Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1902/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğvi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğvi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12000 manata qiymətləndirilməsinə dair tərtib etdiyi №3340 saylı Qiymətləndirmə rəylərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra və probasiya şöbəsinin icraatında Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi vardır. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu İddiaçı MMC-yə məxsus “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qiymətləndirilməsi üçün 16 avqust 2022-ci il tarixdə Qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli QXM/3340 saylı məktuba əlavə olunan Qiymətləndirmə rəyləri (Qiymətləndirmənin hesabatları) verilmişdir. Həmin təqdim edilmiş №3340 saylı Qiymətləndirmə rəylərinə əsasən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 manat, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12000 manat qiymətləndirilmiş və həmin məbləğləri əsas götürən icra şöbəsi xx/xx-1123xx/xx-15508 nömrəli xx.xx.2022-ci il tarixli sifarişlə hərracın keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Əmlakların həmin qiymətlərə satılması İddiaçı MMC-dən xəbərsiz olaraq keçirilmiş və iddiaçının bundan xəbəri olmamışdır. İddiaçıya məxsus nəqliyyat vasitələrinin həmin məbləğlərə qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun olmamış və bazar qiymətindən dəfələrlə aşağı qiymətə yəni 80 000 olan nəqliyyat vasitəsini 8 000 manat və ondan da aşağı qiymətə qiymətləndirilərək satışı həyata keçirilmiş və nəticədə iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Bütün bu qeyd edilən hərəkətlərin edilməsindən Cəmiyyətin nümayəndəsi tərəfindən 15 fevral 2023-cü il tarixdə iş materialları ilə tanış olarkən məlum olmuşdur. 17 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunları barədə 18/23 saylı, 19/23 saylı, 20/23 saylı, 21/23 saylı, 22/23 saylı, 23/23 saylı, 24/23 saylı, 25/23 saylı protokollar 15 fevral 2023-cü il tarixdə cəmiyyətin nümayəndəsinə təqdim edilmişdir. İcra şöbəsinin bu qanunsuz hərəkətləri iddiaçı kimi İddiaçı” MMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı MMCnin mülkiyyətində olan 8 ədəd nəqliyyat vasitəsinin ümumilikdə 64.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil, bazar qiymətindən dəfələrlə aşağıdır, həmçinin həmin nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Çünki edilən hərəkətlərdən belə məlum olur ki, qiymətləndirici və icra şöbəsi maraqlı şəxs kimi tələbkarın maraqlarına cavab verən əvvəlcən razılaşdırılmış qiymətlərə qiymətləndirmə keçirərək borcluya külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, həmin nəqliyyat vasitələrinin şəkillərini elektron sistemə yerləşdirəcəyək və sübut olunacaq ki, onlar saz vəziyyətdə olub. İcraçı tərəfindən dəvət olunmuş hazırki işdə cavabdeh olan “Qiymətləndirmə Mərkəzi” tərəfindən təqdim olunan rəylərdən də nəqliyyat vasitələrinin saz vəziyyətdə olması görünür. Qeyd olunan “TSR” markalı nəqliyyat vasitələrini şəxs hərracdan dərhal sonra adına rəsmiləşdirib və həmin gün də digər şəxslərə satıb. Həmin şəxslərin də üçüncü şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş edəcək. Hazırda üçüncü şəxs qismində iştirak edən şəxslər icra işi üzrə tələbkarla əlbir olan şəxslərdir. Həmin nəqliyyat vasitələrini ucuz qiymətə qiymətləndirib özləri əldə edib nəqliyyat vasitələrini aradan çıxarmaqla məşğuldurlar. Bildirmək istəyir ki, qiymətləndirmə düzgün aparılmamışdır. Həmçinin xüsusi qərardad çıxarılmasını da məhkəmədən tələb edəcəyək. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin məhkəmənin qərəzli olması ilə bağlı söylədikləri fikirlər qəbuledilməzdir və düzgün deyil. Çünki onların iclasın təxirə salınması ilə bağlı vəsatəti təmin olunmadı. Əgər qərəz olsa idi bu vəsatət təmin edilərdi. Bu formada fikrin bildirilməsi düzgün deyil, məhkəməyə münasibətdə bu hörmətsizlikdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, o “Volvo” markalı nəqliyyat vasitələrini almışdır. 3 ədəd nəqliyyat vasitəsi olub. Birini 12000 manata, birini 10000-11000 manata, digərini isə 5000 manata almışdır. 3 ədəd nəqliyyat vasitəsi almış, 3-ü də “Volvo fmx yük” markalı olub. Teztez hərracdan nəqliyyat vasitələri almır. O, nəqliyyat vasitələrinin alışı-satışı ilə məşğul olur. Xaricdən də gətirir, daxili bazardan da alıb təmir edir. Hal-hazırda həmin nəqliyyat vasitələrindən biri həyətində təmir olunur, ikisi də orada dayanıb. Nəqliyyat vasitələri ümumiyyətlə çox pis vəziyyətdədir. Motorları, təkərləri, diskləri, qızdırıcıları yoxdur. Birində motor var idi, lakin sadəcə korpusu var idi. Motorun içi boş idi. Onun sadəcə motorun təmirinə 15000 manata yaxın xərci çıxıb. Nəqliyyat vasitələrinin birində sadəcə arxa hissəsi var idi. Sürücünün oturduğu hissə yox idi. Hər üçündə qızdırıcı yoxdur, ikisində motor ümumiyyətlə yoxdur, birində isə sadəcə korpusu var. Nəqliyyat vasitələrindən birini hal-hazırda təmir edir, digər ikisi isə olduğu kimi qalır. Aralarında nisbətən daha yaxşı olan nəqliyyat vasitəsini hazırda təmir edir. Digərlərində işlək vəziyyətdə olan hissələri çıxararaq ona yerləşdirir. Əlavə lazım olan ehtiyat hissələrini də bazardan alıb yerləşdirir. Aldığı nəqliyyat vasitələrini təmir edib 40000 manata satmağa razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, 3 ədəd “Welton yarımqoşqu” markalı nəqliyyat vasitələrini almışdır. Birini 8000 manata, birini 7500 manat, digərini isə 10500 manata almışdır. Hərracdan ilk dəfə idi ki, nəqliyyat vasitəsi almışdır. Hümmətov Elçinlə əlaqələri var. Ona bu nəqliyyat vasitələrinin satılması ilə bağlı məlumatı o vermişdir. Daha sonra icraçı ilə əlaqə saxlamış, hərracda iştirak etmişdir. Həmin nəqliyyat vasitələrini təmir edib icarəyə verəcəkdir. Nəqliyyat vasitələrinin təkərləri demək olar ki, sıradan çıxmış vəziyyətdə olmuşdur. Hər üç nəqliyyat vasitəsinin təkərləri, diskləri istifadəyə yararsız olmuşdur. Nəqliyyat vasitələrini təmir edib icarəyə vermək məqsədilə almışdır. Nəqliyyat vasitələrini təmir etmişdir. Dadaşov Əlidini tanıyır. Onun müəssisəsində fəaliyyət göstərir. Əvvəlki məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, o **-ZX-***, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilləri almışdır. Nəqliyyat vasitəsinin motoru yoxdur, idarə olunmur, sadəcə dartıcıdır. İşlətmək məqsədilə almışdır. Nəqliyyat vasitələri tamamilə yararsız vəziyyətdə olmuşdur. Aldığı dartıcılara görə 20 ədəd təkər almış, bütün hava sistemini dəyişmiş və elektrik işləri görülüb. Nəqliyyat vasitələrini təmir etmiş, hal-hazırda sata və ya istifadə edə bilər. Hərracdan ilk dəfə idi ki, nəqliyyat vasitəsi almışdır. O, “Aztexnika”da – servisdə nəqliyyat vasitələrini təmir etdirir. Orada işçilər ona belə bir hərracın olması barədə məlumat vermişlər. Daha sonra maraqlanmış və bildirmişlər ki, hərraca getmək lazımdır. Kərimov Fəridə də o məlumat vermişdir. Həmin nəqliyyat vasitələri sadəcə dəmirdən ibarət olmuş, nə təkərləri, nə hava sistemi, nə də elektrik sistemi olmuşdur. Həmçinin nəqliyyat vasitələrinin bəzi yerlərində çatlar və kəsiklər olmuş, onları da təmir etmişlər. Xeyli xərc çəkmişdir. Həmin nəqliyyat vasitələri hazırda onda deyil. Nəqliyyat vasitələrini mart ayında satmışdır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 19/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 6500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 6565 manata X2. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 18/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X2. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 20/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 7500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 7575 manata X2. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 24/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 12000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo fmx yük” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 12120 manata X1. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 25/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 4500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 4545 manata X1. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 23/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 9500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 9595 manata X1. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 21/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X3. İş materiallarında olan "xxxx" MMC-nin hərrac yekunları barədə 22/23 nömrəli, xx.xx.2023-cü il tarixli Protokolundan görünür ki, ilkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X3. İş materiallarında olan 849801 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 100312 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 798594 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 796305 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Wielton qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 798595 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 100314 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 216063 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Mütəxəssisin dəvət edilməsi barədə Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh MMC-dən mütəxəssisin dəvət olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı MMC-dən 1.153.390,04 manat məbləğində pulun "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, QXM 3340 saylı məktublardan görünür ki, “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 7500 manat; “Wielton qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 6500; “Volvo fmx yük” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4500 manat; “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 9500 manat; “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 12000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 112301/34 saylı Sifarişdən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylıp, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı MMC-yə məxsus “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 9500 manat olmaqla); “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 12000 manat olmaqla); “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 4500 manat olmaqla); “Wielton qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 6500 manat olmaqla); “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 7500 manat olmaqla) nəqliyyat vasitələri barədə hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilən “B+Ş Audit” Konsaltinq MMC-nin tarixsiz mütəxəssis rəylərindən görünür ki, İddiaçı MMC-yə məxsus adları qeyd olunmuş nəqliyyat vasitələrinin 2023-cü ilə olan dəyəri “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85000 və likvid dəyəri 75000; “Wielton nw 3” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Wielton” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Volvo İMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30000 və likvid dəyəri 25000; “Volvo İMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 25000 və likvid dəyəri 20000; “Wielton nw 3” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Volvo FMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30000 və likvid dəyəri 25000; “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85000 və likvid dəyəri 75000 manat təşkil edir. Mütəxəssis rəylərindən görünür ki, qeyd edilən nəqliyyat vasitələrinin bazar qiyməti müəyyənləşdirilərkən nəqliyyat vasitələrinə baxış keçirilməmiş, vizual olaraq həmin modeldə və buraxılış ilində olan nəqliyyat vasitələrinin müqayisəli metodu ilə qiymətləndirilməsi aparılmışdır. Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun 3-cü maddəsinə əsasən Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, qeyd olunan iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iddia üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, iddia tələbində göstərdiyi halları sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsaslılığını sübut edə bilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı MMC-dən 1.153.390,04 manat məbləğində pulun "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Mütəxəssisin dəvət edilməsi barədə Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh MMC-dən mütəxəssisin dəvət olunması qərara alınmışdır. Cavabdeh MMC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, QXM 3340 saylı məktublardan görünür ki, “Wielton nw 3 yarımqoşqu” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 7500 manat; “Wielton qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 6500; “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4500 manat; “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 9500 manat; “Volvo fmx yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 12000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumatlar nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə rəyin ayrılmaz hissəi olan hesabatda göstərilmişdir. Cavabdeh MMC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, QXM 3340 saylı məktublarında qeyd edilmişdir ki, qiymətləndirilən əmlakın dəyəri barədə mövcud qiymətləndirmə rəyi Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli 510-İQ saylı Qanununa, Beynəlxalq qiymətləndirmə standartlarına, Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia tələbində "xxxx" MMC tərəfindən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12000 manata qiymətləndirilməsinə dair tərtib etdiyi №3340 saylı Qiymətləndirmə rəylərinin ləğv edilməsini xahiş etsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “B+Ş Audit” Konsaltinq MMC-nin tarixi ümumiyyətlə göstərilməyən mütəxəssis rəylərindən görünür ki, İddiaçı MMC-yə məxsus adları qeyd olunmuş nəqliyyat vasitələrinin 2023-cü ilə olan dəyəri “Tsr tt 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85000 və likvid dəyəri 75000; “Wielton nw 3” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Wielton” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Volvo İMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30000 və likvid dəyəri 25000; “Volvo İMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 25000 və likvid dəyəri 20000; “Wielton nw 3” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18000 və likvid dəyəri 15000; “Volvo FMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30000 və likvid dəyəri 25000; “Tsr tt 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85000 və likvid dəyəri 75000 manat təşkil etdiyi qeyd olunsa da, mütəxəssis rəylərindən də görünür ki, qeyd edilən nəqliyyat vasitələrinin bazar qiyməti müəyyənləşdirilərkən nəqliyyat vasitələrinə baxış keçirilməmiş, vizual olaraq həmin modeldə və buraxılış ilində olan nəqliyyat vasitələrinin müqayisəli metodu ilə qiymətləndirilməsi aparılmışdır. Belə olan halda nəqliyyat vasitələrinə baxış keçirilmədən, vizual olaraq nəqliyyat vasitələrinin müəyyən edilmiş bazar dəyəri mötəbər sübut hesab oluna bilməz. Bundan əlavə iddiaçının məhkəməyə təqdim etdiyi “B+Ş Audit” Konsaltinq MMC-nin tarixi ümumiyyətlə göstərilməyən mütəxəssis rəylərində yarımqoşquların ümumi vəziyyəti orta saz vəziyyətdə olması nəzərə alınmışdır. Lakin iş materiallarında olan Cavabdeh MMC-nin Qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən nəqliyyat vasitələtinin əksəriyyətinin əsaslı təmirə eytiyacı var. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxslər alınan nəqliyyat vasitələrinin tamamilə yararsız vəziyyətdə olduğunu, sadəcə dəmirdən ibarət olduğunu, nə təkərlərin, nə hava sisteminin, nə də elektrik sistemin olmadığını və ya yararsız vəziyyətdə olduğunu bildirmişlər. Həmçinin Qiymətləndirmə hesabatına əlavə edilən nəqliyyat vasitələrinin fotoşəkillərindən də görünür ki, nəqliyyat vasitələri həqiqətəndə yararsız vəziyyətdə olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, işin halları və iddiaçının dəlilləri məntiqi ardıcıllıqla bir-birini tamamlamır, bu ziddiyyətlər isə eyni zamanda iddianın əsaslılığı ilə bağlı halların düzgünlüyünə inam yarada bilməmişdir. Odur ki məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğvi tələbi”nə dair iddia ərizəsi qanuni və əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1902/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1902/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver