Məhkəmə qərarları › İş №e-2(004)-1881/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1881/2025

21.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1881/2025 21.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 63940 manat artıq ödənilmiş vəsait, 4475,8 manat faizlər və 275,25 manat dövlət rüsumunun, cəmi 68691 manat vəsaitin tutlaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın almışdır. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndinlərə əsasən, qeyriyaşayış sahəsinin hər kvadrat metri üçün 2300 manat olmaqla, cəmi 315100 (üç yeüz on beş min yüz) manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Beləliklə, alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəlik tam icra olunaraq, əmlakın dəyəri cavabdehə ödənilmiş, lakin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlik icra edilməmiş, 137 kvadrat metr deyil, 109.2 kvadrat metr, yəni müqaviləyə görə təqdim edilməli olduğundan 27.8 kvadrat metr az sahə iddiaçıya təhvil verilmişdir. Beləliklə, cəmi 27.8 kvadrat metr sahənin təqdim edilməsinə dair öhdəlik cavabdeh tərəfindən icra olunmamış, nəticədə 63940 (altmış üç min doqquz yüz qırx) manat (27.8 x 2300 = 63940) vəsait cavabdeh tərəfindən əvəzsiz qaydada əldə edilmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və öhdəliklər müəyyən edilmişdir. X2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv. metr qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli qeyri-yaşayış sahəsini təhvil vermişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən, "İcraçı qeyri-yaşayışın ümumi sahəsinin hər bir kv.m-ni layihə sənədlərinə uyğun olaraq “oxdan-oxa” hesablayaraq Payçıya təhvil verir.” Hesab edir ki, iddia tələbinin hüquqi əsasını məhz qeyd edilən müqavilənin 2.1.1-ci bəndi təşkil etməlidir. Məhkəməyə təqdim edilmiş ekspert rəyində də müqavilənin həmin bəndində nəzərdə tutulmuş şərt diqqətdən kənarda qalmışdır. Xüsusilə qeyd edilməlidir ki, tərəflərin imzalayaraq qəbul etdikləri müqavilənin 2.1.1-ci bəndinin şərti əsas götürülməli və bu şərt əsasında yekun məhkəmə aktı qəbul edilməlidir. İddiaçının 25 il tikinti sahəsində çalışan həyat yoldaşının “oxdan oxa” termininin normativlərdə işlədilməməsi barədə izahatına gəlincə, qeyd edilməlidir ki, AZƏRBAYCAN RESPUBLİKASİ DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ KOLLEGİYASİNİN xx.xx.2012-ci il tarixli, 7 nömrəli Qərarının 5.1-ci bəndində “oxlar” terminindən istifadə edilmişdir. Belə ki, 5.1-ci bəndə əsasən “Binanın ümumi sahəsi bütün mərtəbələrin (texniki mərtəbə də daxil edilməklə yerüstü, kürsü və zirzəmi) bayır divarların (və ya bayır divarları olmayan kənar sütunların oxları), tunellərin, daxili meydançaların, antresolların, daxili etajerlərin bütün yaruslarının, rampaların, qalereyaların (üfüqi proyeksiyası) və başqa binaya keçidlərin divarlarının daxili səthləri hüdudlarında ölçülmüş sahələrinin cəmi kimi müəyyən edilir.” Beləliklə, qüvvədə olan qanunvericilikdə “oxlar” termini nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixli müqavilədə də, məhz həmin termindən istifadə edilərək müqavilə şərti müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə hazırda məhz müqavilə şərtlərinə istinad etməli və bu sahədə mövcud məhkəmə təcrübəsini (iddiaçının təqdim etdiyi məhkəmə aktlarında da qanunvericilik və müqavilə şərtlərinin əsas götürülməsi təsbit edilmişdir) rəhbər tutmalıdır. Beləliklə, məhkəmə nəzərə almalıdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə göstərilən öhdəlik tam yerinə yetirmiş və hər hansı pozuntuya yol verməmişdir. Göstərilənlər nəzərə alınaraq, bu günə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın almışdır. İddiaçı tərəfindən cəmi 315100 manat cavabdehə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyi ilə tanış olmuşlar. Qanunda “oxdan-oxa” deyilən anlayış yoxdur. Ona veriulən suallara cavab olaraq bildirdi ki, mənzil nağd şəkildə alınıb. Alqı-satqı müqaviləsi bağlanıldığı zaman elə mənzildə təhvil veirlib, yəni 12 sentyabr 2023-cü ildə. Mənzilin faktiki ölçüsü 109.2 kvadrat metrdir, yəni müqavilədəki ölçüdən 27,8 kvadrat metr azdır. Mənzilin kvadratı 2300 manat olaraq, iddiaçı tərəfindən alınıb. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır. 25 ilə yaxındır ki, tikinti sahəsində çalışır. Bu məsələ ilə əlaqədar onu qeyd etmişdir ki, obyekti icarəyə verən zaman təmir işləri prosesində mühəndis tərəfindən ölçü işləri aparılarkən, müqavilədə nəzərdə tutulmuş ümumi sahə ilə, faktiki sahəsi arasında fərq olduğu müəyyən edilmişdir. Bununla bağlı MMC-yə rəsmi müraciət olunmuşdur, lakin heç bir cavab verilməmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi lisenziyalı lahiyə təşkilatı tərəfindən lahiyəsi çəkilmişdir və bu lahiyə məhkəməyə təqdim olunmuşdur. Həmin lahiyədə alqı-satqı müqaviləsində göstərilən ümumi sahə 137 kv.m yox, 109.2 kv.m ümumi sahə olduğu müəyyən edilmişdir. Məhkəmənin Ekspertiza Mərkəzinin qarşısında qoyduğu 4 sualdan 3-cü sualın cavabı ilə razı deyil. Çünki orada istifadə olunan dəhliz və eyvan sahəsi, şaxta və yardımçı sahə sözlərinin obyektə heç bir aidiyyəti yoxdur. Qeyri-yaşayış sahəsi binan 1-ci mərtəbəsində və yer səviyyəsindən 40 sm. hündürlükdə yerləşdiyi üçün orada heç bir dəhliz və eyvan sahəsi, şaxta və yardımçı sahə mövcud deyildir. Ekspertiza Mərkəzinin yuxarıda göstərilən rəyində arakəsmə divarları üzrə hesablamalar düzgün hesablanmamışdır və müqavilə şərtlərində belə bir maddə mövcud deyildir. Belə ki, maliyyə arayışında və müqavilənin 2.1.1-ci bəndində də və ekspertiza Mərkəzinin rəyində ümumi sahə terminindən istifadə olunmuşdur. Həmin bənddə qeyri-yaşayış sahəsinin oxdan-oxa “Payçıya” təhvil verilməsi qeyd edilmişdir. Lahiyəçi qeyri-yaşayış sahəsini, mənzillərdə olduğu kimi səhələrə bölmür. Sonradan satış zamanı arakəsmələrə bölünərək satılır. Satış zamanı qanunvericilikdə nəzərdə tutulan hallara görə, ölçülər divarın daxili səthindən ölçülməklə hesablanır. Şəhərsalma və Arxitektura Komitəsinin Qərarında bu hallar təspit olunmuşdur. MMC-nin təsdiq olunmuş lahiyə-smeta sənədlərində oxdan-oxa sözünün istifadəsi mümkün deyil. Burada müqavilənin bu maddəsində ümumi sahə anlayışı ilə, oxdan-oxa sözü ziddiyət təşkil edir. Çünki ümumu sahə anlayışı müqavilədə və ekspertiza rəyinidə öz əksini tapmışdır. Yəni Şəhərsalma və Arxitektura Komitəsinin 2012-ci il, xx.xx.2012-ci il tarixli, 7 saylı qərarında oxdan-oxa termini işlədilməmişdir. Bu qərarda göstərilən “istifadə olunan əsas anlayışlar” bölməsində oxdan-oxa sözü qeyd edilməmişdir. Bu söz sovet dövrünə aid olan sözdür. Tikinti Məcəlləsində və Şəhərsalma haqda qanunda və hüquqi-narmativ sənədlərdə bu sözə rast gəlmək mümkün deyil. Binaların təhvili zamanı Bakı şəhər İcra Hakimiyyətinin Tikinti X3 haqqında sənədlərdə də oxdan-oxa terminindən istifadə olunmur. Ümumi sahə anlayışından istifadə olunur. Həmçinin qeyd etmişdir ki, obyekti icarəyə vеrən zаmаn təmir prosesində mühəndis tərəfindən ölçü işləri aparılarkən, müqavilədə nəzərdə tutulmuş ümumi sahə ilə faktiki sahəsi аrаsındа fərq olduğu müəууən edilmişdir. Вununlа bağlı MMC-yə rəsmi müraciət olunmuşdur, lakin heç bir cavab verilməmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi lisenziyalı lahiyə təşkilat tərəfindən lahiyəsi çəkilmişdir və bu lahiyə məhkəməуə təqdim olunmuşdur. Нəmin lаhiуədə alqı-satqı müqaviləsində göstərilən ümumi sahə 137 kv.m уох, 109.2 kv.m ümumi sаhə olduğu müəууən edilmişdir. Göstərilənlərə əsasən ekspertiza rəyinin nəticə hissəsinin 1-ci, 2-ci və 4-cü hissələrinin nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, tərəfindən verilmiş ərizə və vəsatətlərə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İcraçı Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyri-yaşayış sahəsini Payçıya satır. Payçı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada İcraçıya ödəyir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı qeyri-yaşayışın ümumi sahəsinin hər bir kv.m.-ni layihə sənədlərinə uyğun olaraq oxdan-oxa hesablayaraq Payçıya təhvil verir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən Payçı yuxarıda göstərilən yaşayış binasının 1-ci mərtəbə, ümumilikdə 137 kv.m. olan qeyri-yaşayış sahəsinin hər bir kv.m. üçün 2300 manat olmaqla cəmi 315000 (üç yüz on beş min yüz) manat ödəməyi öhdəsinə götürür. - Cavabdeh MMC-nin 12 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyriyaşayış sahəsinin tam dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/3069 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 109,97 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla sahəsinin 133,17 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi (109,97 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (137,0 kv.metr) arasında 27,03 kv.metr fərq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/7645 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndi nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin “oxdan oxa” ümumi sahəsinin 126,63 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 izahatında bildirdi ki, məhkəmə tərəfindən ekspert qarşısında Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi “oxdan oxa” nə qədər təşkil etməsi və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndi nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi nə qədər təşkil ilə bağlı verilmiş 1-ci və 2-ci suallarla bağlı tərəfimdən mənzilin sahəsi çöldən-çölə hesablanmış və ümumi sahə 109, 97 kv.metr olaraq müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndi nəzərə alınmaqla azalma əmsalı tətbiq olunmadan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin faktiki sahəsi nə qədər təşkil etməski ilə bağlı 3-cü sualın cavabı isə 133,17 kv.metr olması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi müqavilə şərtləri nəzərə alınmaqla, müqavilədəki sahə ilə faktiki sahə arasında 27, 03 kv.metr fərq olduğu müəyyən edilir. Ona verilən suallara cavab olaraq bildirdi ki, qeyri-yaşayiş sahəsində şaxta yox idi. Faktiki sahə ilə müqavilə arasında fərq var. Mənzilin sahəsini oxdan oxa hesablamamışlar, ancaq onlara verilən suallara əsasən baxış keçirilib. Qanunvericilikdə oxdan oxa deyilən bir anlayış yoxdur. Xarici divarlara düşən hissə deyildikdə, çöldən-çölə hissə nəzərdə tutulur. 133, 17 kv.metr kimi hesablanıb, əgər zərurət yaranarsa, əlavə ekspertiza təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqısatqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 12 sentyabr 2023-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, İcraçı Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyri-yaşayış sahəsini Payçıya satır. Payçı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada İcraçıya ödəyir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı qeyri-yaşayışın ümumi sahəsinin hər bir kv.m.ni layihə sənədlərinə uyğun olaraq oxdan-oxa hesablayaraq Payçıya təhvil verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 315100 (üç yüz on beş min yüz) manat təşkil edir. Məhkəmə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/3069 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 109,97 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla sahəsinin 133,17 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə: Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi (109,97 kv.metr) ilə müqavilə şərtləri nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş sahəsi (137,0 kv.metr) arasında 27,03 kv.metr fərq olduğu müəyyən edilmişdir. Daha sonra iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/7645 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndi nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin “oxdan oxa” ümumi sahəsinin 126,63 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyrimüəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Hazırki iş üzrə iddiaçı müqavilədə nəzərdə tutulan mənzilin qiymətinin xarici perimetr üzrə, yəni 109,02 kv.m hesaba alınmaqla müəyyən edildiyini bildirir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, mənzilin “oxdan oxa” hesaba alındığını bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə ilk növbədə onlar arasında bağlanmış müqavilə bəndlərinə əsasən həll edilir. Tərəflər arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İcraçı Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 2538 saylı məhəllədə inşa edilmiş 3 girişli 14-15 mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.metr qeyri-yaşayış sahəsini Payçıya satır. Payçı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada İcraçıya ödəyir.Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən İcraçı qeyri-yaşayışın ümumi sahəsinin hər bir kv.m.-ni layihə sənədlərinə uyğun olaraq oxdan-oxa hesablayaraq Payçıya təhvil verir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən Payçı yuxarıda göstərilən yaşayış binasının 1-ci mərtəbə, ümumilikdə 137 kv.m. olan qeyriyaşayış sahəsinin hər bir kv.m. üçün 2300 manat olmaqla cəmi 315000 (üç yüz on beş min yüz) manat ödəməyi öhdəsinə götürür. Tərəflər də həmin şərtlər əsasında razılığa gəlməklə müqavilə bağlamışlar. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdeh iddiaçıya ümumi sahəsi 137 kv.metr olan qeyri-yaşayış sahəsini müqavilənin 2.1.1-ci bəndinə əsasən qeyri-yaşayışın ümumi sahəsinin hər bir kv.m.-ni layihə sənədlərinə uyğun olaraq oxdan-oxa hesablayaraq təhvil verməyi öhdəsinə götürsə də, öhdəliklərini tam icra etməyərək, 126,63 kv.m sahəyə malik qeyri-yaşayış sahəsini iddiaçıya vermişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 10,37 kv.m (137- 126,63=10,37 kv.m) olması və hər kvadrat metri üçün 2300 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 23851 (10,37x2300) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 23851 (iyirmi üç min səkkiz yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini “4475,8 manat faizlərin tutulması” hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, hazırki halda cavabdeh tərəfindən hansısa borc məbləğinin ödənilməsinin gecikdirilməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.[422 Hazırki məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin müqavilə şərtlərinə uyğun sahəsi düzgün hesablanmamış və iddiaçı tərəfindən cavabdehə artıq pul məbləği ödənilmişdir. Bu isə cavabdehin hər hansı borc məbləğini bilərəkdən, qərəzli olaraq gecikdirilməsi anlamına gəlmir. Ona görə də iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olan 275,25 (iki yüz yetmiş beş manat iyirmi beş qəpik) manatın 96 (doxsan altı) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23851 (iyirmi üç min səkkiz yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 275,25 (iki yüz yetmiş beş manat iyirmi beş qəpik) manatın 96 (doxsan altı) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar