Məhkəmə qərarları › İş №e-2(004)-1875/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1875/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1875/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Sığorta Şırkətı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şırkətı ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Ford Fusion" markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 350 AZN (üç yüz əlli) manat məbləğində və "Mercedes Benz B180” markalı, ** SA *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 3500 AZN (üç min beş yüz) manat cəmi 3850 AZN (üç min səkkiz yüz əlli) manat və ödənilmiş 58.50 (əlli səkkiz manat əlli qəpik) manat dövlət rüsumunun iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 082201 saylı sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortalanmış “DAEWOO GENTRA” markalı, ** PG *** avtomobili idarə edən Cavabdeh “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində toqquşmuş, zədələnmə ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 2700 (iki min yeddi yüz) manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan 082911 saylı sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortalanmış “DAEWOO GENTRA” markalı, ** PG *** avtomobili idarə edən Cavabdeh “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində toqquşmuş, zədələnmə ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 800 (səkkiz yüz) manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan 082687 saylı sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortalanmış “DAEWOO GENTRA” markalı, ** PG *** avtomobili idarə edən Cavabdeh “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində toqquşmuş, zədələnmə ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 350 (üç yüz əlli) manat miqdarında maddi zərər vurmuşdur. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, AP ******* saylı protokola əsasən Cavabdeh Nəsimi rayon ərazisində “DAEWOO GENTRA” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və 100(yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 26 fevral 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 (üç yüz əlli) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan müstəqil ekpert A.E.Tapdıq oğlunun 19 fevral 2020-ci il tarixli tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 3500 (üç min beş yüz) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 16:00-da Nəsimi rayonu Ə.Salamzadə küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdiyi anda “DAEWOO GENTRA” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilmişdir. İş materillarında olan Cavabdeh tərəfindən Nəsimi RPİ-NİN DYPŞ-də vermiş olduğu izahatda qeyd olunur ki, idarə etdiyi ərazisində “DAEWOO GENTRA” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Salamzadə küçəsində hərəkət etdiyi zaman sola manevr etmiş və solunda olan “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin güzgüsünü sındırmış, sonradan hərəkətini davam etdirmiş və qarşıda olan “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və hazdisə yerindən qaçmışdır. Bir daha belə hallara yol verməyəcəkdir. Texniki pasport üzərində olmadığı üçün hadisə yerindən qaçmış və heç bir dövlət müəssisəsinə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh avtomobili idarə edərkən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz B180” markalı ** SA *** nömrə nişanlı avtomobilə və “Ford Fusion” markalı ** LO *** nömrə nişanlı avtomobilə maddi zərər vurduğundan və həmin zərər İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı İddiaçı SİĞORTA ŞİRKƏTİ ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün avtomobilin mülkiyyətçisinə 3500 (üç min beş yüz) manat sığorta ödənişi və “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə 350 (üç yüz əlli) manat sığorta ödənişi ödənildiyini nəzərə alaraq, cəmi 3850 manat məbləğində pul subroqasiya qaydasında Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 350 (üç yüz əlli) manat və “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 3500 (üç min beş yüz) manat sığorta ödənişi olmaqla, cəmi 3850 (üç min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 58,50 (əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC - nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Ford Fusion” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 350 (üç yüz əlli) manat və “Mercedes Benz B180” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3500 (üç min beş yüz) manat sığorta ödənişi olmaqla, cəmi 3850 (üç min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 58,50 (əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC -nə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar