Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1876/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülkiyyət hüqunun tanınması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülkiyyət hüqunun tanınması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum ərinin qanun üzrə vərəsəsi olaraq Cavabdeh1 "xxxx" MMC-dəki 100% payına, "xxxx" MMC-nin istifadəsində olan avadanlıqlara İddiaçı mülkiyyət hüquqlarının tanınması, bu barədə X1 qeydiyyatında cavabdeh "xxxx" MMC-nin 100% təsisçisi kimi Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilərək İddiaçı cavabdeh "xxxx" MMC-nin 100% təsisçisi kimi qeydiyyatının aparılması, cavabdeh "xxxx" MMC-dən və Cavabdeh1 Mozakia Presi, Tunel Fırın, Tristor Pano, Püskürmə aparatı, Yaldızlama aparatı, Dəyirman, sürücülər, mikser, enerji daşıma naqilləri, un ələyi, cam ələyi, dızgı qurutma fırını, dızgı qəlibləri, əlavə celik band, əlavə çelik qəlib, əlavə tiristor, əlavə sürücülər, elektrik panosu və saatları avadanlıqlarının və iddiaçının mərhum əri rəhmətə getdikdən sonra, yəni xx.xx.2016-cı il tarixdən bəri bütün maliyyə təsərrüfat sənədləri, keçirilmiş ümumi yığıncaq barədə protokollar, keçirilmiş audit yoxlanışlarının nəticələri və ümumiyyətlə MMC-nin fəaliyyəti ilə bağlı bütün sənədlərin təsdiq olunmuş sürətlərinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
5. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dir.
6. “Elektron məhkəmə” informasiya sistemindən iş üzrə Cavabdeh1 barəsində şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan isə görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 2 Göründüyü kimi, cavabdehlərdən heç birinin rəsmi qeydə alındığı yer Bakı şəhəri Yasamal rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
9. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə geri qaytarılmalıdır.
10. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mülkiyyət hüqunun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə