarial təsdiqli ərizəsindən göründüyü kimi, E.Yusif təqsirləndirilən şəxslərlə barışmış, zərərin ödənildiyindən tələb və mülki iddiasının olmayacağını bildirmişdir. Eyni zamanda iş materiallarından görünür ki, 18 iyul 2022-ci il tarixli Sığorta aktına əsasən Honda Accord markalı avtomobilə zərər məbləği- 2015 manat müəyyən edilmiş, 780 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X7 ödənilmiş, (31 may 2022-cii il tarixli təhvil-təslim aktı və 26 iyul 2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur), 1235 manat sığorta ödənişi faydalanan şəxs-Elşad Yusifova köçürülmüşdür (iş materiallarında olan 21 iyul 2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur). Göründüyü kimi, X11 cavabdehlərdən 1870 manat məbləğində pul qəbul etməsindən əlavə olaraq, eyni tarixdə Sığortaçıdan 1235 manat məbləğində sığorta ödənişi alaraq, əsassız varlanmışdır. Mülki qanunvericiliyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Odur ki, iddiaçıya sığortalı X4 əsassız olaraq varlanmış olduğu 2015 manat (780 manat avtomobilin təmiri üçün ödənilmiş məbləğ və 1235 manat sığorta ödənişi olmaqla) məbləğində pulun tutulması tələbinə dair iddia qaldırmaq hüququ izah olunmalı, hazırki iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Mitsubishi Pajero markalı, H 027 353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar faydalanan şəxsə ödənilmiş 6230 manat sığorta ödənişi ilə əlaqədar qeyd edir ki, ********* saylı cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922- 9/2414 -10/21xx-xx/2196 saylı ekspert rəyinə H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə dəymiş zərərin məbləği 1670 manat müəyyən edilmişdir. "xxxx" ASC-nın 15 avqust 2022-ci il tarixli Sığorta aktına əsasən 03 aprel 2022ci il tarixdə baş vermiş Yanğın və partlayış nəticəsində H 027 353 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilinə dəymiş zərərin məbləği-6330 manat, sığorta ödənişi 6230 manat müəyyən edilmişdir. Müvafiq avtomobilə dəymiş zərərlə bağlı müəyyən edilmiş məbləğlə əlaqədar ziddiyyəti aradan qaldırmaq üçün mülki işin məhkəmə gedişatında məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/5981 saylı ekspert rəyi ilə müəyyən edimişdir ki, “Mitsubishi Pajero" markalı, H-027-353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hadisə baş verən tarixə təmir-bərpa xərci, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5367,63 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər baş vermiş sığorta hadisəsində təqsirli olduqlarından və iddiaçı Mitsubishi Pajero markalı H 027 353 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə ilə əlaqəli sığorta ödənişini zərərçəkənə ödədiyindən cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5367,63 (beş min üç yüz altmış yeddi manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 73,67 (yetmiş üç manat altmış yeddi qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5367,63 (beş min üç yüz altmış yeddi manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 73,67 (yetmiş üç manat altmış yeddi qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar